“Arutunyan, sadəcə, ruhdur, heç bir səlahiyyəti yoxdur” - deputatdan ilginc açıqlamalar
Milli Məclisin deputatı, Azərbaycan Ağsaqqallar Şurasının sədri Eldar Quliyevin Pravda.az-a müsahibəsi:
- Eldar müəllim, artıq ikinci Qarabağ müharibəsində qələbəsi başa çatıb. Hazırda Azərbaycan hansı addımları atmalıdır?
- Azərbaycan ikinci Qarabağ müharibəsində zəfər çaldı. Buna Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, müzəffər ordumuzun şücaəti sayəsində nail olduq. Bu, tarixi qələbədir. Azərbaycanın son iki yüz ildə, demək olar, ən böyük qələbəsidir. Tarixə diqqət yetirsək, görərik ki, Şah İsmayıl Xətai və Nadir Şah döyüşlərdə qələbə çalıblar, onlar böyük zəfər yürüşləri ediblər. Bilirsiniz ki, istər XIX, istərsə də XX əsrdə ölkəmiz qələbə qazanmayıb. Doğrudur, 1918-cil ildə müstəqillik əldə etdik, təəssüflər olsun ki, cəmi 23 ay oldu... Müasir dövrdə ermənilərin azərbaycanlılarla təcavüzü 1988-ci ildən başladı, son günlərə qədər davam etdi. Azərbaycan torpaqlarının 20 faizini itirmişdi, 1 milyon qaçqın və məcburi köçkünü var idi. Ermənilər etdikləri ilə kifayətlənmirdilər, hər il bir neçə dəfə torpaqlarımıza hücum edirdi. Ermənistanın baş naziri Nikol Paşinyanın dövründə vəziyyət bir qədər də gərginləşdi. Onun çıxışlarına baxsaz, görərsiniz ki, qeyri-normal hökumət başçısıdır. Paşinyan deyirdi ki, Qarabağ Ermənistandır”. Bu, absurd iddiadır. Çünki Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası 1993-cü ildə Azərbaycanın işğal altında olan torpaqları ilə bağlı 4 qətnamə qəbul edib. Sənədlərdə qeyd olunur ki, Ermənistan silahlı qüvvələri Azərbaycan ərazilərindən qeyd-şərtsiz çıxmalıdırlar. Paşinyan Şuşada parlament binası tikmək istəyirdi, torpaqlarımızda komandası ilə qol-qola rəqs edirdi... Bunların siyasətinin əsasında yalnız işğalçılıq durub. Azərbaycan Ermənistana bir neçə dəfə layiqli cavab verib, 2016-cı ilin aprel döyüşləri buna misaldır. Həmin vaxt torpaqlarımızın bir hissəsini azad etdik, bayrağımızı sancdıq. Azərbaycan davam edəcəkdi, Rusiyanın təsiri ilə dayandı. Ermənistanın o dövrdə prezidenti olan Serj Sarqisyan dizlərini yerə qoydu, Rusiyanın prezidenti Putinə yalvardı, danışıqlara hazır olduğunu bildirdi. Təəssüflər olsun ki, Soçidəki və digər görüşlər nəticə vermədi. Ermənistan 2020-ci ildə də sakit dayanmadı, hücuma keçdi, özü də sərhəddən - Tovuz istiqamətindən. Tovuz cəbhə bölgəsindən 100-150 kilometr aralıda yerləşir. Azərbaycan ordusu bu hücumun qarşısını qətiyyətlə aldı. Döyüşlər zamanı itkilərimiz oldu... Erməni tərəfi daha çox itki verdi. Ermənilər Bakı-Tbilisi-Ceyhan neft kəmərinə raket atıdı, onlar kəməri partlatmaq istəyirdilər, amma buna nail ola bilmədilər. Sentyabrın 27-də də təxribat törətdilər. Buna cavab olaraq, Azərbaycan əks-hücum əməliyyatlarına başladı. Azərbaycanın müharibəyə başlamaqdan başqa yolu yox idi. Çünki bu illər ərzində danışıqlar nəticə vermədi... ATƏT-in Minsk Qrupu 30 ilə yaxın müddətdə heç bir addım atmayıb. Hiss olunurdu ki, bu qrup ermənilərə daha yaxındır. Xatırlayıram ki, ATƏT-in Minsk Qrupu yaradılanda çox çalışdıq ki, həmsədr dövlətlərdən biri Türkiyə olsun. Amma imkan vermədilər. Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə deyib ki, sülh tərəfdarıyıq, müharibə istəmirik. Lakin sülh şəraitinin yaradılması üçün ikinci tərəf də addım atmalıdır axı... Minsk Qrupu tam nüfuzdan düşmüşdü, inam qalmamışdı. Qrup oyuncağa çevrilmişdi. Azərbaycan uzun illər status-kvonun dəyişdirilməsinə cəhd etdi, alınmadı. “Madrid prinsipi”nə də əməl edilmədi. Hər şey sənəd üzərində qalmışdı. Azərbaycan hökuməti bu illər ərzində ölkə iqtisadiyyatını inkişaf etdirdi, ordunu gücləndirdi. Büdcədən hər il orduya ayrılan vəsait artırılırdı. Bunları bu gün üçün edirdik. Beləliklə, Azərbaycan sentyabrın 27-də əks-hücum əməliyyatlarına başladı və prosesi uğurla başa çatdırdı. Ordumuz şəhid verdi, yaralananlarımız da oldu. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin. Onlar canlarını vətən uğrunda fəda ediblər, bunu heç vaxt unutmamalıyıq. Hazırda Azərbaycanın bayrağı işğaldan azad edilən ərazilərdə dalğalanır. Azərbaycan ordusu erməniləri diz çökdürdü. Ermənistan yenidən Rusiyaya üz tutdu, yalvardı. Noyabrın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Rusiya Federasiyasının Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan bəyanat imzaladılar. Kəlbəcər noyabrın 15-də, Ağdam noyabrın 20-də, Laçın isə dekabrın 1-də Azərbaycana qaytarıldı. Bu, Ermənistanın kapitulyasiyası idi. Ermənistan 3 rayonu qaytarmağa razı oldu, çünki tamamilə məğlub olmuşdular. Rusiya ilə Türkiyədə Qarabağdakı vəziyyəti birgə monitorinq edəcəklər, bununla bağlı müvafiq sənəd imzalanıb. Dağlıq Qarabağda təmas xətti və Laçın dəhlizi boyu Rusiya Federasiyasının 1960 sayda odlu silahlı hərbi qulluqçusundan, 90 hərbi zirehli texnika, 380 ədəd avtomobil və xüsusi texnikadan ibarət sülhməramlı kontingenti yerləşdirilib. Dağlıq Qarabağla Ermənistan arasında əlaqəni təmin edəcək və bununla belə Şuşa şəhərinə toxunmayacaq Laçın dəhlizi (5 km. enliyində) Rusiya sülhməramlı kontingentinin nəzarəti altında qalacaq. Burada qalib tərəf Azərbaycandır. Heç kəsin ağlına gəlməzdi ki, torpaqlarımız nə vaxtsa, işğaldan azad ediləcək. Ordumuz xüsusi şücaət göstərdi, onlar Şuşanı işğaldan azad etmək üçün hansı qəhrəmanlıqları göstəriblər, bilirsiniz. Şuşa alınmaz qala idi. Biz 1992-ci ildə Şuşa işğal ediləndə təəccübləndik ki, bu necə ola bilər? Təsəvvür edin, 15-20 hərbçimizin qarşısından 1500-2000 nəfər erməni əsgəri qaçıb. Sualınıza gəlincə deyə bilərəm ki, biz ilk növbədə sərhədlərimizi möhkəmləndirməliyik. Qarabağda ermənilərin yaşamasından narahat olmaq lazım deyil, onlar Azərbaycan vətəndaşlarıdır. Təbii ki, 1990-cı illərin əvvəllərində torpaqlar işğal edilənədək orada yaşayanlardan söhbət gedir. Prezident bunu dəfələrlə deyib. Sülhməramlıların gəlişi ilə bağlı narahatlığa əsas yoxdur. Onların fəaliyyəti imzalanan bəyanatda qeyd olunub. Rusiya prezidenti Vladimir Putin çıxışında qeyd etdi ki, Azərbaycan öz torpaqlarını azad edib. Biz müharibəni öz torpaqlarımızda aparmışıq, başqasının torpağında gözümüz yoxdur. Azərbaycan BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerini yetirdi, kimsə deyə bilməz ki, niyə bu addımı atırsınız. Bu, suveren hüququmuzdur. Qarabağda hər hansı statusdan söhbət gedə bilməz. O rayonlar da, məsələn, Kürdəmir, Mingəçevir necə idarə edilirsə, o cür idarə ediləcək.
- Narahatlıq Xankəndi, Xocavənd və Xocalı ilə bağlıdır...
- Bu məsələlər mərhələli şəkildə həll ediləcək. Biz SSRİ dövründəki sərhədlərimizi bərpa etməliyik. Təbii ki, sülhməramlılar da bir müddət orada qalmalıdırlar. Hər bir müharibənin sonu sülhlə bitir. Hansısa formada işləməliyik. Çünki erməni vətəndaşlar Qarabağa qayıtsa, biz onlara da eyni hüquqlar verməliyik. Yəqin ki, bir hissəsi qayıdacaq... Ən əsası işğaldan azad edilən rayonlar abadlaşdırılmalıdır. Həmin ərazilərin potensialı böyükdür. Oradakı su hövzələrini qeyd etmək istərdim, bilirsiniz ki, torpaqlar işğal edildiyi üçün ətraf rayonlar susuzluqdan əziyyət çəkirdilər... Ermənilər vəhşidirlər, təbiəti belə məhv ediblər. İşğalda olan rayonları darmadağın ediblər... Unitazı götürüb aparanlardan nə gözləyəsən ki... Biz bəyəm oradan çıxanda evlərimizi yandırmışdıq? Heç bir azərbaycanlı bunu etməmişdi. Çünki o torpaqlar bizim üçün vətəndir. Ermənilər üçün vətən anlayışı yoxdur. Onlar məscidləri, hətta öz kilsələrini də dağıdıblar. Baxın Azərbaycana, görün nə qədər kilsə var, biz tolerant xalqıq. Bakının mərkəzində ermənilərin kilsəsini saxlamışıq. Ərazi abadlaşdırıldıqdan sonra insanlarımız oraya qayıtmalıdırlar.
- Qondarma “Dağlıq Qarabağ Respublikasının” rəhbəri Araik Arutunyan Xankəndiyə qayıdıb. Azərbaycan Baş Prokurorluğunun axtarışa verdiyi şəxsin bu torpaqlarda gəzməsi normaldırmı?
- Bütün bu addımlar erməniləri sakitləşdirmək üçün edilir. Arutunyan, sadəcə, ruhdur, heç bir səlahiyyəti yoxdur. Arutunyan Xankəndinə gəlir və camaata göstərmək istəyir ki, guya məsələ ermənilərin xeyrinə həll ediləcək. Azərbaycan yaxın müddətdə Xankəndinə təyinatlar etməlidir. Orada hər hansı statusdan söhbət gedə bilməz. Artunyanın addımlar erməniləri sakitləşdirmək üçündür, yəni, gəlin, rahat yaşayın, axı onlar qorxur... Rusiya da onları yola verir. Azərbaycanın bəzi yerlərə girməməsinin səbəbi minalardır. Vicdansızlar əksər yerləri minalayıblar. Azərbaycan Prezidenti bu məsələlərlə bağlı dəqiq strategiya seçib. Hamımız Prezidentin ətrafında sıx birləşmişik. İlham Əliyev dünyada sayılıb-seçilən liderlərdəndir. Deyərdim ki, dünyada 10 siyasi lider varsa, onlardan biri İlham Əliyev, digəri isə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğandır. Xaricdə oturan bəzi ağzıgöyçəklər qələbəyə kölgə salmağa çalışırlar. Onlar müharibə vaxtı ölkəyə gəlib müharibəyə yollanmadı. Bunun əvəzində boş-boş danışırlar. Meşə çaqqalsız olmaz... Azərbaycanın qələbəsi tarixə qızıl hərflərlə yazılacaq.
- İşğaldan azad edilən ərazilərdə evlər hansı formada tikilə bilər. Bəziləri təklif edirlər ki, dövlət vətəndaşa kredit versin, evini tiksin...
- İşğaldan azad edilən rayonlarla bağlı dövlət proqramı hazırlanmalıdır. Oraya xarici şirkətlər də dəvət edilməlidir. O da mümkündür ki, xarici şirkətlər evləri tiksin, az faizlə kreditə versin. Bilirəm ki, türkiyəli bir neçə iş adamı müraciət edib. Burada təkcə evlərin tikilməsindən söhbət getmir, zavodlar inşa edilməlidir, kənd təsərrüfatı dirçəldilməlidir, bütün bunlar iş yeri deməkdir. Biz o rayonlarda nələr qoyub gəldik, hamısı sıfıra dönüb. Təbii ki, bu, çox böyük məbləğdir. Deyirlər, 100 milyard lazımdır, məncə, ən azı 500 milyard gərəkdir. Erməniləri beynəlxalq məhkəmələrə vermək, təzminat tələb etmək lazımdır. Əgər verə bilmirlərsə, torpaqlarından versinlər. Zəngəzur qədim Azərbaycan torpağı olub. Həmçinin İrəvan... Ermənistan dövləti Azərbaycan torpaqlarında yaradılıb.
- Baş verənlərdən sonra Ermənistanla Azərbaycanın əməkdaşlığı ola bilərmi?
- Hesab edirəm ki, əməkdaşlıqdan danışmaq tezdir. Bu, 2-3 ildən sonra müzakirə mövzusu ola bilər. Mətbuatda izlədim, belə təklif var ki, Türkiyə və Rusiyanın daxil olduğu Cənubi Qafqaz ölkələrinin birliyi yaradılsın. Əgər bu, baş tutarsa, əməkdaşlıq bəlkə mümkün olsun. İndidən demək olmaz ki, ermənilərlə hansı işləri görəcəyik. Keçmişdə münasibətlər normal olub, gediş-gəliş var idi. Biz heç vaxt düşmənçilik aparmamışıq, bunu yalnız ermənilər edib. Çünki ermənilərin torpağı olmayıb, ona görə başqalarının torpağına göz dikiblər. Bir müddət öncə, bir erməninin çıxışına baxırdım, dedi ki, biz ilk dəfə 1988-1993-cü ildə qələbə çaldıq, amma Azərbaycan Qarabağı yenidən geri aldı. Bunlar qələbənin nə olduğunu bilməyən tayfadırlar. Ermənilər 1941-1945-ci illərdə də satqın olublar. Qaregin Njdeyə də abidəni onlar ucaldıb. Paşinyanın babası satqın olmayıb ki? Biz onlar haqqında faktlarla danışırıq, onlarda da fakt varsa, bizim haqqımızda desinlər. Yoxdur! Satqına heç vaxt arxa çevirmək olmaz. Mənə babam deyərdi ki, erməniyə arxa çevirmə, vuracaq. 1918-ci ildə ermənilər Bakıya hücum ediblər. İndiki Zabrat körpüsünün yaxınlığında xəndək qazılıb, ona görə də ermənilər keçə bilməyib. Ermənilər kəndlərə buraxılmadı. Sonradan türk ordusu gəldi, erməniləri qovdular. Babamla yanaşı iki qardaşı da vuruşub, onlardan biri – Ağaverdi şəhid olub. Sovet dövründə də Maştağa və Nardarana erməni buraxılmadı. Kommunikasiyaların qurulması müzakirə ediləcək. Hələ Bakı-Tbilisi-Ceyhan neft kəməri layihəsi müzakirə olunarkən ulu öndər Heydər Əliyev Ermənistana təklif etdi ki, Qarabağ məsələsi həll edilsin, boru kəmərinin bir hissəsi sizin ərazinizdən keçsin. Onlar ildə 300-350 milyon qazanacaqdılar. Amma onlar razılaşmadılar. Erməni lobbisinin güclü olduğunu hər kəs bilir. Fransa senatının və parlamentinin qəbul etdiyi sənəd buna misaldır. Hansı Qarabağın müstəqilliyindən söhbət gedə bilər? Cənab Prezident İlham Əliyev Fransanın bu addımına tutarlı cavab verdi. Dedi ki, istəyirlərsə, şəhərin adını Marselyan qoysunlar, erməniləri yerləşdirsinlər. Ermənilər heç 2 milyon deyillər, amma danışıqlarına, hərəkətlərinə baxın. Azərbaycan qanunlarına tabe olmaq şərtilə ermənilər Qarabağda yaşaya bilərlər... Başqa cür mümkün deyil.
- Rusiyanın sülhməramlı kontingentinin Qarabağda yerləşdirilməsi Azərbaycana nə vəd edir?
- Rusiyanın sülhməramlı kontingenti Qarabağda 5 il müddətində qalacaq. Bu, həm də prosesin gedişatından asılı olacaq. Bu məsələ də yoluna qoyulacaq. Əsas odur, torpaqlarımız işğaldan azad edilib. Tam səmimi deyirəm, ən böyük arzum olub ki, Qarabağ işğaldan azad edilsin. Çünki bu torpaqlar bizim dövrümüzdə işğal edilmişdi... Bu, çox ağır yükdür, gələcək nəsillərə qoymaq olmazdı. Şükürlər olsun, qələbə çaldıq. Allah Ali Baş Komandan İlham Əliyevin canını sağ eləsin, o, bu müharibənin başlaması üçün əmr verdi, qüdrətli ordumuz da şücaət göstərdi. Qonşularımızla münasibətlərimizi daha da möhkəmləndirməliyik. Rusiya böyük dövlətdir, həmişə təmasda olmuşuq. Nəzərə alın ki, hazırda 2 milyon azərbaycanlı Rusiyada yaşayır. Mən ikinci Qarabağ müharibəsi ərəfəsində sərgilədiyi mövqeyə görə Rusiya prezidenti Vladimir Putinə minnətdarlığımı bildirirəm. Rusiya Azərbaycana dost dövlətdir, işini görüb, gedəcək. Türkiyə bu müharibədə Azərbaycanın yanında oldu, bütün dəstəyi verdi, tür qardaşlarımız sağ olsunlar. İsrail də, Ukrayna da, İran da, Gürcüstan da Azərbaycanı dəstəklədilər. Qonşu dövlətlər olan İran və Gürcüstan hərbi yüklərin Ermənistana daşınmasına imkan vermədi. Amma baxın Avropanın bir neçə dövlətinin ermənipərəst mövqeyinə... Qələbəni qəbul etmirlər, etməsinlər...
- Fransa senatının qəbul etdiyi qətnaməyə Azərbaycan Milli Məclisi etiraz bəyanatı yaydı...
- Bəli. Belə də olmalı idi. Bilirsiniz ki, Fransa ilə Azərbaycanın əlaqələri həmişə normal olub. Düzdür, ATƏT-in Minsk Qrupunun həmsədr dövləti kimi bizə hər hansı dəstək verməyib. YUNESKO-nun xəttilə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Fransaya xeyli kömək edib. Hansı tədbiri təşkil ediblərsə, orada yüksək səviyyədə iştirak etmişik. Amma qətnamənin qəbulu beynəlxalq hüquqa ziddir. Fransa prezidenti Makron başda olmaqla, senatorların hamısı təsir altındadırlar, ermənilərdən qorxurlar. Makron niyə canfəşanlıq edir? Çünki gələn il seçki keçiriləcək. Ermənilər də qarışqa kimi hər tərəfə yayılıblar. Ermənilərdə həm də birlik var. Doğrudur, mən ilk dəfə ikinci Qarabağ müharibəsində birliyi gördüm. Son 100 ildə belə birlik olmamışdı. AXC-Müsavat cütlüyünün hakimiyyəti dövrünə baxın, hakimiyyət davası aparırdılar. Amma indi xalq bir yumruq kimi birləşdi, düşmən üzərində qələbə çaldı.
- İşğaldan azad edilən rayonların aqrar potensialı hansı səviyyədə olub?
-Prezident İlham Əliyev çıxışında bildirdi ki, ermənilər həmin torpaqlardan ildə 90 min ton taxıl əldə edirlər. Düzdür, böyük rəqəm olmasa da, kifayət qədər məhsul deməkdir. Əsas su mənbələridir ki, bu da Qarabağda var. Aqrar sahə üçün əsas olan su və torpaqdır. Qarabağda baramaçılıq xüsusilə inkişaf edə bilər, çünki burada ənənə var, tut ağacları çoxdur. Orada “Azərittifaq”ın konserv zavodları olub. Ən böyük zərər Kənd Təsərrüfatı Nazirliyinə və “Azərittifaq”a dəyib. Çünki oradan nəsə çıxara bilməmişik.
- Sədri olduğunuz “Azərittifaq” o ərazilərdə hansı işləri görməyi planlaşdırır?
- İstərdik ki, fəaliyyətimizi bərpa edək. Etiraf etmək lazımdır ki, artıq o gücümüz yoxdur. Amma bütün hallarda gəlir gətirən sahələr inkişaf etdirilməlidir. Turistlərin cəlb edilməsi üçün Kəlbəcərdə istirahət mərkəzləri tikilməlidir. Bilirsiniz ki, Kəlbəcər İstisuyu ilə məşhurdur. Turizmin inkişafı üçün təhlükəsizlik təmin edilməlidir. Turist istəməz ki, güllənin qabağında dayansın. Qarabağda nə yoxdur ki... Hər şey var. Əsas odur ki, insanları köçürək...
Paylaş:
Müəllif : Yazar
Tarix:7-12-2020, 09:19
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:7-12-2020, 09:19
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
Dünən, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
Dünən, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
Dünən, 11:07
İşçilərin maaşı ilə özünə “imperiya” quran dələduz şirkət rəhbəri QAÇDI - İLGİNC FAKTLAR...
20-12-2024, 21:08
Türkiyənin Suriya üçün göndərəcəyi 75 min ərzaq bağlamasının ilk partiyası yola salındı
20-12-2024, 14:01
Tiktoker Benizin zərərçəkəni hüquq-mühafizə orqanlarına müraciət etdi - 836 min manatdan çox pulunu hissə-hissə ələ keçirib
20-12-2024, 13:48
Ölkəmizə son illər iribuynuzlu heyvanlar HARADAN və NECƏ gətirilir? - “Dana monopoliyası” "kralı"na niyə DUR deyən tapılmır...?
20-12-2024, 12:09
Dünya çempionu 2,5 milyon pul qoyduğu obyektdən çıxarılır - İşin arxasında keçmiş məmur dayanır? - FOTO
20-12-2024, 10:16