reklam
Regionxeberlericom.az » Siyasət » Rusiyaya xəbərdarlıq edilməlidir - “...Əks halda müharibə istisna edilmir”

reklam

Rusiyaya xəbərdarlıq edilməlidir - “...Əks halda müharibə istisna edilmir”


Türkiyənin NTV kanalının məlumatına görə, briqada generalının komandanlığı altında Türkiyə Silahlı Qüvvələrinin hərbi qulluqçuları Azərbaycana yola düşüblər.

Bildirilib ki, yanvar ayından etibarən türkiyəli hərbçilər rusiyalı hərbçilərlə bərabər Dağlıq Qarabağda atəşkəsə nəzarət məqsədilə yaradılan Birgə Monitorinq Mərkəzində xidmətə başlayacaqlar.

Xatırladaq ki, Dağlıq Qarabağda atəşkəsə nəzarət etmək məqsədilə Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinin yaradılmasına dair memorandum Rusiyanın müdafiə naziri Sergey Şoyqu ilə Türkiyənin milli müdafiə naziri Hulusi Akar arasında onlayn formatda keçirilən görüşdən sonra imzalanıb.
Yəni türk qardaşlarımız sayılı günlər sonra Qarabağda olacaq.

Bu isə o deməkdir ki, düşmən təxribata əl atmazdan əvvəl iki dəfə düşünməli olacaq. Başqa sözlə desək, qardaş ölkə hərbçilərinin bölgədə olması müəyyən qədər çəkindiricilik xarakteri daşıyacaq.

“Ağ Partiya” sədrinin müavini, politoloq Əhəd Məmmədli isə “Sherg.az”a açıqlamasında bunun məsələni birdəfəlik həll edə bilməyəcəyini deyib:

“Əlbəttə, türk hərbçiləri qarşı tərəfin “əl-qolunu” xeyli dərəcədə bağlayacaq. Amma təxribatların davam edəcəyi istisna deyil. Ona görə də Rusiya tərəfinə ciddi xəbərdarlıq edilməlidir. Biz məsələnin nə qədər ciddi xarakter daşıdığını digər tərəflərə, o cümlədən sülhməramlılara başa salmalıyıq.

Əks halda müharibənin yenidən başlanması mümkündür. Bildiyiniz kimi, İkinci Qarabağ müharibəsində də belə olmuşdu-biz davamlı təhriklərə cavab vermişdik. Əslində bu, bizə sərf edir. Belə demək mümkünsə, fürsətdir.

Ona görə də operativ davranmalı və dəmir yumruğumuzun gücünü növbəti dəfə hiss etdirməliyik”.


Paylaş:


Müəllif : Tarix:
28-12-2020, 16:26
Sikayət   


loading...
Загрузка...