reklam
Regionxeberlericom.az » Siyasət » Pompeo Rusiyanı ABŞ-ın düşməni adlandırdı

reklam

Pompeo Rusiyanı ABŞ-ın düşməni adlandırdı

“Rusiya ABŞ-ın düşmənləri sırasındadır, Vladimir Putin isə müstəqilliyi sevən bütün amerikalıları təhdid edir”.

RBK-nın məlumatına görə, bunu ABŞ-ın dövlət katibi Mayk Pompeo Mark Levinin radioverilişində çıxışı zamanı deyib.

Onun müsahibəsi ABŞ-ın hökumət saytında dərc edilib.

“Məndən daim soruşurlar, bizim düşmənimiz kimdir? Cavab isə belə olur: Həyatımıza, dövlətimizə, demokratiyamızın təməl prinsiplərinə müdaxilə etmək istəyən insanlar çoxdur. Rusiya isə, şübhəsiz, bu siyahıdadır”, - deyə Pompeo bildirib.

O, Putini azadlığı sevən hər kəs üçün real risk adlandırıb.


Paylaş:


Müəllif : Tarix:
19-12-2020, 12:04
Sikayət   


loading...
Загрузка...