“Abşeron A1” MTK-ya qarşı ittihamlar - GİLEY
Yazıçı Rövşən Yerfi (Rövşən Həsənli) mənzil almaq üçün müraciət etdiyi “Abşeron A1” MTK-nın onu aldatdığını bildirib.
Cebhe.info bununla bağlı yazıçının mətbuata və əlaqədar dövlət qurumlarına müraciətini olduğu kimi təqdim edir:
Həyatda hər bir adamın bir və ya bir neçə səhv etdiyi işlər olur. Elə bir adam yoxdur ki, hansısa bir işdə yanılmasın. Mənzil almaq məsələsində dələduzluğa düçar olmağımı bu yaşımadək ömrümün ən utanc işi hesab edirəm.
Əlbəttə, bu, anidən baş vermədi. On il əvvəl yaxın bir tanışın vasitəsilə (sonralar, o şəxs bu dələduzlardan tez sıyrıldı) özünü “Abşeron A1” MTK-nın müdiri kimi tanıdan Ağayev Ağamoğlan Duman oğlu ilə tanış oldum. İç-içə iki dar otağı olan özbaşına tikilidə yaşayırdım (elə indi də orada yaşayıram), Penitensiar Xidmətdən minnətlə verilən maaşdan əlavə heç nə-ev, torpaq verilmirdi. Mənzilə ehtiyacım vardı, uşaqlar böyüyürdü. Ev tikdirmək imkanım da yox idi. İnanırdım ki, Allah mənə bir yol açacaq, günlərin birində bu sıxıntıdan qurtaracaq. Yamanca “açdı da”... İlkin ödəniş edib, müqavilə bağlandı. Hər ay 500 manat ödəyə bilməyəcəkdim, güzəşt olundu ki, nəyə imkanın çatsa, ödə. Hər ay güzəranımdan kəsib 250-400 manat arası pul ödəməyə başladım. Amma nəzərdə tutulan 3 ilə tam pulu ödəyə bilmədim. Maaşı dolanışığa güclə çatdırırdım. Elə aylar olurdu kooperativə ödəməyə pul çatmırdı.
Bəli, mən xidmətdə rüşvət tələb etmirdim, həm xarakterimdə yoxdur, həm də düşünürdüm ki, yazıçıyam, mənə eyib olar görməli işimə görə rüşvət istəmək. Qısası, müqaviləni pozmaq istədim. Dedim, bacarmıram, gücüm çatmır. Ağamoğlan məni arxayınlaşdırdı ki, mən müdirəm, səlahiyyətimdən istifadə edib səni mənzilsiz qoymayacağam, istisna hal kimi kömək edəcəyəm. Müqaviləni təzələdik, yenə hər ay 400-500 manat ödəməyə başladım. Ağamoğlanın “səndən ancaq xırda pul gördüm, “krupnı” pul görmədim” sərkisindən qurtarmaq üçün ona Kapital bankdan 25 faizlə 10 min manat da verib 2018-ci ildə bu söhbəti bitirmək istədim. Alınmadı, yeni bəhanələr ortaya çıxdı. Kasıblığım dilimi qısa etmişdi. “Mənəm sənin adını siyahıda saxlayıram, qanuna qalsa, sənə mənzil düşmür” deyə minnət qoyurdu. Özünü Allah adamı kimi göstərən, hər söhbətində tək oğlunun canına and verən bu adama inanmağa məcbur idim. 2020-ci il başlananda öyrəndim ki, heç demə, Ağamoğlanın “Abşeron A1” MTK-nın adından verdiyi bütün sənədlər saxta imiş.
Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə müraciət etdim. Müraciətdən sonra Ağamoğlan zərəri ödəcəyini, başqa binada mənzil verilməsinə kömək edəcəyini öhdəsinə götürdü. Xeyirxahlıq namınə ona bir də fürsət vermək üçün şikayətimi dayandırdım. Yarım ildən çox “Abşeron A1” MTK-nın yollarında qaldım ki, Ağamoğlan və onun havadarları vəd etdikləri mənzilin müqaviləsini versinlər. Dedilər ki, təzə mənzilin sahəsi böyükdür, əlavə pul verməlisən, hissə-hissə ödəcəyimə razı oldum. Amma bunlar mənə bir vərəqlik kağızı verməyi aydan-aya ötürəndə anladım ki, yenə məni aldadırlar. İndi təkrarən bir daha Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə ərizə göndərmişəm. Nəticəni gözləyirəm, ona görə xırda təfərrüatlara varmıram. Ehtiyac olarsa, ərizələrimi də mətbuatda dərc etdirəcəyəm. “Abşeron A1” MTK-nın adına Ağayev Ağamoğlan Duman oğluna 39 min manat pul ödəmişəm, yetərincə sübutlarım da var. Bu MTK-nın arxasında kimin durmasından asılı olmayaraq mənə dəyən zərərin ödənilməsini tələb edirəm! Öyrənmişəm ki, bu MTK-nın aldatdığı tək mən deyiləm, ən azı daha üç şikayətçinin ərizələri məhkəmələrdə, istintaq orqanlarındadır.
Düzünü deyim ki, Ağamoğlan kimi ixtisaslaşmış dələduza çarəsizlikdən illərlə inandığım üçün vicdan əzabı çəkirəm. Başıma gələn bu utanc hadisəyə görə məni üzürlü sayıb, səlahiyyətli orqanlardan, vəzifə sahiblərindən haqq işimdə kömək etmələrini, diqqət yetirmələrini xahiş edirəm. İlk növbədə 17 il işçisi olduğum Penitensiar Xidmətdən, 2006-cı ildən üzvü sayıldığım, başda Anar müəllim olmaqla Yazıçılar Birliyindən haqqımın tapdanmamasında mənə dəstək vermələrini xahiş edirəm. “Abşeron A1” MTK-da baş verən dələduzluqlar ictimailəşdirilməli, mənim kimi xoş niyyətli insanlardan öz çirkin nəfsləri üçün istifadənin qarşısı alınmalıdır.
Yazıçı Rövşən Yerfi (Rövşən Həsənli)
Paylaş:
Müəllif : Yazar
Tarix:19-12-2020, 09:23
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:19-12-2020, 09:23
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
23-11-2024, 13:35
Samux İcra Hakimiyyətinin tərkibində 600 min manatlıq qəribə “alış-veriş” – Kəlbətin, təkər, izolent, maşın yağı və s…
23-11-2024, 13:25
NMR Səhiyyə naziri Samiq Sadıxov və TMİB-in icraçı direktoru Vüsal Məmmədov həkimləri yalan məlumat verməyə məcbur edir - İDDİA
23-11-2024, 13:24
Ramiz Mehdiyevin kürəkəni Azərbaycan məhkəməsini “dubinka”ya çevirib – sahibkar etiraz edir
22-11-2024, 16:08
Su şəbəkələrinə qoşulmanın asanlaşdırılması iqtisadi islahatların tərkib hissəsi kimi – Ekspert rəyi
22-11-2024, 15:39