"İşğaldan azad edilmiş şəhərlərdən birinə İlhamabad adı verilsin" - Bir qrup ziyalı Prezidentə müraciət etdi
Qarabağda erməni işğalından azad edilmiş şəhərlərdən birinə ”İLHAMABAD” adının verilməsi və Şuşa şəhərində möhtəşəm abidənizin ucaldılmasına dair
MÜRACİƏT
Çox hörmətli cənab Prezident!
Rəşadətli Azərbaycan Ordusunun Müzəffər Ali Baş Komandanı!
Ordumuzu parlaq tarixi qələbəyə aparan Böyük sərkərdə!
Xalqımıza sonsuz iftixar və qürur yaşadan, Böyük Fateh!
Bu günümüzün və gələcəyimizin əvəzolunmaz siyasi lideri!
İcazə verin, ruhumuzda, düşüncəmizdə az qala xəyala, ilğıma dönmüş doğma Qarabağı yenidən Azərbaycan etdiyiniz, mənfur düşmən üzərində hərbi və siyasi qələbəmizin təminatçısı olduğunuz, bizə sonsuz qələbə sevinci yaşatdığınız, işğal olunmuş torpaqlarımızda heç vaxt enməyəcək üçrəngli zəfər bayrağımızı dalğalandırdığınız üçün Sizə dərin təşəkkür və minnətdarlığımızı bildirək. İftixar hissi ilə bəyan edirik ki, apardığınız dürüst, məqsədyönlü siyasət nəticəsində nəinki 30 ildən bəri öləziməkdə olan ocaqlarımızı yenidən alovlandırdınız, həm də üzülməkdə olan ümidimizi, tükənməkdə olan arzularımızı, tapdanmış şərəfimizi, ləyaqətimizi özümüzə qaytardınız. Əslinə qalsa, işğalda olan tək əzəli Azərbaycan torpaqları olan Şuşa, Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan deyildi, Azərbaycan ziyalısının qüruru, Azərbaycan əsgərinin şərəfi, şəhidlərimizin sərgərdan ruhu, Azərbaycan vətəndaşlarının ən müqəddəs arzuları idi.
Cənab Ali Baş Komandan,
komandanlığınız altında Azərbaycan əsgərinin 27 ildən sonra düşmən üzərində qələbə çalması xalqımızın qəhrəmanlıq salnaməsinin son 200 ildə yazılan ən şanlı səhifəsidir. Bu müqəddəs qələbə düşmənin çürük təfəkküründə illərdən bəri kök salmış mifik “Böyük Ermənistan” ideologiyasını, “yenilməz Ermənistan ordusu” fikrini, “keçilməz Ohanyan səddi”ni qısa müddətdə darmadağın edib tarixin arxivinə verdi. İnanırıq ki, rəhbərliyiniz altında qazanılmış bu zəfər salnaməsi tarixçilərimiz tərəfindən dərindən araşdırılacaq, tarix və hərbi dərsliklərə salınacaq, dünya hərb tarixinin ən parlaq və uğurlu səhifəsi kimi tədqiq ediləcəkdir.
Sizin kimi rəhbəri olan bir ölkədə yaşamağımızla, Sizin rəhbəri oduğunuz bir olkənin vətəndaşı olmağımızla qürur duyduğumuzu məmnunluq hissi ilə ifadə edirik. İnanırıq ki, erməni faşizmi, insanlara kin, nifrət püskürən mənfur erməni ideologiyası üzərində çalınan bu parlaq qələbə ölkəmizin beynəlxaq miqyasda artan siyasi nüfuzuna yeni rəng, yeni çalar qatacaq, dövlətimizin artmaqda olan iqtisadi qüdrətini daha da gücləndirəcəkdir. Hesab edirik ki, özünü Azərbaycan vətəndaşı sanan, qanunlarımıza hörmət edən milliyətindən, dinindən, irqindən asılı olmayaraq hər bir Azərbaycan vətəndaşına bu inkişafdan pay düşəcəkdir.
Əminliklə bildiririk ki, çox yaxın zamanlarda Sizin rəhbərliyiniz və qayğınız sayəsində işğaldan azad olunmuş bu cənnət diyarın hər bir guşəsi nəinki bölgədə, bütövlükdə dünyada turizmin ən yüksək səviyyədə inkişaf etdiyi bir məkana çevriləcəkdir. Bir sözlə Qarabağımızda sülhün və əminamanlığın bərqərar olaraq nümunə rəmzinə çevriləcəyi gün olduqca yaxındadır. Düşmənlərimiz də anlayacaqlar ki, müdriklərin dediyi kimi “Sülh tacı səltənət tacı ilə müqayisə edilməyəcək dərəcədə gözəl və dəyərlidir”.
Möhtərəm cənab Prezident,
eyni zamanda məmnunluqla qeyd etmək istəyirik ki, böyüklüyünüz, apardığınız düzgün siyasət nəticəsində xalqımızın çoxdan ehtiyacı və arzusunda olduğu milli birliyə nail ola bildiniz. Bu, bir daha Sizin əvəzsiz liderlik qabiliyyətinizi, bənzərsiz rəhbər olmanızı təsdiqlədi.
Cənab Prezident, Müzəffər Ali Baş Komandan!
Bəyan etdiyiniz kimi, işğaldan azad olunmuş şəhər və kəndlərin yenidən qurulması üçün baş plan hazırlanır. Dağıdılmış şəhər və qəsəbələr, xarabazarlığa çevrilmiş infrastruktur yenidən qurulur. Biz – bu müraciəti imzalayanlar Azərbaycan jurnalistikasının təmşilçiləri olaraq hesab edirik ki, Qarabağda erməni işğalından azad olunmuş şəhərlərdən birinə “İLHAMABAD” adının verilməsi, eləcə də qədim Şuşa şəhərində möhtəşəm abidənizin ucaldılması hər bir Azərbaycan vətəndaşının ürəyindən olardı. İnanın səmimiyyətimizə, bu, dünyanın harasında yaşamasından asılı olmayaraq hər bir azərbaycanlının arzusu, istəyi və iradəsinin ifadəsidir. Bu, QURUCU PREZİDENT, XİLASKAR LİDER və MÜZƏFFƏR ALİ BAŞ KOMANDAN olaraq Sizin halal haqqınızdır.
Dərin ehtiramla:
Cahangir Məmmədli, filologiya elmləri doktoru, professor
Nəsir Əhmədli, filologiya elmləri doktoru, professor, əməkdar jurnalist
Qafar Cəbiyev, tarix elmləri doktoru, professor, əməkdar jurnalist
Vüqar Əliyev, filologiya elmləri doktoru, professor, əməkdar jurnalist
Elşən Qəniyev, müstəqil jurnalist, publisist, ssenarist
Zərbalı Mirzə, “İnşaatçı” qəzetinin baş redaktoru, əməkdar jurnalist
Flora Xəlilzadə, Prezident təqaüdçüsü, əməkdar jurnalist
Qüdrət Piriyev, “Xalq qəzeti”nin baş redaktorunun birinci müavini, əməkdar mədəniyyət işçisi
Akif Aşırlı, “Şərq” qəzetinin təsisçisi və baş redaktoru, əməkdar jurnalist
Paylaş:
Müəllif : Yazar
Tarix:3-12-2020, 17:35
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:3-12-2020, 17:35
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 19:26
Prezident bu nəqliyyat vasitələri ilə bağlı qanun imzaladı - Yanvarın 1-dən 8 il müddətinə...
Bu gün, 11:29