“İran və Rusiya Arazı ayırmayıblarmı...?!” - Akif Aşırlıdan Zərifə tutarlı cavab
Dekabrın 10-da Bakıda Azərbaycan və Türkiyə prezidentlərinin iştirakı ilə keçirilən möhtəşəm Zəfər paradı Azərbaycanın qələbəsindən narahat olan bəzi qüvvələri hərəkətə gətirib. Paradda Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın məşhur mahnıdan söylədiyi “Arazı ayırdılar, lil ilə doyurdular, mən səndən ayrılmazdım, zor ilə ayırdılar” misraları İranda narahatlıqla qarşılanıb. İş o yerə çatıb ki, hətta bununla bağlı Türkiyənin İrandakı səfiri Xarici İşlər Nazirliyinə çağırılıb. Rəsmi Tehran Ərdoğanın şeir oxumasını “qəbuledilməz addım” kimi qiymətləndirib.
Türkiyə prezidentinin çıxışı “müdaxilə” kimi dəyərləndirib. Bununla bağlı səfirə İran tərəfinin etirazı çatdırılıb və bildirilib ki, artıq “ərazi iddiaları dövrü “arxada qalıb. Səfirə bildirilib ki, İran heç kimə ərazi bütövlüyü məsələsinə qarışmağa icazə vermir. İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif də yazdığı tvitdə qıcıqlandığını gizlətməyib və Türkiyə liderinə atmacalı cavab verib: “Ərdoğana deyilməyib ki, Bakıda oxuduğu şeir Arazın şimal bölgələrinin öz doğma torpaqları olan İrandan zorla ayrılmasından bəhs edir! O Azərbaycan Respublikasının müstəqilliyinə qarşı danışdığını başa düşmədimi?”.
Cavad Zərifin tviti sosial şəbəkənin erməni izləyicilərini məmnun edib.
“Şərq” qəzetinin baş redaktoru, tarix üzrə fəlsəfə doktoru Akif Aşırlı İran tərəfinin reaksiyasına münasibət bildirib. Baş redaktor vurğulayıb ki, Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın Zəfər paradında söylədiyi “Arazı zorla ayırdılar” misrası İranı əməlli-başlı silkələyib. İranın xarıci işlər naziri Cavad Zərif tez-tələsik etiraz bildirib:
“Zərif öz bəyanatında “Ərdoğana izah etməliydilər ki..” ifadəsini işlədib. Qos-qoca Türkiyə dövlətinin rəhbərinə nəyi izah etməliydilər? Məgər Ərdoğan həqiqətdən kənar nəsə deyib? İran və Rusiya Arazı ayırmayıblarmı, 50 milyon türkü parçalamayıblarmı? Acıqlamada hədə notları da var. Nə hədə gəlirsiz? Azərbaycanın müstəqilliyinə həmişə xor baxan, problem yaratmağa calışan siz olmamısız? Azərbaycan dövlətindən sizə zərrə qədər də ziyan dəymədiyini, həmişə xoş qonşuluq münasibəti saxladığını tez-tez unudursuz”.
Akif Aşırlı bəyan edib ki, özünü “İslamın dirəyi” adlandıran bir dövlət Ermənistanı Qarabağdakı məscidləri donuzların saxlama yeri edəndə, imam evlərini gülləbaran edəndə ittiham etməyib:
“İki gün öncə İrana səfər edən xarici işlər naziri Ceyhun Bayramovu qəbul edəndə şax İran bayrağının yanında əzik-üzük Azərbaycan bayrağını taxmağınız sizin əzik düşüncələrinizin məhsuludur, elə deyilmi? Bir faktı xatırladım, yadınızdan çıxmaz yəqin. Xəzərin cənubunda neft yataqlarında kəşfiyyat işləri aparan Azərbaycan gəmilərinə təxribat törədəndən sonra Bakı səmalarında uçan Türk şahinləri İrana yerini göstərdi. Hələ son Vətən savaşında yardımına qoşduğunuz Ermənistana sevginizi söyləmirik”.
Paylaş:
Müəllif : Yazar
Tarix:12-12-2020, 10:24
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:12-12-2020, 10:24
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 09:39
İzi itirmək məqsədilə təyyarənin sərnişinlərinin ölümə məhkum edilməsi beynəlxalq cinayətdir
26-12-2024, 22:01
Təyyarə qəzasında xəsarət alanlara 20 min, vəfat edənlərin ailəsinə isə 40 min manat kompensasiya ödəniləcək
26-12-2024, 11:29
Yevlax təhsilnə kefsiz baş çəkən komissiya oradan gülərüz ayrılıb - Yevlax təhsili batır
26-12-2024, 08:42
“Bu, bir alimin, bir ailənin məhvi deməkdir” – SOCAR-dakı işindən çıxarılan alim ETİRAZ EDİR
26-12-2024, 08:32
Natiq Sadiqovun “Shaurma №1” üzərindəki cinayətkar planı: aldatma və qeyri qanuni mənimsəmə
26-12-2024, 08:29