Ərdoğanın Bakıda dediyi bayatı İran parlamentini də qarışdırdı - Fars-molla rejimi HƏYƏCANDA
İran parlamentində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Bakıda "Zəfər Paradı"nda söylədiyi Araz bayatısı gərginliyə səbəb olub.
Dekabrın 13-də parlamentin açıq iclasında deputat Mahmud Əhmədi Biğəş türk bölgələrinin millət vəkillərinin Türkiyə prezidentinin Bakıda oxuğu şeirə "passiv" qaldıqları və "sükut" etdiklərini söyləyərək sərt tənqid edib.
"Nədən bu millətvəkilləri sükut ediblər" deyən İranın Ərak vilayətinin Şazənd şəhərinin nümayəndəsi İran Azərbaycanının millət vəkillərinin Türkiyə prezidenti Ərdoğanın Bakıdakı oxuduğu bayatıya təpkisiz qaldığını iddia edərək sərt tənqidlər irəli sürüb."Ərdoğanın keçən həftə bəzi opportunistlər üçün İranın parçalanmasının rəmzi olan Araz-Araz şeirini oxuduğunu bilirsinizmi? Ərdoğanın güstaxlığına cavab verəcək kimsə yoxdurmu? Siz İran xalqının nümayəndələri sərhədləri qorumaqla məsulsunuz, Azəri nümayəndələrin qeyrəti haradadır?" - deyə, İranlı deputat söyləyib.
İranın Khabaronline xəbər agentliyi Şazənd millət vəkilinin İranın sabiq prezidenti Mahmud Əhmədihejada yaxın olduğunu qeyd edib.
Parlamentin türk bölgələrinin nümayəndələri Biğəşin çıxışına etiraz olaraq parlamentin rəyasət heyəti qarşısında toplaşaraq, Şazənd millət vəkilinin ifadələrinə cavab vermək üçün vaxt verilmədiyi təqdirdə parlamenti tərk etməklə təhdid ediblər.
Tehran millət vəkili Seyid Möhsün Dehnəvi parlamentin 225 deputatının imzaladığı bəyanatı oxuyub. Bəyantada Türkiyə prezidentinin oxuğu Araz bayatısının "bölücü" xarakter daşıdığı və "qəbuledilməz" olduğu qeyd edilib.
İran parlamentinin sədri Məhəmmədbağır Qalibaf iclasda iştirak etmədiyi üşün onun vəzifəsini icra edən Əmir Hüseyni Qazizadə Haşimi deyib ki, "burada edilən çıxışlar həmkarlarımızın şəxsi fikirləridir və heç bir halda parlamentin və dövlətin mövqeyi deyil."(Amerikanın Səsi)
Paylaş:
Müəllif : Yazar
Tarix:14-12-2020, 09:00
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:14-12-2020, 09:00
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 12:40
Şəhid anasının gözünün yaşına məhəl qoymayan icra başçısı, rayonun digər ərazilərində "Bazar açıb" - VİDEO
Bu gün, 12:38
“Bilsəydim ki, bu ölkədə yekun qərarı Ali Məhkəmə deyil, Əmlak Komitəsi verir, məhkəməyə üz tutmazdım” – ŞOK MÜRACİƏT
27-12-2024, 11:23
Təkcə müəllimlərdən yığılan 32 milyon manat: Həmkarlar İttifaqı bu pulu hara xərcləyir?
27-12-2024, 09:39