Qərbin Bakı və Ankaranı hədəfə almasının sirri - yeni təzyiq dalğası, yoxsa...
“Qoca qitə”nin bəzi ölkələri hələ də Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsi ilə “barışa” bilmir. 27 il status-kvo tərəfdarı olan dövlətlər bu qələbənin heyfini çıxmaq üçün yollar axtarırlar.
44 günlük savaşdakı möhtəşəm qalibiyyət və bu zəfərdə qardaş Türkiyənin oynadığı əvəzsiz rol Fransa başda olmaqla, bəzi Avropa ölkələrinin “kürkünə birə salıb”. Onlar Ermənistanın məğlubiyyətini az qala özlərinin kapitulyasiyası kimi qəbul edirlər.
“Yeni Müsavat” xəbər verir ki, Fransa ilə yanaşı, Belçika və Hollandiya da bu koalisiyada yer almaqdadır. Onlar Türkiyəni hədəf alanda, qərarlar qəbul edəndə artıq Azərbaycanı da ona qatırlar. Ankara və Bakıya qarşı az qala, oxşar ittihamlar səslənir. Fransa, Belçika, Hollandiya parlamentlərinin qərəzli sənədləri bunun bariz təsdiqdir.
Bəs bu tendensiya nə dərəcədə davamlı ola bilər? Hər halda, bu, sırf erməni lobbisinin işi ola bilməz. Belçikada, Hollandiyada erməni azdır.
Sözsüz ki, Türkiyə həmişə yanımızda olduğu kimi, biz də daim qardaş ölkənin yanındayıq və olacağıq. Yeni situasiyada Azərbaycanın sadalanan dövlətlərlə münasibətlərinin perspektivi yaxşı görünmür. Baxmayaraq ki, ötən həftə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Brüsseldə oldu, Azərbaycan və Avropa İttifaqı münasibətlərinin hüquqi əsasını təşkil edəcək, qarşılıqlı hörmət və bərabər tərəfdaşlığa əsaslanacaq yeni sazişin yekunlaşdırılmasının əhəmiyyəti qeyd olundu. Bununla belə, Avropadan Azərbaycana olan qərəzli münasibət həm də Türkiyə üzərindən göstərilir.
Politoloq Qabil Hüseynlinin “Yeni Müsavat”a bildirdiyinə görə, bu ölkələrə dərs verə biləcək addımlar atılmalıdır: “Onları başa salmaq lazımdır ki, erməni faşistləri Azərbaycana hücum ediblər, soyqırımı törədiblər, 1 milyon insanı yurd-yuvasından didərgin salıblar, 250 min insanı Qərbi Azərbaycandan çıxarıblar. Bunu bəh-bəhlə təriflədikləri Ermənistan edib”.
Siyasi analitik hesab edir ki, Fransa heç bir dəyərlərə hörmət etmir: “Bu ölkə orta əsr inkivizisiya məhkəmələrinin varisidir. Ona görə demokratiya, insan haqları dəyərlərindən danışmağa haqları çatmır. Onların prezidenti öz ölkəsinin çəkdiyi jurnalistlərin reportajlarından bizə qarşı olan işğalı, vandalizmi görə bilər. Makronun sevimli erməniləri Azərbaycana 350 milyard dollar ziyan vurublar, bunun qabağında yenə qəsbkarları müdafiə edirlər”.
Ekspert Avropada dəyərlər sisteminin mövcudluğuna daha inanmır: “Bundan sonra Avropada maraqlar sisteminin olduğunu düşünürəm. Fransa, Belçika, Hollandiyanın utanmadan, iki üstə ikinin beş olduğunu demələri adamı heyrətləndirir. Bir ovuc erməniyə torpağımızdan peşkəş etmək istəyirsiz? Hollandiya dənizə doğru sahəsini genişləndirir, getsin, ermənilərə o ərazilərdə yer versin. Biz torpağımızı azad etmişik, 27 illik işğala son qoymuşuq. İndi müstəmləkə müharibələri deyil ki, istədiyini edəsən. Fransa Əlcəzairdə 1,5 milyon insan qırıb. Ancaq Vətən müharibəsində hər iki tərəfdən bərabər sayda insan ölüb, bu da müharibədir. Amma siz milyonların qanını içmisiniz. Ümumiyyətlə, Avropa deyilən bir məkanda insani və demokratik dəyərlərin olduğuna inamım azalıb. Bu ölkələr tərəf saxlayan, xristian dəyərlərini üstün tutan əzazil ölkələrə çevriliblər. Bu ölkələr özlərinə çəki-düzən verməlidirlər. Hansısa erməni jurnalistin barmağından sorub aldıqları məlumat əsasında bizi mühakimə edə bilməzlər. Məsələlərə belə səthi yanaşmaq olmaz. O baxımdan həmin Qərb ölkələri özləri düşünməlidirlər ki, Azərbaycanla münasibətləri nə vaxta qədər belə davam etdirəcəklər”.
Siyasi şərhçi Ramiyə Məmmədovanın fikrincə, Qərbdə xristian həmrəyliyi var və bu səbəbdən həm Türkiyə, həm Azərbaycana eyni vaxtda siyasi təzyiqlər göstərilir: “Avropada belə hesab edirlər ki, iki müsəlman ölkəsi xristian erməniləri sıxışdırır. Amma Qərb ölkələri beynəlxalq təşkilatların qətnamələrini, Azərbaycanın ərazi bütövlüyünün tanınmasını görməzdən gəlirlər. Bu xüsusda Fransanın, Yunanıstanın, Avropa Birliyinin Türkiyəyə qarşı apardığı siyasətin bir qolu da bizə çatır. Baydenin gəlişindən sonra ABŞ-ın Türkiyəyə olan təzyiqləri daha da artıracağını proqnozlaşdırsaq, Azərbaycana da təsirləri qaçılmazdır. Amma bütün bunlar bəyanatlar şəklində olacaq, müharibə qurtarıb, torpaqları azad etmişik”.
Ekspertin sözlərinə görə, son dövrdə Niderland Krallığının parlamenti tərəfindən Azərbaycan əleyhinə tam qərəzli qətnamələrin qəbul edildiyini müşahidə edirik: “7 oktyabrdan Niderland parlamentinin Nümayəndələr Palatası tərəfindən bölgədəki vəziyyətlə bağlı qəbul olunmuş 11 qətnamə birtərəfli xarakter daşımaqla, əsassız və qərəzlidir. 17 dekabrda isə qəbul olunmuş ”Dağlıq Qarabağa humanitar yardımın göstərilməsi ilə bağlı" qətnamədə yenidən həqiqət təhrif olunur, Azərbaycan və Türkiyəyə qarşı əsassız iddialar əks olunur. Prezident İlham Əliyev də Niderlandın yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edərkən parlamentin Azərbaycana qarşı sanksiyaları nəzərdə tutan qərarına etirazını bildirmişdi. Hollandların bu addımının bizə daha yaxın əlaqələr qurmağa kömək etməyəcəyini deyə bilərəm. Həqiqətən də Ermənistan özü diz çökərək kapitulyasiya bəyanatını imzaladığı halda regiondan uzaqda yerləşən və nəinki bölgəyə, ümumiyyətlə, yerləşdiyi Avropa məkanında ciddi iqtisadi və siyasi təsir imkanı olmayan bir ölkənin belə davranışları çox qəribədir.
Hələ 2014-cü ildə Hollandiyada qondarma “erməni soyqırımı” abidəsinin qoyulmasına etiraz edən Azərbaycan-Türk diasporu fəallarına cinayət işi açılması, 2018-ci ilin fevralında Holland parlamentində qondarma “erməni soyqırımı”nın tanınması kimi və s. proseslər hər kəsin yadındadır. İndi bu prosesin davamıdır və Avropada başlanmış antitürk və antiislam dalğasının bir hissəsi hesab olunmalıdır. Xatırlayırsınızsa, başda Fransa olmaqla, Avropada bəzi dairələr Vətən müharibəsində, Azərbaycan ilk zəfərləri qazandıqdan dərhal sonra bu münaqişənin əsl mahiyyətindən çox uzaq olan feyk xəbərlər yayılmağa başlanmış, əks-hücum əməliyyatları etnik-dini zəmində münaqişə kimi qələmə verməyə çalışılmışdı".
“Yeni Müsavat”
Paylaş:
Müəllif : Yazar
Tarix:23-12-2020, 09:09
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:23-12-2020, 09:09
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 08:36
Məmur biznesinin iflic etdiyi sahələrdə orta və kiçik sahibkarlıq can verir... - İnhisar, cərimələr, pul qıtlığı...
23-11-2024, 13:35
Samux İcra Hakimiyyətinin tərkibində 600 min manatlıq qəribə “alış-veriş” – Kəlbətin, təkər, izolent, maşın yağı və s…
23-11-2024, 13:25