Gözlənilən Əliyev-Paşinyan görüşü – Masaya hansı məsələlər çıxarıla bilər?
"Qarabağın gələcək taleyilə bağlı məsələlər həllini tapmalıdır”.
Bu sözləri Sfera.az-a açıqlamasında yanvarın 11-də Moskvada Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan baş naziri Nikol Paşinyan arasında görüşün ola biləcəyi ehtimalına toxunarkən politoloq İlqar Vəlizadə deyib:
"Tərəflərin görüşəcəyi elan olunub, amma hər halda bu görüş təkbətək görüş olmayacaq. Daha çox üçtərəfli görüşün ola biləcəyindən danışmaq olar. Mümkündür ki, görüş ayrı-ayrılıqda Putin-Əliyev, Putin-Paşinyan formatında baş tutsun. Bu ehtimal daha böyükdür. Hər şey gündəlikdən, görüşün tərtibindən asılıdır. Bu görüşlər əsasında region üçün hansı gündəliyin müəyyən olunacağını isə indidən söyləmək olmaz”.
Həmsöhbətimiz qeyd etdi ki, artıq region üçün postkonflikt dövrü başlayıb:
"Bu dönəmdə bir çox məsələlər, o cümlədən Qarabağın taleyilə bağlı məqamlar öz həllini tapmalıdır. Yəqin, Putin cəhd göstərəcək ki, Qarabağın gələcək taleyilə bağlı məsələlər, eyni zamanda Paşinyanla da müzakirə olunsun. Amma yəqin ki, bununla bağlı Azərbaycan Prezidentinin fərqli fikri olacaq. Artıq bütün ərazilər üzərində suverenliyimizi bərpa etmişik. Bir sözlə, Paşinyanla İlham Əliyev arasında təkbətək görüşün olacağını düşünmürəm. Amma Paşinyanın bununla bağlı istəyi ola bilər”.
Paylaş:
Müəllif : Yazar
Tarix:28-12-2020, 16:26
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:28-12-2020, 16:26
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti