reklam
Regionxeberlericom.az » Siyasət » Trampın impiçmenti məsələsinə baxılmadı - Respublikaçılar Senata toplaşmaqdan imtina etdilər (Yenilənib)

reklam

Trampın impiçmenti məsələsinə baxılmadı - Respublikaçılar Senata toplaşmaqdan imtina etdilər (Yenilənib)


Respublikaçılar Partiyasının Senatdakı lideri Mitç Makkonnell Co Baydenin andiçmə mərasimindən əvvəl Donald Trampın impiçmenti məsələsini nəzərdən keçirmək üçün Konqresin yuxarı palatasının iclasını çağırmaqdan imtina edib. “Report” xəbər verir ki, bu barədə “Washington Post” yazıb.

Senat yanvarın 19-da Co Baydenin vəzifə səlahiyyətinin icrasına başlamasından bir gün əvvəl tətilə gedəcək.

Nəşr Makkonnelin nümayəndələrinə istinadən bildirib ki, o, "cümə günü və ümumiyyətlə 19 yanvara qədər" yuxarı palatanın üzvlərini yığmaqdan imtina edib. Beləliklə, demokratların planı Trampı səlahiyyətlərinin başa çatmasına qədər vəzifədən kənarlaşdırmamaqdan ibarətdir.

***

ABŞ Konqresinin Nümayəndələr Palatasında Prezident Donald Trampın impiçmenti məsələsinə baxılır.

APA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, D. Tramp üsyana təhrikdə və digər ağır cinayətlərdə günahlandırılır.

Sənəddə D. Trampın impiçmenti və onun gələcəkdə seçki yolu ilə istənilən vəzifəni tutmağa qadağa nəzərdə tutulur.

Demokratların üstünlük təşkil etdiyi Nümayəndələr Palatasında səsvermə bu gün təşkil edilə bilər. Nümayəndələr Palatasında sənədin qəbulundan sonra məsələ Senatda müzakirəyə çıxarılmalıdır. Senat isə yanvarın 19-da, Co Baydenin inauqurasiyasına qədər tətilə çıxır. Başqa sözlə, D. Trampın səlahiyyət müddətinin bitməsinə qədər impiçment prosesini tam başa çatdırmaq mümkün olmayacaq.

Eyni zamanda, ekspertlər Senatda impiçmentlə bağlı sənədin qəbulu üçün səslərin üçdə ikisini toplamağın mümkün olacağı qənaətində deyillər.


Paylaş:


Müəllif : Tarix:
13-01-2021, 23:47
Sikayət   


loading...
Загрузка...