Kremlin “pomidor sanksiyası” - NƏ BAŞ VERİR?
Azərbaycan meyvə-tərəvəzinin ən böyük bazarı sayılan Rusiya ölkəmizdən pomidor və alma idxalına qadağa qoyub.
Qadağa barədə Rusiyanın kənd təsərrüfatı nəzarəti orqanı "Rosselxoznadzor" məlumat yayıb.
Məlumatda bildirilir ki, dekabrın 10-dan qüvvəyə minəcək qadağanın səbəbi sözügedən məhsullarda zərərli orqanizmlərin tapılmasıdır. Qurumun yaydığı açıqlamada bildirilir ki, indiyədək Azərbaycandan gətirilən məhsullarda çoxsaylı hallarda zərərli orqanizmlər tapılıb və qurum bununla bağlı Azərbaycanın Qida Təhlükəsizliyi qurumlarını xəbərdar edib. Təkcə oktyabrın 22-də qurumun mütəxəssisləri 17 dəfə zərərli orqanizmlər aşkar ediblər.
"Bununla əlaqədar olaraq fitosanitar təhlükəsizliyini təmin etmək, Rusiya ərazisinə zərərvericilərin daxil olmasının qarşısını almaq üçün "Rosselxoznadzor" dekabrın 10-dan etibarən Azərbaycan pomidoru və almalarının ölkəyə gətirilməsinə qadağa qoymağa məcburdur", - deyə açıqlamada deyilir.
Qeyd edək ki, Azerbaycan Rusiyaya bitki məhsullarının ən böyük ixracaçılarından biridir. Rusiya tərəfinin məlumatına görə, 2019-cu ildə Azərbaycandan bu ölkəyə 172,4 min ton tomat ixrac edilib. Bu bütün idxalın 31%-ni təşkil edir və idxalda birinci yeri tutur. Rusiyanın qoyduğu qadağa bir sıra suallar doğurub.
Qonşu ölkənin verdiyi qərarın təkcə fitosanitar təhlükəsizliklə bağlı məsələ olmadığı və siyasi mahiyyət daşıdığı barədə fikirlər mövcuddur. Təəssüf ki, Azərbaycanın qida təhlükəsizliyinə cavabdeh olan Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin məsələ ilə bağlı mövqeyini açıqlamaması bəzi sualları cavabsız qoyur.
Qeyd edək ki, Cebhe.info və “Cümhuriyət” qəzetinin də AQTA mətbuat xidmətinin yetkililəri ilə əlaqə saxlamaq cəhdləri boşa çıxıb. Ölkəmizdən ixrac olunan pomidor və almada həqiqətən zərərverci orqanizmlərin olub-olmaması barədə suallarımız cavabsız qalıb. Bir məqamı da qeyd edək ki, pomidor Azərbaycanın qeyri neft məhsulları arasında ən çox ixrac olunan və ölkəyə valyuta gətirən məhsuldur.
İxraca qoyulan qadağa ölkəmizə nə qədər ziyan vura bilər?
İqtisadçı Natiq Cəfərli Cebhe.info-ya açıqlamasında bildirib ki, qərarın siyasi mahiyyət daşıdığı aydındır və bu, Rusiyaya xas olan davranışdır:
“Bu cür qərarlar vaxtilə digər ölkələrlə bağlı da verilib. Nə zaman ki, Rusiyanın həmin ölkələrlə bağlı siyasi tələbləri yerinə yetirilməyib, oxşar addımlar atılıb. Gürcüstan, Moldova, Ukrayna, hətta ən yaxın müttəfiqlərindən biri olan Belarusa qarşı zaman-zaman belə addımlar atılıb. Bu təzyiq vasitəsi kimi istifadə olunub. Sırf siyasi qərardır, siyasi qərar olmasını həm də bu qadağanın ayın 10-dan tətbiq olunması göstərir. Qadağa dekabrın 10-da Azərbaycanda hərbi parad keçirilməsi ilə eyni gündə qüvvəyə minir. Siyasətdə belə təsadüflər olmur. Prezident İlham Əliyevin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla birlikdə paradı qəbul edəcəyi və burada Türkiyə qoşunlarının da iştirakı Rusiya tərəfindən o qədər də xoşluqla qarşılanmır”.
Məsələnin iqtisadi tərəflərinə gəldikdə isə Natiq Cəfərli Azərbaycan tərəfinin də illərlə buraxdığı səhvlərin olduğunu dedi:
“Biz Rusiya bazarından həddindən artıq çox asılıyıq. Bu asılılığın azaldılması üçün çoxşaxəli ixrac modelinə keçməliydik, belə vəziyyətlər üçün “B” planımız olmalıydı. İndiki halda, qısamüddətli zaman ərzində hansısa işlərin görülməsi, çıxış yolu tapılması çox çətindir. Həmin məhsulların saxlanma müddəti də azdır. Qısa müddətdə yeni bazarlara çıxış əldə etmək çətin olacaq. İllərdir ki, belə bir durum formalaşıb, məhz dekabr ayında Rusiya bazarlarına Moskva və Sankt-Peterburuqa daha çox məhsul ixrac olunurdu. Çünki bu ayda ardıcıl bayramlar var və bu müddət ərzində Rusiya ən uzun tətillərin olduğu ölkədir. Yanvarın 13-nə qədər davam edən tətillərdə Yeni il, Milad, Köhnə Yeni il bayramları qeyd olunur. Bu zaman istehlak artır. Azərbaycandan ixracaatın kəskin artması ehtimalı olduğuna görə istehsalçıların ümidləri böyük idi. Qadağanın məhz bu zamana düşməsi də daha çox iqtisadi ziyanın vurulması mahiyyəti daşıyır”.
İqtisadçı qeyri-neft sektorunda pomidor ixracının böyük yer tutduğunu qeyd edərək, bildirib ki, ötən il təkcə Rusiyaya təxminən 187 milyon dollarlıq məhsul ixrac olunub:
“Aylıq göstəricilərə böldükdə bu vəsait təxminən 15-20 milyon dəyərindədir. Alma ixracına qoyulan qadağa ilə birlikdə bu bir ay davam edərsə, təxminən 25 milyon dollar zərər olacaq. Rəqəm olaraq kiçik görünsə də, təsiri böyükdur. Çünki bu sahədə çalışan minlərlə insanı əhatə edir. Minlərlə insan var ki, bu ixracdan gələn gəlirə ümid edərək, il boyu çalışırlar”.
Paylaş:
Müəllif : Yazar
Tarix:9-12-2020, 18:02
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:9-12-2020, 18:02
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti