reklam
Regionxeberlericom.az » Siyasət » Əsir hərbçilərimizlə bağlı MÜRACİƏT EDİLDİ

reklam

Əsir hərbçilərimizlə bağlı MÜRACİƏT EDİLDİ


Böyük Britaniyada yaşayan azərbaycanlı icmasının təşəbbüsü ilə ermənilərə əsir düşən hərbçilərimizlə əlaqədar Beynəlxalq Qırmızı Xaç Komitəsinə (BQXK) müraciətlər göndərilməkdədir.

Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, Britaniya-Azərbaycan Cəmiyyətinin sədri Fəridə Pənahovanın imzası ilə BQXK prezidenti Peter Maurerə ünvanlanan məktubda Ermənistanla Azərbaycan arasında gedən 44 günlük döyüşlər zamanı əsir düşən azərbaycanlı hərbçilərin taleyi ilə bağlı narahatlıq ifadə olunub. Qeyd edilib ki, tərəflər arasında sülh razılığının imzalanmasına baxmayaraq, hərbçilərimizn Ermənistanda saxlanılmasına dair əsaslı dəlillər mövcuddur.

"Onların adları Musayev Amin, Rüstəmov Ruslan və Kərimov Bayramdır. Ələ keçirilən zaman onların sağ olduğuna dair videoyazılar var. Bundan sonra ailə üzvləri onlarla əlaqə saxlaya bilməyiblər", - deyə məktubda vurğulanıb.

BQXK-nin rəhbərliyindən hər üç əsir əsgərimizin yerinin təsbit olunması və onların sağ-salamat evlərinə dönmələrini təmin etmək rica olunub.


Paylaş:


Müəllif : Tarix:
25-11-2020, 14:08
Sikayət   


loading...
Загрузка...