Bakı GUAM-a sədrliyi Gürcüstana verdi - təşkilat niyə güc mərkəzinə çevrilmədi?
Gürcüstan, Ukrayna, Azərbaycan və Moldovadan ibarət yaradılan birlik (GUAM) son günlərdə yenidən gündəmə gəlib. Buna səbəb də quruma sədrliyin yanvarın birindən etibarən bir il müddətinə rəsmi Bakıdan Tiflisə keçməsidir. Təşkilat ətrafında son baş verənlərlə paralel olaraq, GUAM-ın “ölü quruma” çevrilməsi də növbəti dəfə müzakirəyə çevrilib. 23 il öncə böyük ümidlərlə yaradılan təşkilatın gözləntiləri doğrultmadığı qeyd olunur.
Halbuki GUAM yaradıldığı ilk illərdə bəzən Müstəqil Dövlətlər Birliyinə (MDB) alternativ qurum kimi qələmə verilirdi. Hətta “yeni NATO” blokunun yarana biləcəyi deyilirdi. Amma görünən odur ki, GUAM heç bir səs-küy yarada bilmədi. Bu da bir sıra səbəblərlə izah edilir. Quruma üzv dövlətlərdən üçünün-Gürcüstan, Ukrayna və Moldovanın Rusiya ilə yaşadıqları milli problemlərin buna imkan vermədiyi vurğulanır. Azərbaycanın da ara-sıra burada adı keçməmiş deyil. Daha çox bu amilin GUAM-ın “buynuzu”nu göstərməsinin qarşısını aldığı qeyd edilir.
Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər “Yeni Müsavat”a GUAM ətrafındakı prosesləri bu cür dəyərləndirdi: “Əvvəla, onu qeyd edim ki, GUAM geopolitik qurum olaraq yaradılmamışdı. Yaradılarkən də belə nəzərdə tutulmamışdı. Sadəcə olaraq, Rusiyanın yaratdığı yeni neoimperialist MDB modelini dağıtmaq üçün geopolitik keçid forması olaraq nəzərdə tutulurdu. Yəni bu ölkələr Avropa Birliyi və NATO-ya üzv qəbul olunana qədər GUAM tərkibində hazırlıq prosesi keçməli idilər. Bu MDB-yə qarşı yaradılmış, onun zəiflədilməsi üçün təsis edilmiş aralıq bir geopolitik keçid forması idi. Çox təəssüflər olsun ki, 2008-ci ildə NATO-nun Buxarest sammitində Almaniya başda olmaqla, bir qrup Avropa ölkələri Rusiya ilə qarşı-qarşıya gəlməmək üçün Gürcüstan və Ukraynanın NATO-ya üzvlüyünə qarşı çıxış etdilər. Rusiya da bunu ”yaşıl işıq" kimi anladı və həmin ili də Gürcüstana hücum edib, Abxaziya və Şimalı Osetiyanı işğal etdi.
Bundan sonra da Amerikada hakimiyyətin dəyişməsi prosesi baş verdi. Barak Obama hakimiyyətə gəldikdən sonra Birləşmiş Ştatların strateji öncəliyi dəyişdi. Xüsusilə bunu 2012-ci ildən sonra açıq şəkildə ifadə etdilər. Bunlar inkişafın ağırlıq mərkəzinin Asiya, Sakit okean regionuna keçdiyini nəzərə alaraq təhlükəsizlik sahəsində də ağırlığı bu bölgəyə keçirdilər və Çini strateji hədəf olaraq görməyə başladılar. Bildiyiniz kimi, Tramp dönəmində də bu belə davam etdi. Amma gözlənilir ki, Bayden hakimiyyətə gəldikdən sonra avroatlantik siyasət yenə strateji öncəliklər sırasına qayıdacaq. Bu siyasətin də bilirsiniz ki, əsas institutu NATO-dur. Mənə elə gəlir ki, Bayden dönəmində həm Rusiya məsələsinin gündəmə gəlməsi, həm də Avropa Birliyi, NATO ilə əlaqələrin gücləndirilməsi gözlənilir. Bu baxımdan GUAM-la münasibətlər qurum çərçivəsində inkişaf etdirilməyə bilər. Amma birbaşa bu ölkələrlə, yəni Moldova, Ukrayna və Gürcüstanla əlaqələr gücləndiriləcək. Demək olar ki, GUAM öz funksiyasını yerinə yetirib və o effekti də verməyib. Bir sözlə, özünü doğrultmayıb. Mənə elə gəlir ki, Amerika da, NATO da həmin ölkələrlə birbaşa işləməyə üstünlük verəcəklər".
Paylaş:
Müəllif : Yazar
Tarix:30-12-2020, 11:15
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:30-12-2020, 11:15
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 08:42
“Bu, bir alimin, bir ailənin məhvi deməkdir” – SOCAR-dakı işindən çıxarılan alim ETİRAZ EDİR
Bu gün, 08:32
Natiq Sadiqovun “Shaurma №1” üzərindəki cinayətkar planı: aldatma və qeyri qanuni mənimsəmə
Bu gün, 08:29
Nadir Aslanovun “görmədiyi“ qanunsuz tikilən 110 evin iziylə - Baş purokrorluğa müraciət...
Dünən, 17:50
Cenub Elektrik Stansiyasin sahəsində balıq gölləri - Baba Rzayev hara baxır? İDDİA/FOTOFAKT
Dünən, 12:45
Nəsimi sakinləri ölkə rəhbərliyindən kömək istəyir: “Vüqar Qasımov-Aslan Quliyev cütlüyü bizə divan tutur”
24-12-2024, 19:26
Prezident bu nəqliyyat vasitələri ilə bağlı qanun imzaladı - Yanvarın 1-dən 8 il müddətinə...
24-12-2024, 11:29