“Türkiyə PUA-ları Qarabağdakı qələbədə kritik rol oynadı” - AVİASIYA MARŞALI MÜCAHİD ƏNVƏR XAN
Pakistanın Hərbi Hava Qüvvələrinin komandanı, aviasiya marşalı (ordu generalı) Mücahid Ənər Xan Azərbaycanın Qarabağda qazandığı qələbədə Türkiyənin istehsal etiyi pilotsuz döyüş sistemlərinin kritik rol oynadığını bildirib. Virtualaz.org xəbər verir ki, marşal Ənvər Xan bu haqda Türkiyədə səfərdə olarkən “Anadolu” agentliyinə müsahibəsində danışıb.
Mücahid Ənvər Xan bundan əvvəl Azərbaycanda səfərdə olub və iki ölkə hərbi hava qüvvələri arasında əməkdaşlıq, birgə təlimlərin keçirilməsi və pilotların hazırlanması kimi mühüm mövzulara danışıqlar aparıb.
Pakistan HHQ komandanı deyib ki, Türkiyəni “İkinci evi” hesab edir. “Biz əsasən bir millət, iki dövlətik”,-o bildirib. Mücahid Ənvər Xan vurğulayıb ki, Türkiyə ilə Pakistan arasında münasibətlər misilsiz olmaqla bərabər dünyada qibtə doğurur. Və bu münasibətlər gələcək nəsillərə ötürülməlidir.
Komandan Türkiyə və Pakistanın bölgədə, xüsusən də müsəlman ölkələr üçün stabillik, sülh və rifah yaratmağa yönəlmiş ortaq viziyonunun olduğunu deyib. Mücahid Ənvər Xan əlavə edib ki, Türkiyənin Azərbaycana verdiyi dəstək də bunun açıq göstəricisidir.
“Müdafiə sahəsində Türkiyə ilə Pakistan arasında artmaqda olan iş birliyini də məmuniyyətlə qarşılayıram. Nümunəvi münasibətlər formalaşdırdıq”,-Pakistan marşalı bildirib.
Mücahid Ənvər Xan Türkiyənin hərbi sənayedə mühüm irəliləmələr əldə etdiyini də deyib. O, Türkiyənin istehsal etdiyi pilotsuz təyyarələrin Azərbaycanın Qarabağda əldə etdiyi qələbədə kritik rol oynadığını da vurğulayıb. Ənvər Xan deyib ki, Pakistanda da müdafi sənayesində önəmli nailiyyətlər əldə edilib və iki ölkə bu sahədə əməkdaşlığı dərinləşdirməlidir.
Xatırladaq ki, Azərbaycan bir neçə ildir Pakistandan JF-17 “Thunder” (Block III) qırıcılarını almaq barədə müzakirələr aparır. Bəzi məlumatlara görə tərəflər artıq anlaşma əldə ediblər və Pakistan JF-17 qırıcılarında uçmaq üçün azərbaycanlı pilotları hazırlayır.
Qarabağ müharibəsində Türkiyə ilə yanaşı Pakistan da Azərbaycana birmənalı, açıq siyasi dəstək verib. Təsadüfi deyil ki, hələ də Bakı küçələrində bu dəstəyə görə minnətdarlığın ifadəsi olaraq Türkiyə ilə birgə Pakistanın da bayraqları avtomobillərdə, evlərdə və iş yerlərində asılıb.
Virtualaz.org
Paylaş:
Müəllif : Yazar
Tarix:15-01-2021, 10:09
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:15-01-2021, 10:09
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
21-12-2024, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
21-12-2024, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
21-12-2024, 11:20
Kiyevdə rusların vurduğu "Şah Plov" restoranı deputat Ağalar Vəliyevə məxsusdur - FOTO
21-12-2024, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
21-12-2024, 11:07
İşçilərin maaşı ilə özünə “imperiya” quran dələduz şirkət rəhbəri QAÇDI - İLGİNC FAKTLAR...
20-12-2024, 21:08
Türkiyənin Suriya üçün göndərəcəyi 75 min ərzaq bağlamasının ilk partiyası yola salındı
20-12-2024, 14:01
Tiktoker Benizin zərərçəkəni hüquq-mühafizə orqanlarına müraciət etdi - 836 min manatdan çox pulunu hissə-hissə ələ keçirib
20-12-2024, 13:48
Ölkəmizə son illər iribuynuzlu heyvanlar HARADAN və NECƏ gətirilir? - “Dana monopoliyası” "kralı"na niyə DUR deyən tapılmır...?
20-12-2024, 12:09