“Dəmir yumruq” öz sözünü dedi – Ən kiçik təxribat belə…
Qırx dörd gün davam edən Vətən Müharibəsi Ermənistanın alçaldıcı kapitulyasiya aktını imzalaması ilə başa çatdı.
Yenisabah.az bildirir ki, noyabrın 10-da Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş nazirinin iştirakıyla imzalanan üçtərəfli bəyanat Azərbaycanın düşmən üzərindəki qələbəsini təsdiqləmiş oldu. Ermənistanın işğal altında olan ərazilərin boşaldılmasıyla bağlı öhdəlikləri yerinə yetirməsi bölgədə atəşkəsin uzunömürlü olacağına dair qənaət yaratdı. Rəsmi Yerevanın hərbi əməliyyatların dayandırılmasına Ermənistanın xilası kimi yanaşması bu qənaəti daha da möhkəmləndirdi.
Qeyd edək ki, dekabrın 13-də Rusiya sülhməramlıları tərəfindən Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş nazirinin 2020-ci il 10 noyabr tarixli birgə bəyanatında nəzərdə tutulmuş hüdudları aşan yeni xəritə təqdim edilməsi bölgədə fərqli situasiya yaratdı. Sülhməramlıların bəyanatla tənzimlənən səlahiyyətlərini aşması Azərbaycan ictimaiyyətinin haqlı narazılığəna səbəb oldu. Çünki xəritədə Rusiya sülhməramlılarının nəzarətində olduğu iddia edilən bəzi ərazilərə Azərbaycan Ordusunun nəzarət etməsi heç kimə sirr deyildi. Belə şəraitdə reallığı əks etdirməyən yeni xəritənin yayılması xoşniyyətli fəaliyyət sayıla və bölgədə sülhün davamlılığını təmin edə bilməzdi.
Sözsüz ki, Azərbaycanın hərbi-siyasi rəhbərliyi bu “gedişin” fərqində idi və adekvat reaksiya verməkdə gecikmədi. Rəsmi Bakı dərhal sülhməramlılarla əlaqə yaradaraq, məsələnin ciddiliyini onların diqqətinə çatdırdı. Məhz bundan sonra Azərbaycan sözügedən ərazilərdə antiterror əməliyyatı keçirərək bölgəni terrorçulardan təmizləməyə müvəffəq oldu.
Bu məqamda yaxın keçmişə ekskursiya etməkdə fayda var. Bəlli olduğu kimi, 44 gün davam edən Vətən müharibəsi dövründə Azərbaycan güclü beynəlxalq təzyiqlə üz-üzə qalmışdı. Başda Fransa olmaqla Ermənistanının havadarı rolunda çıxış edən bəzi dövlətlər Azərbaycandan antiterror əməliyyatlarını dayandırmağı tələb etmişdi. Məhz Azərbaycan Prezidentinin qətiyyəti, əzmi, beynəlxalq təzyiqlər qarşısında dirənişi sayəsində Ermənistanı diz çökdürmək mümkün olmuşdu.
Təqdirəlayiq haldır ki, bu siyasət post-müharibə dövründə də davam etdirildi. Azərbaycan qətiyyət və siyasi iradə nümayiş etdirərək bir daha göstərdi ki, müvafiq razılaşmadan kənara çıxmağa, birtərəfli qaydada xəritələr tətbiq edərək ilkin razılaşmanın şərtlərini pozmağa heç kimə imkan verilməyəcək. “Dəmir yumruq” bu dəfə də öz sözünü dedi. Bunun nəticəsidir ki, ötən gün Rusiya sülhməramlılarının təqdim etdiyi xəritədə yanlışlıq aradan qaldırıldı və həmin ərazilərin Azərbaycanın nəzarətində olduğu bir daha təsdiqləndi.
Hesab edirik ki, Ermənistanın hərbi-siyasi rəhbərliyi son günlər baş verən bu hadisələrdən nəticə çıxarmalıdır. Bölgədə baş verəcək ən kiçik təxribat belə “dəmir yumruğ”un növbəti dəfə onların başına dəyməsinə səbəb ola bilər...
Paylaş:
Müəllif : Yazar
Tarix:15-12-2020, 14:31
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:15-12-2020, 14:31
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti