“İlham Əliyev Moskvada Nikol Paşinyana 8 tələb irəli sürəcək...” - Erməni mənbələri
Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında Rusiya prezidenti Vladimir Putinin vasitəçiliyi ilə yanvarın 11-də görüşün gözlənildiyi məlumdur. Hələlik bu görüşün baş tutacağı rəsmən təsdiqlənməyib və elan edilməyib, bununla belə Rusiya tərəfinin vasitəçiliyi ilə üçtərəfli danışıqlara hazırlıqların getdiyi müşahidə olunmaqdadır. Prezident İlham Əliyev Nazirlər Kabinetinin iclasında çıxışı zamanı Rusiyanın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması istiqamətində addımların atıldığını deyib. Deyib ki, son günlərdə Azərbaycana və Ermənistana səfər etmiş Rusiya nümayəndələri ilə danışıqlar əsasən bu barədə aparılıb.
Paşinyan isə bir neçə gün əvvəl koronavirusa görə özünü təcrid edib və belə ehtimallar yaranıb ki, əslində o, Moskvaya getməmək üçün belə edib. Lakin erməni mənbələri iddia edirlər ki, Rusiyadan gələn nümayəndələr Paşinyandan və onu Moskvaya səfərdə müşaiyət edəcək şəxslərdən koronavirusa dair analzlər götürüblər. Onlar səfərə qədər təcrid vəziyyətində qalacaqlar.
Zham.am adlı erməni saytı isə özünün “Rusiyadakı mənbələrinə” istinadən yanvarın 11-də baş tutacağı gözlənilən görüşdə İlham Əliyevin Nikol Paşinyan qarşısında 8 tələb qoyacağını iddia edir. Və həmin tələbləri sadalayır:
-Əliyev Paşinyandan tələb edəcək ki, Minsk Qrupunun buraxılmasına razılaşsın. Onun yerində üçtərəfli (Rusiya, Ermənistan və Azərbaycan) və ya dördtərəfli (Rusiya, Türkiyə, Azərbaycan və Ermənistan) danışıqlar formatı yaradılmalıdır.
-Əliyev tələb edəcək ki, Paşinyan bir daha Dağlıq Qarabağın statusu məsələsini qaldırmasın, çünki Azərbaycan bu məsələni həll edib və ermənilər ən uzağı Azərbaycanın tərkibində mədəni muxtariyyətə ümid edə bilərlər. Hansı ki, burada Dağlıq Qarabağ heç ayrıca inzibati ərazi vahidi də olmayacaq.
-Əliyev Paşinyandan tələb edəcək ki, Ermənistandan rəsmi şəxslərin Qarabağa səfərləri dayandırılsın. Əliyevin sözlərinə görə, belə səfərlər ancaq rəsmi Bakı ilə razılaşdırılmış şəkildə mümkün ola bilər. Azərbaycanın icazəsi olmadan ora ancaq fərdi səfərlər, o cümlədən humanitar xarakterli səfərlər mümkündür.
-Azərbaycanla Ermənistan arasında sərhədlərin müəyyən edilməsi prosesində daha 16 kənd Azərbaycanın nəzarətinə qaytarılmalıdır və bu proses yanvarın 11-də xüsusi razılaşmanın imzalanması ilə möhkəmləndirilməlidir. Delimitasiya və demarkasiya məsələləri isə daha sonra, ikitərəfli komissiyanın işinin gedişində həll edilməlidir.
-Dağlıq Qarabağda hərbi xidmətə çağırış həyata keçirilməməlidir. Dağlıq Qarabağın öz ordusu olmamalıdır. Dağlıq Qarabağda ancaq yerli polis qüvvələri, habelə müvəqqəti olaraq “milli qvardiya” ola bilər. Hansı ki, o, 5-10 il sonra buraxılmalıdır. Çünki Dağlıq Qarabağın azərbaycanın tərkibində hər hansı status malik olması mümkün deyil.
-Ermənistan Azərbaycanla Naxçıvan muxtar respublikası arasında kommunikasiyaları açmalıdır, bu kommunikasiyalar Rusiya sülhməramlılarının nəzarətində olmalıdır. Çünki Ermənistanla Dağlıq Qarabağ arasındakı Laçın dəhlizinə Rusiya sülhməramlıları nəzarət edir.
-Əliyev Ermənistanda “revanşist qüvvələrin” fəaliyyətinin və “revanşist təbliğatın” dayandırılmasını tələb edəcək.
-Əliyev tələb edəcək ki, 10 noyabr razılaşmasından sonra tutulan ermənilərin heç biri hərbi əsir statusuna malik ola bilməz. Onlar hərbi diversantlar kimi Azərbaycan məhkəmələri tərəfindən mühakimə edilməlidir.
Nəşrin mənbələri iddia edirlər ki, əgər Ermənistan bu tələbləri qəbul etməsə Azərbaycan müharibənin indiki nəticələrinə yenidən baxa və Qarabağdakı Rusiya sülhməramlılarının iştirakını şübhə altına ala bilər.
Nəşr Paşinyanın bu tələblərin hansılarını qəbul edəcəyinin məlum olmadığını bildirir, əlavə edir ki, Paşinyanın ətrafında həmin tələblərə “kar müqavimət” var. Nikol özü isə Azərbaycan tərəfinin praktiki olaraq bütün tələblərini yerinə yetirməyə meyllidir ki, kommunikasiyalar açılsın. Nəticədə o, erməni cəmiyyətinə nümayiş etdirsin ki, Ermənistan Qarabağda məğlub olsa da inkişaf üçün yeni səhifə açmağa çalışır.
Qeyd edək ki, həmin tələblərin bir çoxunu prezident İlham Əliyev son çıxışında artıq birbaşa və ya dolayısı dillə elan edib. O cümlədən Ermənistandan Qarabağa rəsmi şəxslərin qanunsuz səfərlərinin dayandırılmalı olduğunu bildirib, Naxçıvana kommunikasiyaların açılmasına dair danışıqların getdiyini deyib. Habelə deyib ki, Xocavənddə tutulan erməni silahlıları hərbi əsir sayıla bilməz, çünki onlar Ermənistandan hərbi əməliyyatların dayandırılmasından sonra-noyabrın 26-da göndəriliblər.
Daha əvvəlki çıxışlarında isə Minsk Qrupunun faktiki olaraq mövcudluğunu itirdiyini, Azərbaycanın bu qrupun vasitəçiliyi ilə Qarabağa dair hansısa müzakirələr aparmaqda maraqlı olmadığını bildirib, regionda dördtərəfli əməkdaşlıq, müzakirə formatının yaradılmasına tərəfdar olduğunu açıqlayıb. Dağlıq Qarabağdakı erməni silahlı birləşmələrinin tərksilahı məsələsi isə Azərbaycanın lap əvvəldən irəli sürdüyü tələblərdən biridir.
Virtualaz.org
Paylaş:
Müəllif : Yazar
Tarix:8-01-2021, 15:43
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:8-01-2021, 15:43
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti