reklam
Regionxeberlericom.az » Siyasət » Ağ Evin əməkdaşları İSTEFA VERDİ

reklam

Ağ Evin əməkdaşları İSTEFA VERDİ


Vaşinqtonda baş verən iğtişaşlardan sonra Ağ Evin dörd rəsmi nümayəndəsi istefa verib.

“Fox News”a istinadən xəbər verir ki, daha əvvəl istefa vermiş Birinci Xanım aparatının rəhbəri Strefani Qrişamdan sonra mətbuat katibinin müavini Sarah Matyus və protokol katibi Riki Niçet də eyni addımı atıb.

Nəhayət, ölkə prezidentinin milli təhlükəsizlik üzrə müşavirinin müavini Matt Potincer də istefa ərizəsi verib.

Xatırladaq ki, dünən Vaşinqtonda hazırkı prezident Donald Trampın tərəfdarları etiraz nümayişi keçiriblər, daha sonra Konqres binasına hücumç edərək ali qanunverici qurumun iclasını yarımçıq qoyublar. Hadisə yerinə cəlb edilən polis və mühafizə dəstələri nümayişçilərə qarşı bibər qazı və səs qumbaraları tətbiq ediblər. İğtişaşlar nəticəsində 4 nəfər həlak olub. Sonradan iclasına davam edən Konqres üzvləri seçkilərdə Cozef Baydenin qələbə çaldığını təsdiqləyiblər.


Paylaş:


Müəllif : Tarix:
7-01-2021, 18:34
Sikayət   


loading...
Загрузка...