PAŞİNYAN DA SARQSYANIN AXMAQLIĞINI İŞFA ETDİ – Onun Lukaşenkonun ilə Qarabağa dair qeyri-rəsmi söhbəti mətbuata sızdırıldı
Ermənistan mətbuatının və sosial şəbəkə istifadəçilərinin son günlər ən çox müzakirə etdiyi mövzulardan biri 2016-cı ilin payızında KTMT-nin İrəvanda keçirilən görüşü zamanı o vaxtkı prezident Serj Sarqsyanla Belarus Prezidenti Aleksandr Lukaşenko arasındakı özəl söhbətin səs yazısının mətbuata sızdırılmasıdır.
“AzPolitika.info” xəbər verir ki, iki prezident arasında kifayət qədər gərgin tonda baş verən dialoqda Lukaşenkonun Sarqsyanı Azərbaycanın işğal olunmuş torpaqlarının qaytarılmasına razı olmadığına görə tənqid etməsi erməni mətbuatında və sosial şəbəkəlrdə ciddi əks-səda yaradıb. Hətta Sarqsyanın ofisi bu səs yazısı sızıntısından narahatlığını bildirən bəyanatla çıxış edib. Və bildirib ki, Sarqsyan həmin qeyri-rəsmi dialoqla bağlı şərh vermək fikrində deyil.
Konkret sözügedən dialoqa gəldikdə isə Lukaşenko həmin görüşdə Ermənistanın işğal olunmuş 7 rayonu geri qaytarmalı olduğunu deyir. Səs yazısında Lukaşenko iddia edir ki, Azərbaycan Ermənistana bunun müqabilində iqtisadi əlaqələrin, nəqliyyat kommunikasiyalarının bərpasını və 5 milyard dollarlıq iqtisadi yardım təklif edir.
Lakin Sarqsyan hikkəylə cavab verir ki, o, əvəzində İlham Əliyevə 6 milyard təklif edir: “Mən ona 6 milyard verirəm, qoy torpaqlardan imtina etsin”.
Lukaşenko bunun ağlagəlməz olduğunu bildirir və Sarqsyanın mövqeyinin zəif olduğunu deyir: “Sən problemi həll etmək istəmirsən, mən sənə dost kimi deyirəm. Sənin mövqeyin zəifdir – “mən 7 rayonu vermərəm, ona görə ki, sonra dərhal mənə qarşı müharibəyə başlayacaqsan” - bəlkə başlamayacaq?”
Cavabında Sarqsyan deyir: “Birdən başlasa? Niyə elə-belə qaytarmalıyıq? Mən başa düşə bilmirəm”.
Belarus prezidenti təklif edir ki, Ermənistan işğal altındakı rayonları qaytarsın və təhlükəsizliyin təminatı üçün bölgəyə KTMT-nin silahlı qüvvələrindən ibarət sülhməramlılar yeridilsin. Ancaq məlum olur ki, Sarqsyan heç bununla da razılaşmır və bildirir ki, həmin rayonlar azad olunsa, Azərbaycan qondarma rejimə hücum edə bilər.
Lukaşenko KTMT-nin bölgədə təhlükəsizliyə təminat verə biləcəyini söyləsə də, Sarqsyan heç cür rayonların qaytarılmasına razı olmadıqlarını deyir.
Sonda Lukaşenkonun bütün arqumentləri qarşısında cavab verə bilməyən Sarqsyan deyir ki, həmin rayonların ələ keçirilməsi üçün 5 mindən artıq erməni həlak olub. Ona görə də onları elə-belə qaytara bilməzlər. Lukaşenko yenə ona xatırladır ki, SSRİ ilə Almaniya arasındakı müharibədə milyonlarla insan ölüb, lakin sonradan münasibətlər normallaşıb. Bununla da dialoq bitir.
Ermənistanda çoxları bu səs yazısının məhz indi sızdırılmasını təsadüfi saymır və bunun Paşinyan hökumətinin əməli olduğunu iddia edirlər. Bu, bir növ Sarqsyanın Paşinyanı danışıqlar aparmağı bacarmamaqda və danışıqlarda tutduğu mövqe ilə müharibəni labüd etməkdə günahlandırmasına cavb sayılır. Belə ki, həmin söhbətdən Sarqsyanın da heç bir güzəştə getmədiyi, hətta KTMT-nin sülhməramlı qismində iştirakı və təhlükəsizliyə zəmanət verməsinə belə razı olmadığı üzə çıxır.
Hələ Azərbaycanın iqtisadi güzəştləri də bunun üzərinə gəlindikdə məlum olur ki, 2016-cı ildə Ermənistanın indi düşdüyü rəzil və alçaldıcı durumdan fərqli olaraq, daha sərfəli sülh bağlamaq imkanı varmış. Lakin Sarqsyan özü bu əlverişli şərtlərlə razılaşmayıb, bu gün isə Paşinyanı ittiham edir. Ona görə də Paşinyan hakimiyyəti bu səs yazısını sızdıırmaqla bir növ sübut etməyə çalışır ki, ondan əvvəlki hakimiyyətlər də güzəştə getməyərək, Qarabağ danışıqları ilə bağlı ona ağır miras buraxıblar. Və nəticədə Paşinyan da danışıqlarda geri addım ata bilməyib.
Bu söhbətdə acından ölən Ermənistanın o vaxtkı başçısının “6 milyard verirəm, torpaqlardan imtina etsin” deməsi isə indiki rəhbərlik kimi, əvvəlki Ermənistan rəhbərliyinin də əqli qüsurlarının olduğunu və cəfəngiyyat söyləməkdən, vaxt uzatmaqdan başqa əllərindən heç nə gəlmədiyini sübut edir.
Hər necə olsa, nəticə göz qabağındadır. Ermənistan dinc yolla işğal etdiyi torpaqları qaytarmadığı üçün Azərbaycan hərb meydanında həmin əraziləri geri qaytardı və ərazi suverenliyini böyük ölçüdə bərpa edə bildi. Ermənistan daxilindəki didişmələr və kompramat savaşı isə belə görünür ki, hələ uzun müddət davam edəcək.
Paylaş:
Müəllif : Fuad
Tarix:9-12-2020, 14:05
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:9-12-2020, 14:05
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
21-12-2024, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
21-12-2024, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
21-12-2024, 11:20
Kiyevdə rusların vurduğu "Şah Plov" restoranı deputat Ağalar Vəliyevə məxsusdur - FOTO
21-12-2024, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
21-12-2024, 11:07
İşçilərin maaşı ilə özünə “imperiya” quran dələduz şirkət rəhbəri QAÇDI - İLGİNC FAKTLAR...
20-12-2024, 21:08
Türkiyənin Suriya üçün göndərəcəyi 75 min ərzaq bağlamasının ilk partiyası yola salındı
20-12-2024, 14:01
Tiktoker Benizin zərərçəkəni hüquq-mühafizə orqanlarına müraciət etdi - 836 min manatdan çox pulunu hissə-hissə ələ keçirib
20-12-2024, 13:48
Ölkəmizə son illər iribuynuzlu heyvanlar HARADAN və NECƏ gətirilir? - “Dana monopoliyası” "kralı"na niyə DUR deyən tapılmır...?
20-12-2024, 12:09