QARABAĞDA HƏLLİ VACİB PROBLEMLƏR VƏ... - Rusiya sülhməramlılarının fəaliyyətində narahatlıq yaradan məqamlar...
Dünən Rusiya prezidenti Vladimir Putin KTMT liderlərinin onlayn zirvə toplantısında bildirib ki, Rusiya, Azərbaycan və Ermənistan liderlərinin Qarabağla bağlı 10 noyabrda imzaladıqları birgə bəyanat ardıcıl şəkildə icra olunur.
O qeyd edib ki, hazırda əsas məsələ hərbi əməliyyatların baş verdiyi bölgədə yaşayan və bundan təsirlənmiş insanlara birgə yardım etmək, qaçqınların geri qaytarılması, dağıdılmış infrastrukturun bərpası, dini və mədəni-tarixi abidələrin qorunması ilə bağlı humanitar məsələlərin həllinə kömək göstərməkdir.
Rusiya sülhməramlılarının Qarabağdakı fəaliyyəti və üçtərəfli razılaşmanın icrası Azərbaycan cəmiyyətində diqqətlə və narahatlıqla izlənilir.
Ölkə rəhbərliyi bəyan edib ki, Qarabağ münaqişəsi arxada qalıb, bütün ərazilər Azərbaycana məxsusdur və orada yaşayan sakinlər də Azərbaycan vətəndaşlarıdır. Prezident qısa müddətdə Qarabağda ölkənin suverenliyinin bərpa ediləcəyini də vurğulayıb.
Bu istiqamətdə artıq ciddi işlərin həyata keçirilməsinə başlayıb. Qarabağda əazilərin minadan təmizlənməsi, infastrukturun yenidən quulması istiqamətində süətli addımlar atılır.
Bununla belə Azərbaycan tam suverenliyini elan etdiyi bölgədə Rusiyanın addımları, sülhməramlı mandatına dəxli olmayan fəaliyyətlə məşğul olması cəmiyyətdə narahatlıq yaradır.
Söhbət nədən gedir?
Rusiyanın bəzi rəsmi şəxsləri ilk növbədə Azərbaycana qarşı ağır dövləti cinayət törətmiş erməni separatçıları ilə birbaşa təmaslar qurur və bölgənin idarəçiliyini onlarla birgə həyata keçirir.
Həmin şəxslər başda Araik Arutyunyan olmaqla Azərbaycan Baş Prokurorluğu tərəfindən beynəlxalq axtarışa verilib.
Amma həmin cinayətkarlar hətta Moskvaya səfər edir və bəzi rəsmi şəxslərlə danışıqlar aparırlar. Bu, Azərbaycanın suverenliyinə hörmətsizlikdir və Rusiya-Azərbaycan arasındakı müqavilələrdən gələn öhdəliklərə də ziddir.
İkincisi, Rusiya Müdafiə nazirliyi və başqa dövlət qurumları Dağlıq Qarabağdakı humanitar missiyanı, həm də Ermənistan rəhbərliyi ilə koordinasiya edir. Bu ölkənin hüquqi baxımdan Azərbaycanın bölgəsinə nə aidiyyatı var?
Eyni zamanda bu, ölkənin rəsmi şəxslərinin Xankəndinə gəlməsinə əngəl olmur. Bu günlərdə Ermənistanın yeni müdafiə naziri Xankəndində Araik Arutyunyanla, qondarma rejimin bayrağı altında görüş keçirib. Azərbaycan ərazilərində düşmən Ermənistan rəhbərlərinin nə işi var?
Üçüncü vacib məqam Rusiyanın Dağlıq Qarabağda humanitar məsələlərin həlli üçün idarəedici qurumlar təsis etməsidir. Əlbəttə, mövcud reallığı nəzərə alaraq, bölgədə humanitar problemlərin həlli ilə bağlı addımlar atılmasının vacib olduğu başadüşüləndir.
Ancaq bu işi hansısa qurum təsis etmədən sülhməramlıların həyata keçirməsi də mümkündür. Nəzəə alınmalıdır ki, başqa bir ölkənin rəhbərinin Azərbaycanın ərazisində humanitar məsələlərin həlli üçün olsa belə hansısa qurum yaratması Azərbaycan Konstitusiyasına ziddir.
Nəhayət, Dağlıq Qarabağa ermənilərin köçürülməsi, onların yerləşdirilməsi, dağılan infrastrukturun bərpası da Rusiyanın birtərəfli qaydada həyata keçirdiyi fəaliyyətdir.
Azərbaycan ərazisinə köçürülən şəxslərin şəxsiyyətinin yoxlanılması, dəqiqləşdirilməsi vacibdir və bu işi ölkənin hüquq mühafizə orqanları həyata keçirməlidir. Hazırda bu işlə Rusiya sülhməramlıları məşğul olur. Bizim ora kimlərin gətirilməsindən, köçürülməsindən xəbərimiz yoxdur.
Əslində Laçın dəhlizində və Ermənistanla sərhəd olan bütün nöqtələrə, o cümlədən hava limanlarına Azərbaycan sərhəd və gömrük orqanları nəzarət etməlidir. Azərbaycana qarşı hərbi cinayətlərdə iştirak etmiş şəxslərin, xarici ölkədən köçürülən ermənilərin Dağlıq Qarabağa yerləşdirilməsinə qətiyyən imkan vermək olmaz. Habelə bölgəyə gətirilən bütün yüklər də Azərbaycan tərəfindən ciddi şəkildə yoxlanılmalıdır.
Ən vacib məsələlərdən biri üçtərəfli razılaşmaya uyğun olaraq Dağlıq Qarabağdakı erməni silahlı birləşmələrinin çıxarılması, əhalinin tam silahsızlaşdırılmasıdır.
Təəssüf ki, bu günə qədər bu istiqamətdə hansısa bir addım atılması haqda məlumat yoxdur. Hətta Ermənistan rəsmiləri iddia edirlər ki, “DQR müdafiə ordusu” olduqları yerdə qalacaq və möhkəmləndiriləcək. Yeri gəlmişkən, Ermənistanda əsgər anaları bir neçə gündür uşaqlarının ölkəyə gətirilməsi tələbi ilə kütləvi aksiyalar keçirirlər.
Azərbaycan bu məsələlərlə bağlı nə edə bilər?
Bu barədə yazarkən mövcud reallıqlardan çıxış edib praktik mümkün olan təkliflər irəli sürmək faydalıdır.
Bu kontekstdə rəsmi olaraq Bakının atacağı ilk addım sözügedən problemlərin diplomatik və siyasi kanallarla Moskvanın qarşısında ciddi şəkildə qaldırılmasıdır. Bu barədə cəmiyyətdəki narahatlığı aradan qaldırmaq üçün ictimaiyyətin məlumatlandırılması da vacibdir.
Azərbaycanın qarşısında duran təxirəsalınmaz tədbirlərin önündə üçtərəfli razılaşmanın bəndlərinin olduğu kimi həyata keçirilməsini təmin etməkdir. Bu sırada Dağlıq Qarabağın işğalda qalan bölgəsinin erməni hərbçilərdən, minalardan təmizləyib əhalinin köçürülməsi vacibdir.
Bunun üçün işğaldan azad olunan rayonlara əhalinin məskunlaşdırılmasını gözləmək lazım deyil. Daha az dağılmış Şuşa, Laçın, Kəlbəcər və Hadrutda yaşayış evlərini ən qısa müddətdə bərpa edərək Qarabağdan, xüsusən də bu rayonlardan köçkün düşmüş əhalinin kütləvi şəkildə geri qayıtmasını təmin etmək vacibdir.
Ona görə də, bəyanatda yazıldığı kimi, BMT-nin köçkünlərlə bağlı missiyasını regiona dəvət etməklə prosesin beynəlxalq nəzarət altında həyata keçirilməsinə nail olmaq lazımdır. Çünki burada həllini gözləyən xeyli məsələlər var: köçürüləcək əhalinin dəqiqləşdirilməsi, yaşayış yerlərinin, infrastrukturun hazırlanması, idarəçiliyin formalaşdırılması və s. işlər xeyli zaman alacaq.
Paylaş:
Müəllif : Fuad
Tarix:3-12-2020, 09:32
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:3-12-2020, 09:32
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 08:36
Məmur biznesinin iflic etdiyi sahələrdə orta və kiçik sahibkarlıq can verir... - İnhisar, cərimələr, pul qıtlığı...
23-11-2024, 13:35
Samux İcra Hakimiyyətinin tərkibində 600 min manatlıq qəribə “alış-veriş” – Kəlbətin, təkər, izolent, maşın yağı və s…
23-11-2024, 13:25