4 saatlıq Moskva sammitinin 3 saatı erməni “əsir”-terrorçularına həsr olunub - İLGİNC
Paşinyan, Putin və Əliyevin 4 saat çəkən Moskva görüşünün 3 saatı erməni “əsir”lərinə həsr olunub.
Bunu Ermənistanın hakim fraksiyası “Mənim addımım”ın rəhbəri Lilit Makunts bəyan edib.
Xatırladaq ki, danışıqlardan sonra keçirilən mətbuat konfransında Paşinyan təəssüf hissi ilə Moskva görüşündən heç bir nəticə əldə etmədiklərini vurğulamışdı.
Paşinyan Moskva görüşünə iki gündəm maddəsi ilə getmişdi: “əsir”lərin geri qaytarılması və Dağlıq Qarabağın statusu. Erməni mənbələrinə inansaq, Paşinyanın 3 saatlıq çək-çevirinə baxmayaraq yox cavab aldığı bu məsələdə Azərbaycan prezidentinin arqumenti dəyişilməz və konkret olub: “Onlar hərbi əsir yox, terrorçudurlar, 9-10 noyabrda imzalanan Bəyanat terrorçulara şamil oluna bilməz”.
Qeyd edək ki, Azərbaycan ordusunun 9-10 Yanvar Bəyanatından sonra Hadrutun kəndlərində diri ələ keçirdiyi 62 erməni diversantı terror aktları həyata keçirmək üçün Qarabağa gəlmiş və 5 əsgərimizi həlak etmişdi. Ermənistan tərəfi həmin terrorçuları da hərbi əsir kimi göstərməyə çalışır və onların təhvil verilməsini istəyir. Azərbaycan isə terrorçuları azadlığa buraxıb həm hüquq normativlərini pozmaqda, həm də beynəlxalq və yerli ictimaiyyət qarşısında özünü çətin vəziyyətə salmaqda qətiyyən maraqlı deyil. Ölkə qanunvericiliyinə görə isə, 62 erməni terrorçusunu axır nəfəslərinə qədər Azərbaycan zindanlarında ömür çürütmək taleyi gözləyir.
Digər maddələrə cəmi 1 saat ayrılmasının səbəbi yenə İlham Əliyevin Dağlıq Qarabağın statusunun masaya yatırmaq istəməsi olub. Onun fikrincə, Dağlıq Qarabağ məsələsi 9-10 noyabr Bəyanatına əsasən həll edilib və Azərbaycanın daxili məsələsi Ermənistanla müzakirəyə çıxarıla bilməz. Dağlıq Qarabağda yaşayan ermənilərin taleyi ancaq və ancaq beynəlxalq qurumlarla müzakirə ediləcək. Odur ki, bu məsələ ümumiyyətlə gündəmə gətirilməyib.
Paylaş:
Müəllif : Yazar
Tarix:14-01-2021, 09:43
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:14-01-2021, 09:43
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 11:49
4 milyona görə həbs edilən birjaçı tanış çıxdı - Alışanovun qardaşı oğlu, Elarizin kürəkəni…
Dünən, 17:08
Səmyar Abdullayev oğlunu Harvardda oxudur: Gözdən əlillərin pulları hesabına... - Başqa nə cür ola bilər ki?..
Dünən, 17:03
Polimer Materialları İnstitutunda “VEDİBASAR İNŞAAT” MMC ilə işbirliyini belə gizlətmək istədilər
Dünən, 16:57
Barəsində üç dəfə həbs qətimkan tədbiri seçilən şəxs icra başçısı olmaq istəyir – İDDİA/VİDEO
9-01-2025, 10:30
Yardımlı rayon icra hakimiyyətinin başçısı barədə rüşvət ittihamı - "Tikinti aparmaq üçün 3500 pul istəyirlər"
9-01-2025, 09:15
Lisenziyasız kosmetoloji fəalliyyət göstərən Aygün Abdullayeva…. Nə sertifikat kimsən sən?!!!!!-Araşdırma-Fotolar
9-01-2025, 08:54