Erməni tərəf Moskva görüşündən nə gözləyir - "Paşinyanın əl-qolu bağlıdır"
Ermənistanın baş naziri Nikol Paşinyanın "postmüharibə" dövründə manevr imkanları məhduddur.
Sputnik Azərbaycan bildirir ki, bunu RİA Novosti-yə açıqlamasında MDB ölkələri İnstitutunun erməni filialının rəhbəri Aleksandr Markarov Rusiya tərəfinin təşəbbüsü ilə sabah Moskvada Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyanın iştirakı ilə keçiriləcək üçtərəfli görüşü şərh edərkən deyib.
Dünən Kreml Rusiya Prezidenti Vladimir Putinin təşəbbüsü ilə yanvarın 11-də Moskvada Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında üçtərəfli danışıqlar aparılacağı barədə məlumat yayıb. Qeyd olunub ki, danışıqlar zamanı Putin, Əliyev və Paşinyan Qarabağdakı nizamlanma prosesini və sonrakı addımları müzakirə edəcək, hərbi əməliyyatlar zamanı zərər görən rayonların əhalisinə yardım edilməsi, iqtisadi-ticari və nəqliyyat əlaqələrinin bərpa edilməsi məsələlərinə diqqət yetirəcəklər.
Məlumata görə, Putin bu gün Əliyev və Paşinyanla ayrı-ayrılıqda söhbət aparmağı da planlaşdırır.
"Müharibədən sonrakı dövrdə imzaladığı sənədin məzmununa (noyabrın 9-da - red.) görə və Ermənistan-Qarabağ-Azərbaycan sərhədlərinin noyabrın 9-dan sonra düşdüyü real vəziyyətdən sonra Paşinyanın manevr etmək imkanı kifayət qədər məhduddur", - Markarov deyib.
Onun sözlərinə görə, erməni nazir bu dar imkanlar çərçivəsində, noyabrın 9-da Qarabağ üzrə imzaladığı bəyanatın "erməni cəmiyyətinin bir hissəsində, xüsusən intelligentlər arasında və demək olar ki, bütün siyası dairələrdə - parlament və qeyri-parlament qüvvələrində doğurduğu" narazılıq fonunda fəaliyyət göstərməyə məhkumdur.
Ekspert deyir ki, bu şərtlər altında baş nazir baş verən hadisələrə görə məsuliyyəti üzərinə götürməli olacaq və bu məsuliyyət müxtəlif siyasi dairələrdə müxtəlif cür yozulur.
"Əgər Paşinyanın faktiki olaraq inhisara aldığı hakim dairə bu məsuliyyəti yaranan situasiyadan regional infrastruktur imkanlarının inkişafı baxımından minimal da olsa hansısa dividendlər əldə etmək kimi təfsir edirsə, müxalifət olanları neqativ məcrada görür, ölkənin qarşısında suverenitetin qorunması, müxtəlif təhlükəsizlik elementləri - təkcə hərbi-siyasi deyil, eləcə də iqtisadi, maliyyə, ərzaq kimi problemlərin duracağı baxımından şərh edir", - Markarov deyib.
Paylaş:
Müəllif : Yazar
Tarix:11-01-2021, 09:19
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:11-01-2021, 09:19
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 10:07
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır
Dünən, 14:57
Batan gəmini axtarırdı, ən böyük kəşfini etdi: Dünyaya yeni ümid verən ixtira Bakıda elan edildi
Dünən, 14:46
Plastik əməliyyat etdirənlər şəxsiyyət vəsiqəsini dəyişdirilməlidir? – DİN-dən RƏSMİ AÇIQLAMA
Dünən, 11:48
Bərdə rayonunda "Dayanıqlı İnkişaf üçün Bacarıqlı bizneslər" layihəsi öz icrasına davam edir.
Dünən, 11:21
“Kristal Abşeron”-un özbaşınalığına "dur" deyən olacaq? - "Deyirəm ki, söküb dağıtmaq, məhəlləni zibilxanaya çevirmək abadlıqdır? "
13-11-2024, 10:56
Qanunlara əməl olunarsa, əmək fəaliyyəti ilə məşğul olmaq istəyən və belə hüququ olan heç bir əlil işsiz qalmaz.
13-11-2024, 10:54