Azərbaycan Ordusu adını dünya hərb tarixinə yazdı: - Ordumuz hansı düşməni, necə məğlub edib?
44 günlük savaş başlayana qədər Ermənistan ictimaiyyəti hələ də elə düşünürdü ki, çox qısa bir müddətə Azərbaycanı məğlub edəcək, yeni ərazilər ələ keçirəcək.
Lakin İrəvanda unudurdular ki, artıq ötən əsrin 90-cı illəri deyil, onların qarşısında hərb sənətinin incəliklərini bilməyən könüllülər yox, dünyanın aparıcı orduları ilə müqayisə edilən güclü, intizamlı hərbi birləşmələr dayanıb. Ciddi nizam-intizamla formalaşan və ən müasir silahlara malik, son 27 ildə yalnız öz torpaqlarını azad etməyi düşünən bir ordu ilə müqayisədə korrupsiya və özbaşınalıqdan təngə gələn Ermənistan cəmi bir neçə günün içərisində elə ağır zərbələr aldı ki, müharibəni davam etdirə bilməyəcəyini anladı və xarici havadarlarının yardımına bel bağlamaqdan başqa çarəsi qalması.
Ermənistanda düşünürdülər ki, dünyadakı böyük havadarları, diaspor və lobbiləri bu dəfə də öz işini görəcək və Azərbaycanı geri çəkilməyə vadar edə biləcək. Lakin onlar bu dəfə yanılmışdı. Son illər ərzində Azərbaycan diplomatiyası qələbə üçün bütün mühüm diplomatik addımları atmışdı və geniş lobbi şəbəkəsinə malik olan Ermənistan diplomatik müstəvidə də Azərbaycana məğlub olmuşdu. Baxmayaraq ki, 44 günlük müharibə boyunca ermənilərin təsirində olan beynəlxalq kanallar heç vaxt olmadığı qədər fəallaşdırıldı və Azərbaycana qarşı ciddi təzyiq kampaniyasının keçirilməsinə cəhdlər olundu, bütün bunlar gözlənilən effekti vermədi. Azərbaycan beynəlxalq hüququ əsas götürərək, öz ərazilərində anti-terror əməliyyatına və əks-hücuma başladı və BMT-nin, ATƏT Minsk Qrupunun 27 ildə edə bilmədiyini cəmi 44 gün ərzində həyata keçirə bildi.
Əslində, erməniləri arxayın salan səbəblər də mövcud idi. Belə ki, Ermənistan 27 il ərzində işğal etdiyi Azərbaycan torpaqlarında müasir hərbi sistemlər və istehkamlar qura bilmişdi. Terrorçu ölkə güclü və müasir artilleriya sisteminə malik idi. 27 sentyabra qədər Ermənistan pulsuz əldə edilən hərbi texnika və sursatlar hesabına texniki baxımdan yüksək dərəcədə təminatlı orduya malik idi. Bu silahlar onların müqavimət göstərməsinə imkan verirdi. Bundan başqa, Ermənistan ordusunun zabitləri Fransada, Rusiyada, Livanda və başqa ölkələrdə yüksək təhsil almış, xidmət keçmiş və müasir hərbi texnologiyaları, yenilikləri mənimsəmişdilər. Bu da onlar üçün üstünlük hesab edilirdi. Sadalananlar deməyə əsas verir ki, Azərbaycan Ordusunun qarşısında illər ərzində yüksək dərəcədə təşkilatlanmış güclü düşmən var idi.
Digər tərəfdən, Azərbaycan Ordusuna qarşı döyüşlərə Rusiyadan, Fransadan və digər Avropa ölkələrindən erməni əsilli vətəndaşlar, xüsusi təyinatlılar, PKK terrorçuları, Suriyadan xeyli sayda peşəkar muzdlular cəlb olunmuşdu. İrəvan güman edirdi ki, bütün sadalanan amillər ona müharibədə təşəbbüsü ələ almağa və qalib gəlməyə imkan verəcək. Ermənilər o qədər arxayın idi ki, hətta qısa zamanda Bakıya qədər gəlib çıxacaqlarını bəyan edirdilər.
Lakin Ermənistan Azərbaycan Ordusunun gücünü, ordu rəhbərliyinin savadlı strategiyasını hesablaya bilmədi. Eyni zamanda Azərbaycan cəmiyyətinin, bütövlükdə Azərbaycan xalqının torpaqlarının azadlığı uğrunda mübarizəyə necə hazır olduğunu, bunun üçün nümayiş etdiyi həmrəylinin miqyasını qiymətləndirməyi bacarmadı. Nəticədə Azərbaycan Ordusu ağlasığmaz uğurlara imza ata bildi. Belə ki, hərbi əməliyyatların getdiyi ərazilər təbii istehkam rolunu oynayırdı, müharibənin əvvəlində əsas strateji yüksəkliklər və mövqelər düşmənin əlində idi, Ermənistanın həmin yerlərdə 30 il ərzində qurduğu müdafiə sistemləri Azərbaycan Ordusu üçün ciddi çətinliklər yaradırdı, lakin Ordu rəhbərliyinin düzgün strategiyası bütün bu amilləri önəmsiz elədi. Azərbaycan Ordusu qeyri-bərabər şərtlərə baxmayaraq, düşməni darmadağın edə bildi. 27 il ərzində Ermənistan hərbçiləri işğal altında olan ərazilərə dərindən bələd ola bilmişdilər. Nəzərə alsaq ki, 44 günlük əks-hücumda iştirak edən Azərbaycan Ordusunun bir çox gənc zabit, gizir və əsgərləri ilk dəfə idi ki, həmin coğrafiyada vuruşurdular, onların peşəkarlığına heyran olmamaq mümkün deyil. Onların qələbə əzmi, ciddi nizam-intizamı və ağıllı hərbi taktikası öz sözünü dedi. Terrorçu ölkənin hərbi birləşmələri 44 günün içində darmadağın edildi. Bununla da, Ermənistan hakimiyyətinin erməni ictimaiyyətində “qalib ordu” obrazı sırımaq cəhdləri iflasa uğradı.
Atəşkəs üçün dəfələrlə Rusiya prezidentinə müraciət edən Paşinyan danışıqlara hazır olduğunu açıq şəkildə bildirərək, bir növ döyüşlərdə qalib gələ bilməyəcəklərini etiraf etdi və son nəticədə kapitulyasiya aktına imza atmağa məcbur oldu. Bir qədər əvvəl həyasızcasına “Qarabağ Ermənistandır və nöqtə” deyən Paşinyan Azərbaycan qarşısında diz çökərək, təslim olduğunu bildirdi.
Onsuz da iqtisadi imkanları məhdud olan Ermənistan döyüşlərdən sonra daha ciddi böhran vəziyyətinə düşüb. Ölkədəki ağır iqtisadi durum, sosial problemlər, döyüşlərdəki uğursuzluqlar Ermənistanda siyasi böhranı daha da dərinləşdirib. Artıq Ermənistanda valideynlər hərbi komissarlıqların qarşısında toplaşaraq övladlarının ya ölüsünü, ya dirisini istəyir. Paşinyan iqtidarı ölkə daxilində narazılıqdan qorxaraq ölü sayını gizlədir. Valideynlər müxtəlif yollarla övladlarının ölkədən çıxartmağa çalışır. Küçə yürüşləri ilə hakimiyyətə gələn Paşinyan artıq siyasi rəqiblərinin açıq-aşkar təzyiqləri ilə üz-üzədir. Onlar Paşinyanı düzgün siyasət yürütməməkdə ittiham edirlər. Ermənistan hakimiyyəti belə məqamda yenidən beynəlxalq aləmdən kömək istəməyə başlayıb. Paşinyanın yaranmış böhrandan çıxış yolu üçün beynəlxalq təşkilatlara müraciət ünvanlayır, lakin bunun heç bir faydası olmur.
Artıq Paşinyanın vəziyyətinin faciəli olduğunu anlayır, ölkəsindəki ağır böhrandan çıxış yolunu işğal altında olan ərazilərimizi boşaltmaqda görür. Bu, həm də Azərbaycan Ordusunun Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sülhə məcburetmə əməliyyatının məntiqi nəticəsidir.
Ali Baş Komandanın dərindən düşünülmüş hərbi strategiyası, döyüş əməliyyatlarının məharətlə həyata keçirilməsi, vəziyyəti nəzarətdə saxlamağa imkan verən döyüş taktikası Paşinyanla yanaşı, erməni faşizmini də iflasa uğratdı. Azərbaycan Ordusunun yüksək peşəkarlığı, orduda yüksək nizam-intizam, mobillik, komandirlərə inam, Azərbaycan Ordusunun müasir hərbi texnologiyalara malik olması və ondan məharətlə istifadə bacarığı öz sözünü dedi. Lakin bu 44 günlük savaşda ən önəmli olanı Vətən, doğma torpaqlar uğrunda vuruşan Azərbaycan hərbiçilərinin yüksək mənəvi-psixoloji durumu idi. 44 günlük savaş dünya hərb tarixinə yazıldı. Təkcə Şuşanın azad edilməsi əməliyyatı kifayət edir ki, müzəffər Azərbaycan Ordusunun nələrə qadir olduğunun hər kəs şahidi olsun. Bu Ordu artıq öz adını dünya hərb tarixinə yaza bildi.
APA Analytics
Paylaş:
Müəllif : Yazar
Tarix:1-12-2020, 15:05
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:1-12-2020, 15:05
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 11:23
Təkcə müəllimlərdən yığılan 32 milyon manat: Həmkarlar İttifaqı bu pulu hara xərcləyir?
Bu gün, 09:39
İzi itirmək məqsədilə təyyarənin sərnişinlərinin ölümə məhkum edilməsi beynəlxalq cinayətdir
Dünən, 22:01
Təyyarə qəzasında xəsarət alanlara 20 min, vəfat edənlərin ailəsinə isə 40 min manat kompensasiya ödəniləcək
Dünən, 11:29
Yevlax təhsilnə kefsiz baş çəkən komissiya oradan gülərüz ayrılıb - Yevlax təhsili batır
Dünən, 08:42
“Bu, bir alimin, bir ailənin məhvi deməkdir” – SOCAR-dakı işindən çıxarılan alim ETİRAZ EDİR
Dünən, 08:32
Natiq Sadiqovun “Shaurma №1” üzərindəki cinayətkar planı: aldatma və qeyri qanuni mənimsəmə
Dünən, 08:29
Nadir Aslanovun “görmədiyi“ qanunsuz tikilən 110 evin iziylə - Baş purokrorluğa müraciət...
25-12-2024, 17:50