Qarabağ erməniləri qarşısındakı iki seçim: - Ya birgəyaşayış mədəniyyətinə yiyələnəcəklər, ya da əraziləri tərk edəcəklər
Dağlıq Qarabağ erməniləri birgəyaşayış mədəniyyətinə yiyələnməməyin və öz torpağında erməni-rus bayrağı qaldırmağın eşqinə düşməyin acı nəticələri ilə üz-üzədirlər.
Ovqat.com erməni mediasına istinadən xəbər verir ki, separatçıların girovuna çevrilən Dağlıq Qarabağın “çağırılmamış qonaqları” 10 noyabrda bağlanmış Üçtərəfli Bəyanatdan sonra yol problem ilə üzləşiblər. Bəzi kəndlər ümumiyyətlə dünyadan təcrid olunmuş vəziyyətə düşüb.
Məsələ burasındadır ki, məlum Üçtərəfli Bəyanatda SSRİ dövründəki məskunlaşma göstəriciləri nəzərə alınaraq kəndlər müxtəlif tərəflərin nəzarətinə verilib. Nəticədə ermənilərin nəzarəti altında qalan bölgələrə giriş-çıxışlar kəskin şəkildə məhdudlaşıb.
Separatçılar üçün ən ağır vəziyyət Əsgəran rayonunda yaşanır. Bildirilir ki, 9 noyabr tarixli üçtərəfli bəyanatına əsasən, ermənilər Əsgəran bölgəsindəki bir neçə kənd üzərində nəzarəti itiriblər. Həmin kəndlər isə yol-kommunikasiya əlaqələrinin qurulması üçün çox böyük əhəmiyyət kəsb edir.
Məlumata görə, “Dağlıq Qarabağ” rəhbərliyi Xankəndini və Əsgəranı Ağdərəyə bağlayan əsas magistral yolundan məhrum olublar. Nəticədə, Əsgəran bölgəsinin kəndlərindən olan Parux ilə kommunikasiya əlaqələrində problemlər yaranıb.
Əsgəran regional administrasiyası rəhbərinin müavini Armen Mangasaryan Sputnik Ermənistan-a bildirib ki, bu kəndə alternativ yol var. “Amma o yolun bərpası üçün inşaat işləri gedir. Fəqət hava şəraiti səbəbindən traktor işləyə bilmir. İş başa çatdıqdan sonra problemin həll olunması gözlənilir".
Üstəlik, ermənilərin bəzən “azıb” Azərbaycanın nəzarətində olan yollara çıxmaq ehtimalı da var və bu, “yolunu azmışların” həyatını təhlükəyə ata bilər. Dağlıq Qarabağda şayiə yayılıb ki, guya, bir neçə gün əvvəl yolunu azmış bir erməninin Azərbaycan kəndlərində meyiti tapılıb. Hələ ki, sakinlər yaşamadığı həmin kəndlərin ordumuzun nəzarətində olduğunu nəzərə alsaq, erməniləri ya əsgərlərimizə böhtan atdığı, ya da həmin meyiti tapılmış şəxsin əslində kəşfiyyata gəldiyi ehtimalı yaranır. Mümkündür ki, əsgərlərimizin “təslim ol” çağırışına əməl etməyən diversant öz qaçılmaz taleyi ilə üzləşib. Əks halda əsgərlərimizin mülki şəxsi öldürməsinin heç bir məntiqi açıqlaması yoxdur.
Erməni kəndlərində hazırda sivil əhalinin deyil, “könüllü döyüşçü”lərin qaldığını “DQR” rəsmiləri də media açıqlamalarında etiraf edirlər. Adı çəkilməyən “rəsmilərdən” biri “Sputnik – Ermənistan”-a açıqlamasında bu faktı təsdiqləyərək bildirib ki, "yerli əhali kəndlərə getmir: “Kəndlərdə hökm sürən qeyri-müəyyən vəziyyət hələ ki mülki şəxslərin oraya getməsinə münbit şərait yaratmır. Yalnız bizim uşaqlar (hərbçilər - “Sputnik Ermənistan”) ərazilərdə keşik çəkirlər”. Bu etiraf da sübut edir ki, bəzən “azıb” Azərbaycan ordusunun nəzarətində olan bölgələrə keçənlər erməni silahlılarıdır və əsgərlərimizin adekvat reaksiyası ilə üzləşirlər.
Məhz bu səbəbdən “DQR” rəsmiləri, icmaların rəhbərləri “vətəndaşları” (əslində erməni hərbçilərini – Ovqat.com) ayıq olmağa çağırırlar ki, “səyahət edərkən” təsadüfən Azərbaycanın nəzarətində olan ərazilərə ayaq basmasınlar. Əks halda, təbii ki, “gəmidə oturub gəmiçi ilə savaşmağın” ağır bədəlini ödəyə bilərlər.
Ağdərədə də vəziyyət “ürəkaçan” deyil. Əvvəllər Xankəndidən bu şəhərə getmək üçün Ağdamın yanından keçmək olardı. İndi isə Ağdam bizdədir və əraziyə getmək üçün dağları-təpələri aşmaq, uzun və təhlükəli yolları qət etmək lazımdır.
Ermənilərin bildirdiyinə görə, Ağdərənin kəndlərinin bir-biriylə əlaqəsində problem yoxdur. Onlar yalnız Xankəndiyə və ya Ermənistana gedəndə bu cür çətinliklərə qatlanmağa məhkumdurlar. Çünki əvvəl Ağdərəni Ermənistana Kəlbəcər-Vardenis yolu bağlayırdı. İndisə Kəlbəcər bizdə olduğundan həmin yol öz fəaliyyətini dayandırıb. Ağdərəlilər üçün yalnız bir çıxış yolu qalıb – Laçın dəhlizi. Laçın dəhlizinə çıxmaq üçün isə Əsgərandan və Xankəndidən keçməlidirlər. Bu yol isə qeyd olunduğu kimi, ciddi risklərlə və çətinliklərlə doludur.
Qarabağın cənub hissəsində yerləşən Hadrut bölgəsindəki erməni kəndləri də artıq onların nəzarətindən çıxıb. Sadəcə iki kənd qalıb. Çaylaqqala (Xtsaberd) və Köhnə Tağlar (Khin Tager). Ermənilərin iddiasına görə, həmin kəndlər də, demək olar ki, “mühasirəyə düşüblər”.
Hadrut rayon rəsmilərinin bildirdiyinə görə, həmin kəndlərə gediş çətinləşib, çünki əsas yol Laçın rayonunun Quşçular kəndindən idi və bu kəndi isə Azərbaycan ordusu işğaldan azad edib: “Bir başqa yol isə birbaşa Laçın dəhlizinə çıxır, burda da hər an təhlükə ilə qarşılaşmaq ehtimalı var. Kəndlərə başqa yol yoxdur”,-erməni “rəsmiləri” belə deyir.
Artıq 3 gündür ki, həmin kəndlərin “partizanları” da yaşayış yerlərini tərk ediblər. Şuşa rayon “İcra Hakimiyyəti” başçısının müavini Vyaçeslav Qabrielyan Sputnik Ermənistan-a bildirdi ki, onun məlumata görə kəndin yaxınlığında Azərbaycan ordusunun postu qurulub.
“İndi bu kəndlərə getmək üçün alternativ yollar tapılmalıdır. Yaşayış məntəqələrinin taleyi hələ tam aydın deyil”,- Qabrielyan belə deyib.
Təsəvvür edirsinizmi, Dağlıq Qarabağ erməniləri Azərbaycan kəndlərinin əhatəsində yaşamaq və başqa kəndlərə gedib-gəlmək üçün ən müxtəlif yollar axtarırlar. Amma heç birinin ağlına gəlmir ki, bulunduqları ölkənin ərazi bütövlüyünə, qanunlarına hörmət edərək, bayrağının altından keçərək, sülh şəraitində birgəyaşayış qaydalarını mənimsəsinlər. Bu da istər-istəməz sabah azərbaycanlı qonşularında “hansı haqla bu torpaqlarda yaşamaq eşqinə düşürsünüz” sualları yarada və onların vətəndaş deyil, “üzsüz qonaq” kimi qəbul olunmasına yol aça bilər. Təbii ki, “üzsüz qonaq”ların uzun müddət eyni otaqda ev sahibləriylə birgə yaşayışı mümkün görünmür. Üçtərəfli Bəyanatda nəzərdə tutulan inzibati bölgü isə onların Dağlıq Qarabağda rahat yaşaya bilməsinə və yenidən bir araya gəlib separatçı xülyalara düşməsinə imkan vermir. Perspektivdə bu bölgələrdə yaşamaq istəyən ermənilərin ya sidq-ürəklə Azərbaycan vətəndaşlığını qəbul etmək, ya da Dağlıq Qarabağdan birdəfəlik çıxıb getməkdən başqa seçənəkləri qalmır. Onların Rusiya bayrağına sığınaraq ayrı-ayrı kəndlərdə və rayonlarda anklav vəziyyətdə yaşamaları o qədər də inandırıcı görünmür.
Ovqat.com
Paylaş:
Müəllif : Yazar
Tarix:11-12-2020, 11:00
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:11-12-2020, 11:00
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 09:39
İzi itirmək məqsədilə təyyarənin sərnişinlərinin ölümə məhkum edilməsi beynəlxalq cinayətdir
Dünən, 22:01
Təyyarə qəzasında xəsarət alanlara 20 min, vəfat edənlərin ailəsinə isə 40 min manat kompensasiya ödəniləcək
Dünən, 11:29
Yevlax təhsilnə kefsiz baş çəkən komissiya oradan gülərüz ayrılıb - Yevlax təhsili batır
Dünən, 08:42
“Bu, bir alimin, bir ailənin məhvi deməkdir” – SOCAR-dakı işindən çıxarılan alim ETİRAZ EDİR
Dünən, 08:32
Natiq Sadiqovun “Shaurma №1” üzərindəki cinayətkar planı: aldatma və qeyri qanuni mənimsəmə
Dünən, 08:29
Nadir Aslanovun “görmədiyi“ qanunsuz tikilən 110 evin iziylə - Baş purokrorluğa müraciət...
25-12-2024, 17:50