Üçtərəfli 11 yanvar görüşü müəmması - masada nələr var...
Azərbaycan, Ermənistan və Rusiya liderləri arasında yaxın vaxtlarda keçirilməsi gözlənilən üçtərəfli görüş hazırda gündəmin əsas mövzularından birinə çevrilib. Görüşün mümkün tarixlərindən biri kimi yanvarın 11-də keçiriləcəyi deyilir. Lakin bu məlumat öz təsdiqini tapmayıb. Eyni zamanda, görüşün bu tarixdə olmayacağı barədə təkzibə də rast gəlməmişik.
Ermənistanın baş naziri Nikol Paşinyan görüşdən yayınmaq üçün bütün yollara əl atır. İndi də Nikol özünü təcrid edib. Ekspertlər hesab edirlər ki, Ermənistan hökumətinin rəhbəri daxilində müxalifətin qarşısını ala bilmir və üstəlik də belə bir şəraitdə məğlub tərəf kimi üçtərəfli görüşdə növbəti razılaşmalara imza atmağa məcbur qalacağını yaxşı bilir. İddialar var ki, Moskva görüşü 10 noyabr razılaşmasının davamı olaraq yeni sənəd (komminikasiyalar, əsirlər və sair humanitar məsələlər) imzalana bilər. Amma şünhəsiz ki, müzakirə ediləcək daha ciddi mövzular da (nəzarətsiz erməni silahlıları, bəzi ərazi mübahisələri, mübadilələri və s.) var. Paşinyanın isə bu məsələlərin müzakirəsinə hazır olmadığı açıq görünür.
Burada bir məsələ də diqqət çəkir. O da ATƏT-in Minsk Qrupunun fəaliyyətini davam etdirməsi ilə bağlıdır. Rusiya və Ermənistan bütün hallarda bu qurumun fəaliyyətini davam etdirməsində maraqlı görünürlər. Azərbaycanın isə mövqeyini izah etməyə gərək yoxdur. Lakin bu fəaliyyətə müqavimət göstərməyəcəyini də söyləmək olar.
Milli Cəbhə Partiyasının sədri, deputat Razi Nurullayev mövzu ilə bağlı “Yeni Müsavat”a bunları dedi: “Təsdiq olunmamış belə bir məlumat yayılıb ki, yanvarın 11-də Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri arasında üçtərəfli görüş keçiriləcək. Təbii ki, bu da 10 noyabrda üçtərəfli anlaşmanın davamı olacaqdır. Birinci növbədə qeyd etmək lazımdır ki, bundan sonrakı danışıqlarda hansı qərar qəbul olunursa- olsun, bunun heç bir halda Azərbaycanın əleyhinə olması gözlənilmir. Çünki Azərbaycan Ermənistanla sərhədlərini müəyyənləşdirib və müəyyənləşdirməkdədir. Hazırda ərazilərimizdə qanunsuz erməni silahlı birləşmələri var. Onlar Azərbaycan ərazisindən çıxarılmalıdır. Bunun üçün də kommunikasiyaların açılmasından, əsirlərin dəyişdirilməsindən, iqtisadi, siyasi ilişkilərin bərpa olunmasından öncə Azərbaycan tərəfin ilk növbədə ortaya atacağı məsələ qanunsuz birləşmələrin tərk-silah edilməsidir.
Arayik Arutyunyan hələ də özünü qondarma rejimin rəhbəri hesab edir. Eyni zamanda Ermənistanın xarici işlər naziri qanunsuz olaraq Azərbaycan ərazilərinə səfərlərini reallaşdırır, qondarma rejimin xarici işlər naziri ilə görüşür. Bu da təbii olaraq Azərbaycan tərəfdə çoxsaylı suallar yaradır. Digər məsələlər həll olunmamışdan öncə bu məsələlər öz həllini mütləq tapmalıdır. Bildiyiniz kimi, hazırda Paşinyanın vəziyyəti yaxşı deyil. Onun üçün də ola bilsin ki, danışıqlar prosesinin uzanması baş versin. Amma Azərbaycana danışıqların uzanması heç bir halda sərf etmir. Azərbaycan qanunsuz erməni birləşmələrinin tez zamanda Qarabağdan çıxarılmasını istəyir. Ermənistan da danışıqlar prosesini uzatmağa çalışır. Bundan sonra nə baş verirsə-versin, Azərbaycanın xeyrinə proseslər cərəyan etməlidir. Bunun başqa yolu yoxdur. Paşinyan bu cür sənədlərə imza atanda, razılaşmalara gedəndə, təbii ki, ölkəsində vəziyyəti pisləşəcək. Ola bilsin ki, görüş olsun, amma bir nəticə əldə olunmasın, yaxud nəticə əldə edilsin, sadəcə, açıqlanmasın. Paşinyan yəqin ki, bu nüansları nəzərə alaraq özünü xəstəliyə vuracaq, yaxud müxtəlif yollara əl atacaq”.
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu: “Mən əvvəlcədən də qeyd etmişdim. Ola bilsin ki, 10 noyabr anlaşmasından əlavə, liderlər arasında başqa hansısa şifahi razılaşma da var. Görünür, məhz bu şifahi razılaşma əsasında liderlər yenidən görüşməlidirlər. Bu razılaşmanın da əsası odur ki, regional əməkdaşlıq başlamalıdır. Bunun üçün də Azərbaycanın şərti yerinə yetirilməlidir, yəni Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımalı, Dağlıq Qarabağı Azərbaycan ərazisi kimi qəbul etməli, dəhliz açılmalıdır. Paşinyan bunun bir hissəsi ilə razılaşıb. Amma indi düşünür ki, görüşə qatılsa, bu istiqamətdə danışıqlar aparsa, müxalifətin ona qarşı əli daha da güclənəcək. Onu satqınlıqda ittiham edəcəklər. Ola bilsin ki, bu məqsədlə özünü xəstəliyə vurub. Amma indi belə edir. Əgər bu barədə görüş üçün razılıq əldə olunubsa, bir müddətdən sonra belə görüş keçirilməlidir. Minsk Qrupuna gəlincə, məncə, bu qurum fəaliyyətini davam etdirəcək. Effektiv fəaliyyəti olmasa da, Amerika və Fransa oyundan kənarda qalmamaq üçün Minsk Qrupunun fəaliyyətində maraqlıdır. Qurumun nümayəndələrinin bölgəyə səfərləri görüntü xatirinə olsa da, davam edəcək. Biz yaxşı bilirik ki, hazırda əsas oyunçular kimlərdir, bunlar Rusiya və Türkiyədir. Minsk Qrupunun sadəcə adı qalacaq. Amma onların müzakirələrini Azərbaycan ciddi qəbul etməyəcək”.
“Yeni Müsavat”
Paylaş:
Müəllif : Yazar
Tarix:8-01-2021, 12:54
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:8-01-2021, 12:54
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 10:07
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır
Dünən, 14:57
Batan gəmini axtarırdı, ən böyük kəşfini etdi: Dünyaya yeni ümid verən ixtira Bakıda elan edildi
Dünən, 14:46
Plastik əməliyyat etdirənlər şəxsiyyət vəsiqəsini dəyişdirilməlidir? – DİN-dən RƏSMİ AÇIQLAMA
Dünən, 11:48
Bərdə rayonunda "Dayanıqlı İnkişaf üçün Bacarıqlı bizneslər" layihəsi öz icrasına davam edir.
Dünən, 11:21
“Kristal Abşeron”-un özbaşınalığına "dur" deyən olacaq? - "Deyirəm ki, söküb dağıtmaq, məhəlləni zibilxanaya çevirmək abadlıqdır? "
13-11-2024, 10:56
Qanunlara əməl olunarsa, əmək fəaliyyəti ilə məşğul olmaq istəyən və belə hüququ olan heç bir əlil işsiz qalmaz.
13-11-2024, 10:54