Tramp gethagetdə İrana yeni sanksiyalar tətbiq edə bilər - Vaşinqtondan Tehrana xəbərdarlıq
ABŞ Prezidenti Donald Trampın vəzifədən getməkdə olan administrasiyası yeni sanksiyalarla İrana təzyiqi artırmağı planlayır.
"Azadlıq" radiosu xəbər verir ki, noyabrın 25-də ABŞ-ın İran üzrə baş elçisi Elliot Abrams elan edib ki, Trampın sanksiya strategiyası prezidentliyinin düz sonuna qədər daha iki ay davam edəcək, silahlar, kütləvi qırğın silahları və insan haqları ilə bağlı yeni cəza tədbirləri tətbiq olunacaq.
Tramp vəzifəyə gələndən İranın 2015-ci ildə dünya gücləri ilə imzaladığı nüvə sazişini tənqid edirdi. 2018-ci ildə sazişdən çıxdı. Həmin saziş Tehranın nüvə proqramını məhdudlaşdırması əvəzində sanksiyaların yüngülləşdirilməsini nəzərdə tuturdu.
Tramp Tehrana sanksiya qoyduqca İran da daha sazişin uran zənginləşdirməyə qoyduğu limitə əməl etməyəcəyini açıqladı. Sazişi imzalamış Avropa ölkələri, Çin və Rusiya isə onu qüvvədə saxlamağa çalışırlar. Yanvarda andiçmə mərasimi keçiriləcək Co Bayden isə İran sazişə sadiq qalarsa, Birləşmiş Ştatları ona qaytaracağını deyir.
Berlin İnstitutunun keçirdiyi virtual tədbirdə Abrams Baydenin xarici siyasət üzrə vəzifələrə nominantlarını alqışlayıb. O deyib ki, yeni administrasiyanın Tehranla yeni saziş razılaşdırmaq üçün böyük fürsəti olmasına inanır. Bu saziş Tehranın raket proqramını və İranın regionda yaratdığı təhdidləri əhatələməlidir.
Ancaq Abrams Baydenə xəbərdarlıq edib ki, Obama komandasının səhvlərini təkrarlamasın, əldə olunmuş təzyiq rıçaqlarından istifadə eləsin.
“Bu rıçağı əldən versək, bu həqiqətən faciəvi və səfeh addım olar. Amma əgər bundan istifadə eləsək, məncə, bütün problemləri yoluna qoyacaq konstruktiv razılaşma şansı yaranır”, – Abrams söyləyib.
İranın ruhani hakimiyyəti isə ölkənin raket proqramı, yaxud regional siyasətində dəyişikliklərlə bağlı danışıqlar olmayacağını bəyan edib.
Ancaq Prezident Həsən Ruhani noyabrın 25-də televiziya ilə çıxışında imzalanmasında özünün rol oynadığı orijinal sazişə qayıtmağa hazır olduğunu deyib.
O bildirib ki, ABŞ-ın yeni hökuməti əvvəlki administrasiyanın son dörd il ərzində həyata keçirdiyi pis siyasəti kompensasiya etməli olacaq. Amma əlavə edib ki, İran və Birləşmiş Ştatlar hər iki tərəfin ilkin şərtlərə qayıtmasına razılaşa bilərlər.
Paylaş:
Müəllif : Fuad
Tarix:26-11-2020, 20:16
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:26-11-2020, 20:16
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
21-12-2024, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
21-12-2024, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
21-12-2024, 11:20
Kiyevdə rusların vurduğu "Şah Plov" restoranı deputat Ağalar Vəliyevə məxsusdur - FOTO
21-12-2024, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
21-12-2024, 11:07
İşçilərin maaşı ilə özünə “imperiya” quran dələduz şirkət rəhbəri QAÇDI - İLGİNC FAKTLAR...
20-12-2024, 21:08
Türkiyənin Suriya üçün göndərəcəyi 75 min ərzaq bağlamasının ilk partiyası yola salındı
20-12-2024, 14:01
Tiktoker Benizin zərərçəkəni hüquq-mühafizə orqanlarına müraciət etdi - 836 min manatdan çox pulunu hissə-hissə ələ keçirib
20-12-2024, 13:48
Ölkəmizə son illər iribuynuzlu heyvanlar HARADAN və NECƏ gətirilir? - “Dana monopoliyası” "kralı"na niyə DUR deyən tapılmır...?
20-12-2024, 12:09