Növbəti görüşün Ankarada keçirilməsi şərt kimi irəli sürülməlidir - Partiya sədri
“Ermənistan mətbuatı məlumat yayıb ki, Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan yanvarın 11-də Moskvada görüşəcəklər. Görüşü Rusiya Prezidenti Vladimir Putin təşkil edir və onun iştirakı ilə keçiriləcək. Paşinyanla görüş zəruridirsə, bu, Tbilisidə hər hansı üçüncü tərəfin iştirakı olmadan keçirilməlidir”.
Bu barədə Müsavat Partiyasının sədri Arif Hacılı bildirib.
O qeyd edib ki, əgər Azərbaycan Prezidenti və Ermənistanın baş naziri arasında birinci görüş Moskvada olacaqsa, növbəti görüşün Ankarada, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə keçirilməsi şərt kimi irəli sürülməli, buna nail olunmalıdır.
Xatırladaq ki, Azərbaycan Prezidenti İ.Əliyevlə Ermənistanın baş naziri N.Paşinyan arasında Moskvada görüşün keçiriləcəyi iddiası ilə erməni mediası çıxış edib. Diplomatik mənbələrə istinadən yayılan məlumata görə, Azərbaycan Prezidenti ilə erməni baş nazir yanvarın 11-də Rusiya Prezidenti V.Putinin iştirakı ilə görüşəcəklər. Görüşdə 10 noyabrda imzalanmış üçtərəfli razılaşma ilə bağlı müzakirələr aparılacaq.
Paylaş:
Müəllif : Fuad
Tarix:27-12-2020, 19:38
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:27-12-2020, 19:38
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 10:30
Yardımlı rayon icra hakimiyyətinin başçısı barədə rüşvət ittihamı - "Tikinti aparmaq üçün 3500 pul istəyirlər"
Bu gün, 09:15
Lisenziyasız kosmetoloji fəalliyyət göstərən Aygün Abdullayeva…. Nə sertifikat kimsən sən?!!!!!-Araşdırma-Fotolar
Bu gün, 08:54
Səbail icra başçısının bələdiyyə əməliyyatı: Vüqar Zeynalov biznesmenlə niyə anlaşıb? – VİDEO
Bu gün, 08:52
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi (AQTA) "Korrupsiyaya qarşı mübarizə haqqında" qanunun tələblərini pozur.
7-01-2025, 19:59