Ermənistanın 2021-ə qalan kritik seçimi: - ya Türkiyə və Azərbaycanla dostluq, ya da...
II Qarabağ müharibəsindəki ağır məğlubiyyətdən sonra Ermənistanda başlayan siyasi böhran davam edir. Artıq əminliklə söyləmək olar ki, onun çözümü yeni - 2021-ci ilə qalır. Lakin vəziyyətdən çıxış yolunun necə tapılacağı bəlli deyil.
Hələ ki ölkədə baş nazir Nikol Paşinyana sanballı alternativ görünmür. O anlamda ki, “istefa” tələb edən radikal müxalifət ənənəvi dağıdıcı ritorikadan, o sırada Türkə nifrət, müharibə revanşı kimi erməni xalqına yalnız fəlakət və bədbəxtliklər gətirmiş yoldan savayı yeni heç nə təklif edə bilmir. O səbəbə əhalinin mühüm bir kəsimi siyasi opponentlərin aksiyalarına faktiki laqeyddir və etirazlar kütləvi xarakter ala bilmir.
Zaman isə Paşinyana işləyir. Çünki getdikcə onu zorla devirmək qəlizləşir ki, asanlaşmır. Üstəlik, ötən həftəsonu o, uğurlu bir gediş edərək, siyasi qüvvələrə vəziyyətdən çıxmaq üçün legitim variant - yazda erkən parlament seçkiləri keçirməyi və beləcə, yeni baş naziri də yeni parlamentin seçməsini təklif edib. Ancaq müxalifət təklifi rədd edib. Yəqin həm də ona görə ki, növbədənkənar seçkilərdə parlaq qələbə qazanacağına əmin deyil. O zaman yeganə həll yolu kimi toqquşmalar və vətəndaş qarşıdurması qalır...
*****
“Erməni cəmiyyəti və bütövlükdə Ermənistan üçün ikinci Qarabağ müharibəsindəki hərbi məğlubiyyətdən sonrakı şokdan tək çıxış yolu ölkənin rifahı naminə yaradıcı dinc əməkdir, nəinki revanş çağırışları”.
Musavat.com-un məlumatına görə, bu barədə rusiyalı tanınmış siyasi ekspert və məsləhətçi, “Milli Müdafiə” jurnalının baş redaktoru İqor Korotçenko telegram kanalında yazıb.
Lakin onun sözlərinə görə, bunun əvəzinə hələ ki, ölkədə radikal müxalifətin Paşinyanı mümkün qədər tez və hansısa şəkildə vəzifəsindən uzaqlaşdırmaq cəhdləri müşahidə olunur: “Paşinyan özü də heyrətamiz bir siyasi qabiliyyət nümayiş etdirir və ”inqilabçı" kütlənin qışqırığı və lənətlərinə rəğmən, hələlik öz rezidensiyasından ayrılmaq fikrində deyil. Niyə?"
Ekspert bir neçə səbəb gətirir: “1. Kreml Paşinyanla bağlı neytral mövqe tutub. Nikol Vovayeviç üçtərəfli razılaşma çərçivəsində bütün öhdəliklərini yerinə yetirməli, Ermənistan və Azərbaycan arasında sərhədləri demarkasiyasına getməli və ən əsası, missiyası başa çatdırana qədər ölkədə hakimiyyətin sabitliyini təmin etməlidir. Bundan əlavə, Nikol Paşinyan, yəqin ki, Rusiyadan siyasi zəmanət alıb ki, Moskva onun devrilməsinə dəstək verməyəcək. 2. Yerevandakı müxalifət Paşinyanı zorla devirmək üçün kifayət edəcək sayda narazı insan kütləsi toplaya bilmir. Onlar nəinki az saydadır, ümumiyyətlə, kritik kütlə şəklində deyil. 3. Ermənistan əhalisinin əhəmiyyətli bir hissəsi faktiki olaraq yeni siyasi gerçəyi qəbul edib - Qarabağ Azərbaycandır və əbədi olaraq belə olacaq. 4. Nəhayət, ən əsası, ordu və dövlət təhlükəsizlik orqanları (MTX) hələ də Paşinyana sadiqdirlər”.
Bəs belə vəziyyət daha nə qədər sürəcək? Ekspert suala önümüzdəki bir neçə həftədə cavab tapılacağını ehtimal edib...
*****
Məsələ də ondadır ki, indi daha çox müxalifət odla oynayır, nəinki siyasi anlaşma və dialoq təklif edən iqtidar komandası və onun başçısı Nikol Paşinyan.
“Ermənistanda baş verənlər fəlakətdir”.
Bunu Çiçəklənən Ermənistan Partiyasından olan deputat Naira Zöhrabyan deyib. “Qorxuram ki, Ermənistan öz dövlətçiliyini itirəcək. Ona görə ki, hakimiyyətdə avantüristlər və satqınlardır”, - deyə o bildirib. Onun sözlərinə görə, Nikol Paşinyanın səhvi nəticəsində ermənilər Süniki (Zəngəzur) itirmək üzrədir.
“Alyans” Partiyası isə ölkənin bütün problemlərini mümkün qədər qısa müddətdə həllini Rusiya ilə İttifaq dövlətinin yaradılmasında görür (Virtualaz.org). Bunu partiyanın növbədənkənar qurultayında onun lideri Tiqran Urixanyan deyib.
“Çoxları soruşur ki, bu, Ermənistanın Rusiyanın tərkibinə daxil olmasınımı nəzərdə tutur? Xeyr! Bu, hadisələrin inkişafının məntiqini əsas götürərək dövlətlərarası ittifaq yaratmaq deməkdir. Belə olan halda Ermənistan öz ordusunu möhkəmləndirən və xarici siyasətini aparan BMT-nin üzvü, suveren və müstəqil ölkə olaraq qalır. Bütün digər söhbətlər məişət savadsızlığı səviyyəsindədir”, - deyə o vurğulayıb.
Onun qənaətincə, indiki böhran şəraitində Ermənistana Rusiyanın dəstəyi lazımdır, bunun konkret təzahürləri olmalıdır və əməkdaşlıq maksimum qarşılıqlı inteqrasiya tələb edir. “Əgər reallıq Rusiyanın regionda sülhməramlı kontingentinin mövcudluğuna, Ermənistanda hərbi bazanın və ya bazaların mövcudluğuna məcbur edirsə, növbəti məntiqi addım birgə hərbi birləşmələrin, xüsusilə də sərhəd qüvvələri şəklində birləşmələrin formalaşdırılması olmalıdır”, - deyə Urixanyan vurğulayıb.
Bununla yanaşı, o, Paşinyanın və hökumətin istefasını prioritet hesab edir, yeni hökumətin formalaşdırılmasını istəyir. Onun fikrincə, yeni hökumətdə “köhnə rejim”in nümayəndələri olmamalıdır və o, səmərəli xarici siyasət aparmağı bacarmalıdır. Partiya sədrinə görə, “Alyans” hakimiyyəti dəyişdirməyi hədəfləyir, lakin onların müxalifətin mitinqlərində iştirak etməməsi partiyanın bu prosesi dəstəkləməməsi demək deyil.
*****
Ancaq az qala iki əsrlik böyük bir zaman kəsiyi, yaxın tarix göstərdi ki, ermənilərin xoşbəxtliyi heç də Rusiya ilə bağlı deyil, Moskva ilə sıx ittifaqda və ya onun bölgədəki forpostu olmaqda yox, əsas qonşular - Azərbaycan və Türkiyə ilı normal qonşuluq münasibətləri saxlamaqdadır. Bunu anlayan erməni ziyalıları da yox deyil.
“Ermənistana Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmaq lazımdır. Əks halda, çamadanlarımızı yığıb hansısa bir yerə köçəsi olacağıq”.
“Yeni Musavat”ın məlumatına görə, bunu Ermənistanın ilk prezidentinin müşaviri, 1991-1997-ci illərdə Qarabağa dair danışıqlar aparmış erməni diplomatiyasının veteranı Jirayr Liparityan bildirib. Onun fikrincə, Ermənistan öz qonşularına indiki kimi düşmən qismində deyil, fərqli baxan bir hökumətə sahib olmalıdır.
“Ermənistan hamı ilə münasibətləri qaydaya salmalıdır, çünki yekun etibarilə bu, təhlükəsizliyin təminatıdır. Mövcud əhval-ruhiyyəyə qalsa, nifrət və qorxu hissi hakim olacaq. Əgər bu iki aparıcı emosiya dərindən analiz edilməsə, o zaman hər iki hiss Ermənistan strategiyasının əsasını təşkil edəcək. Hazırda qorxu erməni siyasi düşüncəsinin bir hissəsi olaraq qalır”, - deyə o qeyd edib.
Sabiq diplomatın sözlərinə görə, qonşularla münasibətlər qurmaq, birbaşa Azərbaycan və Türkiyə ilə danışmaq, qonşuları başa düşməyi öyrənmək və onların nəyə “yox” cavabı verdiklərini dərk eləmək lazımdır. Liparityan hesab edir ki, bu, düşmənlə deyil, qonşunuzla ünsiyyət qurduğunuza, onun problemlərini başa düşdüyünüzə inam yaradacaq.
Bu yerdə o, 1988-ci ildə daşnak liderlərindən birinin sitatını xatırladıb: “”Ermənistan müstəqil ola bilməz, əks halda türklər gəlib hamımızı qıracaq". Ancaq belə vəziyyətdə Ermənistan heç vaxt müstəqil ola bilməz. Ya onlarla ünsiyyət qurmağın yolunu tapacaqsınız, ya da öz çamandanlarınızı yığıb başqa bir yerə getməlisiniz", - deyə Jirayr Liparityan əminliklə vurğulayıb.
*****
“Ermənistan Azərbaycan və Türkiyəyə qarşı düşmənçilik siyasətindən əl çəkməli, qonşularının ərazi bütövlüyünə və suverenliyinə hörmət etməlidir”.
Bunu isə türkiyəli politoloq, jurnalist və tarixçi, İstanbul Universitetinin professoru Mehmet Perinçek Vesti.az-a verdiyi açıqlamada bildirib. Onun sözlərinə görə, erməni xalqının maraqları Azərbaycan və Türkiyə də daxil, qonşularla əlaqələr qurmaqdan keçir: “Ermənistanda hazırda ciddi iqtisadi və siyasi böhran yaşanır. Bu ölkə özünün daxili problemlərini və böhranlarını yalnızca qonşularla yaxşı münasibətlər və əməkdaşlıq çərçivəsində çözə bilər”, - deyə tarixçi qeyd edib.
Politoloq həmçinin hesab edir ki, erməni tərəfi Qarabağdakı müharibədən ibrət götürməlidir, ona görə ki, Ermənistanın təcavüzkar davranışı və siyasəti ən çox elə erməni xalqının zərərinədir: “Ermənistan özü özünü təcrid edib. Xatırladım ki, yüz il əvvəl daşnak Ermənistanı imperialist ölkələrin maraqlarının tələsinə düşərək, öz qonşularına hücum etmiş, Azərbaycan və Türkiyənin suverenliyini və ərazi bütövlüyünü pozmaqla səhvə yol vermişdi. O vaxt onlar Rusiyaya qarşı da çıxdılar. Eyni səhvi 100 il sonra təkrarladılar, nəticə isə 100 il öncəki kimidir: iflas, dağıntı, məğlubiyyət, məyusluq, sosial və iqtisadi böhran”.
Belə fəlakətli durumdan qurtulmağın tək yolu isə məlum: Türkiyə və Azərbaycanla dostluq, nəinki erməni xalqına yalnız bədbəxtliklər gətirən düşmənçilik kursu. Kritik seçim 2021-ə qalır... //musavat/com//
Paylaş:
Müəllif : Yazar
Tarix:29-12-2020, 09:04
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:29-12-2020, 09:04
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
Dünən, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
Dünən, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
Dünən, 11:07
İşçilərin maaşı ilə özünə “imperiya” quran dələduz şirkət rəhbəri QAÇDI - İLGİNC FAKTLAR...
20-12-2024, 21:08
Türkiyənin Suriya üçün göndərəcəyi 75 min ərzaq bağlamasının ilk partiyası yola salındı
20-12-2024, 14:01
Tiktoker Benizin zərərçəkəni hüquq-mühafizə orqanlarına müraciət etdi - 836 min manatdan çox pulunu hissə-hissə ələ keçirib
20-12-2024, 13:48
Ölkəmizə son illər iribuynuzlu heyvanlar HARADAN və NECƏ gətirilir? - “Dana monopoliyası” "kralı"na niyə DUR deyən tapılmır...?
20-12-2024, 12:09
Dünya çempionu 2,5 milyon pul qoyduğu obyektdən çıxarılır - İşin arxasında keçmiş məmur dayanır? - FOTO
20-12-2024, 10:16