“Daha dəqiqləşmiş sənəd imzalanacaq” - Qarabağla bağlı qalmaqallı iddialara son qoyulur?
Xəbər verdiyimiz kimi Türkiyənin Rusiya Araşdırmaları İnstitutunun rəsmi "Twitter” səhifəsində Dağlıq Qarabağda ermənilərin yaşadığı bölgəni Rusiyanın idarə edəcəyi barədə məlumat paylaşılıb.
AMİP lideri Etibar Məmmədov məsələ ilə bağlı Sfera.az-a açıqlamasında bildirdi ki, səslənən bu fikirlərin hamısı ehtimaldır:
"Ehtimal əsasında çox şey deyə bilərlər. Bu barədə hələlik ortada heç bir rəsmi sənəd yoxdur. Hələlik sadəcə atəşkəs haqqında sənəd imzalanıb. Bu bəyanaməyə görə, vuruşan tərəflərin təmas xəttinə sülhməramlı Rusiya qüvvələri yeridilir. Həmin bəyanaməyə əsasən Azərbaycanın işğal olunmuş əraziləri erməni silahlı qüvvələrindən təmizlənməlidir. Bu prosesə artıq başlanılıb. Öncə Ağdam, bu gün isə Kəlbəcər boşaldıldı. Dekabrın 1-nə kimi isə Laçın Azərbaycana təhvil veriləcək”.
Bundan sonra isə siyasətçinin fikrincə, Azərbaycan, Ermənistan və Rusiya arasında daha dəqiqləşmiş sənədin imzalanacağı güman edilir:
"Bu sülh müqaviləsinə hazırlıq sənədi də ola bilər. Burada isə atəşkəs bəyanaməsində nəzərdə tutulmayan məsələlər dəqiqləşdirilməlidir. Hazırda bölgədəki məsələlərin tənzimlənməsi barədə ortada konkret sənəd olmadığıdan bu barədə nəsə demək olmaz”.
Paylaş:
Müəllif : Yazar
Tarix:25-11-2020, 16:02
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:25-11-2020, 16:02
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 08:36
Məmur biznesinin iflic etdiyi sahələrdə orta və kiçik sahibkarlıq can verir... - İnhisar, cərimələr, pul qıtlığı...
23-11-2024, 13:35
Samux İcra Hakimiyyətinin tərkibində 600 min manatlıq qəribə “alış-veriş” – Kəlbətin, təkər, izolent, maşın yağı və s…
23-11-2024, 13:25