Bakı və Kreml arasında kritik müzakirə: - “Laçın dəhlizində bu hal olarsa...”
“Ümumiyyətlə, heç vaxt hamı sülhməramlı missiyadan razı olmayıb. Bu, mümkün deyil. Lakin reallıq deyilən bir şey var. Rusiya sülhməramlıların orada olması reallıqdır. Bu məsələ Azərbaycanın xeyrinə və ya zərərinə olan situasiya kimi dəyərləndirilməməlidir. Reallıq budur və biz reallığı qəbul etmək yox, dəyərləndirməliyik”.
Jurnalist Elçin Alıoğlunun Teleqraf.com-a müsahibəsini təqdim edirik:
- Azərbaycan Prezidenti Füzulidə beynəlxalq hava limanının açılacağını elan etdi. Bundan sonra sosial şəbəkələrdə o sual ünvanlandı ki, əgər bölgədə, yəni Xocalıda beynəlxalq statusu olan bir liman varsa, ikincisinə nə ehtiyac var?
- Xocalıdakı hava limanı aerodrom statusundadır. Dağlıq Qarabağdakı separatçı rejim bundan hava limanı, aeroport kimi istifadə etmək istəyir, amma bu, mümkün deyil. Bakı qəti şəkildə bildirdi ki, ora Azərbaycan ərazisidir və Azərbaycanın icazəsi olmadan bir hava nəqliyyatı vasitəsi ora nə enə, nə də qalxa bilər. Müdafiə Nazirliyi də bəyanat verdi ki, əgər hansısa bir ölkənin hava nəqliyyatı vasitəsi Xocalı aeroportuna enərsə və enməyə çalışarsa, dərhal vurulacaq. Həmin aeroport tikiləndən indiyədək ora nə bir təyyarə enib, nə də enəcək.
İkinci, əgər Xocalıda hava limanı varsa, niyə Füzulidə olmasın? Həmin məntiq çox qüsurludur və bir az demaqogiya qoxusu verir. Həmin məntiqlə desək, əgər Gəncədə hava limanı varsa, Yevlaxda, Qəbələdə, Qazaxda niyə olmalıdır? Sadaladığım şəhərlərin hamısında hava limanları fəaliyyət göstərir. Yəni Xocalıda varsa, lap yaxşı – Füzulidə də olsun, Xankəndidə də olsun, yeri gələndə lap Şuşada da olsun.
- Gündəmdə olan məsələlərdən biri də, Dağlıq Qarabağın müəyyən hissəsindəki silahlı erməni birləşmələrinin nə zaman tərksilah ediləcəyi ilə bağlıdır. Sizcə, bu nə vaxt baş verəcək?
- Bunun nə vaxt baş verəcəyini demək çətindir. Çünki həmin birləşmələr Rusiya sülhməramlılarının fəaliyyət zonasında yerləşiblər. Məndə olan məlumata görə, həmin ərazilərdə təxminən 8600 silahlı erməni var. Onlar Dağlıq Qarabağdakı separatçı rejimin “ordusu” hesab olunur və silahı yerə qoymaq niyyətində deyillər. Rusiya sülhməramlıları da, hələlik onların tərksilah edilməsi ilə bağlı konkret və real iş görmür. Amma məndə olan məlumata görə, məsələ ilə əlaqədar Rusiya və Azərbaycan rəhbərlikləri, müvafiq dövlət strukturları arasında intensiv danışıqlar aparılır. Bu danışıqlar həmin şəxslərin tərksilah edilməsinə hesablanıb.
Həmin silahlı birləşmələrin hansısa hərbi əməliyyat aparmaq imkanları yoxdur. Onlar maksimum terraktlar törədə bilərlər. Bu terraktlar bir müddət əvvəl işğaldan azad edilmiş ərazilərdə baş verib və əfsuslar olsun ki, yenidən törədilmə ehtimalı var. Onlar terrorçudur və terrorulara münasibət və davranış çox bəsitdir: ya könüllü şəkildə tərksilah olunmalı, ya da məhv edilmə ehtimalını göz önünə almalıdırlar. Həmin şəxslərin yenidən separatçı rejimin “ordusuna” çevrilmək şansı sıfıra bərabərdir. Çünki həmin “ordu”nun yenidən yaradılması üçün silah, canlı qüvvə və texnika lazımdır. Separatçılarda isə bunların heç biri yoxdur. Belə bir “ordu”nu qurmaq üçün lazım olan silah-sursat və texnikalar Laçın dəhlizi vasitəsilə keçirilməlidir ki, buna nə Rusiya sülhməramlıları icazə verir, nə də Azərbaycan bunu səssiz izləyəcək. Əgər Laçın dəhlizində belə bir hal baş verərsə, legitim hərbi hədəflər kimi dərhal vurulacaq və məhv ediləcək.
- İnsanları düşündürən başqa bir sual, Rusiya sülhməramlılarının müharibə vaxtı qaçan erməniləri geri qaytarması ilə bağlıdır. Erməniləri Xankəndinə qaytarmaq Rusiya sülhməramlıların üzərinə düşən vəzifədirmi?
- Bəli! Bütün dünyada sülhməramlılıq və sülhyaradıcılıq funksiyalarına daxil olan məsələlərdən biri də, lokal və ya regional silahlı toqquşmalar zamanı daimi yaşayış yerlərini tərk etmiş dinc əhalinin münqişə dayandıqdan və atəşkəs rejimi başladıqdan sonra öz əvvəlki yerlərinə qayıdışının təmin edilməsidir. Bu, bütün dünyada sülhməramlı fəaliyyətin kontekstində olan bir məsələdir. Lakin bununla bağlı bir çox suallar yaranır. Sualların çoxu da həyəcan və təşviş yönlüdür. Həmin suallar da bununla bağlıdır ki, “Ermənilərin Dağlıq Qarabağdakı demoqrafik dairəsi süni şəkildə genişləndirilir”, “Rusiya sülhməramlıları bunu qəsdən edirlər” və s. Amma onu deyə bilərəm ki, Dağlıq Qarabağdakı yeri erməni əhalisinin demoqrafik durumu çox ağırdır. Hələ müharibədən əvvəl də, Dağlıq Qarabağ erməniləri arasında ölənlərin sayı doğulanların sayını xeyli üstələmişdi. Yəni orada azalma gedir, artım yox. Azalma indi başlamayıb, 26 ildir Dağlıq Qarabağda azalma müşahidə olunur.
Başqa bir məqam da budur ki, Vətən müharibəsi zamanı qarabağlı ermənilər öz yaşayış yerlərini kütləvi şəkildə tərk etdilər. İndiki qayıdış isə onların çarəsizliyi ilə bağlıdır. Çünki Ermənistandan Dağlıq Qarabağ erməniləri üçün verilən vədlərin heç biri yerinə yetirilmədi. Nə onlara müavinət verildi, nə yaşayış yerləri ilə təmin olundular, nə də müvəqqəti yaşayış qismində onlarla ayrılmış otellərdə onlar üçün lazımi şərait yaradıldı. Yəni həmin ermənilər çarəsizlikdən Dağlıq Qarabağa qayıdırlar. Onların total əksəriyyəti Dağlıq Qarabağda qalmaq istəmir. Çünki dörd tərəfdən Azərbaycan ordusunun mövqeləri tərəfindən mühasirədədir.
Ermənilər yaxşı başa düşürlər ki, ya Azərbaycanın mövcud qanunvericiliyinə tabe olmalı, ya da separatçı əməllərini davam etdirəcəklərsə, Azərbaycan ərazilərini tərk etməlidirlər. Ermənistan da anlayır ki, Dağlıq Qarabağdakı ermənilər arasında immiqrasiya və reimmiqrasiya meylləri güclənib. Ekspertlər bunu belə hesablayırlar ki, indi qarabağlı ermənilərə Rusiyaya köçmək şansı yaradılarsa, hər 10 erməni ailəsindən 7-si düşünmədən Rusiyaya üz tutar. Yəni onların bir arzusu var ki, Rusiyaya köçsünlər.
- Rusiya sülhməramlılarının bölgədə olmasına cəmiyyətdə münasibət birmənalı deyil, bundan narazılıq edənlərin sayı kifayət qədərdir və hesab olunur ki, bu amil balansı Azərbaycanın əleyhinə dəyişir. Bu baxımdan, yaxınlarda fəaliyyətə başlayacaq Türkiyə-Rusiya birgə Monitorinq Mərkəzi bölgədə balansı tarazlaşdıracaqmı və proseslərə nəzarətdə nə qədər effektli olacaq?
- Ümumiyyətlə, heç vaxt hamı sülhməramlı missiyadan razı olmayıb. Bu, mümkün deyil. Lakin reallıq deyilən bir şey var. Rusiya sülhməramlıların orada olması reallıqdır. Bu məsələ Azərbaycanın xeyrinə və ya zərərinə olan situasiya kimi dəyərləndirilməməlidir. Reallıq budur və biz reallığı qəbul etmək yox, dəyərləndirməliyik.
Ağdamdakı monitorinq mərkəzinə gəldikdə, bu, müşahidə və nəzarət funksiyalarını yerinə yetirəcək. Əlbəttə sülhməramlıların missiyası diqqətlə izlənməlidir, şübhəsiz ki, vətəndaş nəzarəti olmalıdır. Bu vətəndaş nəzarəti sülhməramlıların istənilən addımının dəyərləndirilməsi ilə nəticələnməlidir. Bu dəyərləndirmə də emosional yox, rasional şəkildə olmalıdır. Düşünürəm ki, müşahidə-monitorinz mərkəzi üzərinə qoyulan vəzifəni yerinə yetirəcək. Çünki burada Azərbaycan və Türkiyənin çox ciddi maraqları və qayğıları var.
Qayğılar bundan ibarətdir ki, Rusiya sülhməramlılarının Dağlıq Qarabağda olduğu müddətdə yol verdikləri qanun pozuntuları, missiyadan kənara çıxan davranışları, onların separatçı rejimə “tolerant münasibəti” var. Birmənalı şəkildə bütün bunların qarşısı alınmalıdır.
Paylaş:
Müəllif : Yazar
Tarix:7-01-2021, 10:52
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:7-01-2021, 10:52
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 19:26
Prezident bu nəqliyyat vasitələri ilə bağlı qanun imzaladı - Yanvarın 1-dən 8 il müddətinə...
Dünən, 11:29