Naxçıvan dəhlizi Ermənistana nə qazandırır? – “Türkiyə və Azərbaycanın masasındakı qırıntılar”
Azərbaycan, Rusiya və Ermənistan liderlərinin 11 yanvar 2021-ci il tarixli Moskva görüşündə yalnız kommunikasiya əlaqələrinin bərpa qərarının alınması, dolayısıyla Naxçıvan-Mehri dəhlizinin açılması cəmiyyətimizdə ciddi müzakirələrə səbəb olub. Bir çox siyasi xadimlər və ekspertlər bu xəttin açılmasının yalnız Ermənistana sərf edəcəyinə inanırlar. İddialara görə, Ermənistanla Rusiya arasında dəmir yolu xəttinin bərpası ilə Azərbaycanın 1990-cı illərdən etibarən tətbiq etdiyi blokada yarılacaq və bundan əsasən İrəvan faydalanacaq.
Bu mülahizənin əsassız olduğunu təsdiqləyən bir neçə arqument var. Əvvəla, ondan başlayaq ki, 1990-cı illərdən etibarən Ermənistana qarşı tətbiq etdiyimiz blokada həqiqətən də işə yaramışdımı?
Bəllidir ki, bir ölkənin blokadaya alınması - onun 4 tərəfdən xaricə çıxışını və girişini əngəllənməsi deməkdir. Ermənistan da elə 4 dövlətlə həmsərhəddir – Türkiyə, Azərbaycan, İran və Gürcüstan. Azərbaycanın tətbiq etdiyi bloklama siyasətinə biz və Türkiyə əməl edirdik. Ermənistanın cənub qapısı - İran yolu və şimal qapısı – Gürcüstan yolu isə açıqdı. Ermənistana gələn və gedən bütün mallar məhz bu qapılardan keçirdi.
Üstəlik, İranın Qərbə açılan ən qısa yolu da Ermənistan üzərindəndir. İrandan ixrac edilən mallar Ermənistan – Gürcüstan - Qara vasitəsilə Avropaya gedə bilir. İdxal məhsulları da eyni marşrutla İrana gətirilir. Dolayısıyla bu xəttin işləməsi Ermənistanı nəinki blokadadan çıxarırdı, hətta onu tranzit ölkəyə çevirirdi. Bu mənada Azərbaycanın Ermənistana tətbiq etmək istədiyi blokada siyasəti sadəcə niyyət olaraq mövcud idi. Reallıqda isə belə bir blokadadan söhbət gedə bilməzdi.
Azərbaycanın blokada siyasətinin təsirləri Ermənistanın iqtisadi inteqrasiyasını müəyyənləşdirmişdi. Blokada nəticəsində Ermənistan şimal və cənub qapısından asılı vəziyyətə düşdüyündən ölkənin ticari əlaqələrində Rusiyanın payı xeyli azalmış, bunun yerinə Avropa və Çinin çəkisi artmışdı. Ermənistanın rəsmi statistikasına inansaq, hazırda bu ölkənin bütün idxal və ixracatının təxminən 20% -ni Rusiya ilə ticari əlaqələr təşkil edir. Ticari əlaqələrin 65% -i isə Avropa və Çinlədir. Avropa ilə ticari əlaqələr əsasən Gürcüstanın Batumi və Poti limanları vasitəsilə həyata keçirilir. Çinlə əlaqədə isə cənub qapısının da önəmli rolu var. Ermənistan ixracatının təxminən 15% -i isə İrandan alınan malların payına düşür.
Bütün bu statistik rəqəmlər göstərir ki, Azərbaycanın Ermənistana tətbiq etdiyi blokada bu ölkədən daha çox Rusiyanın əleyhinə nəticələnmişdi. Rusiyanın Ermənistan ixracatındakı mövqeyi önəmli ölçüdə sarsılmış, Avropa ölkələri və Çin ön plana çıxmışdı. Hər tərəfdən blokadaya alınan İranın da Ermənistan idxalatındakı payı artmış və ABŞ sanksiyalarının hədəfi olan bu ölkə nəfəslik əldə etmişdi.
Rusiyanın Ermənistanla ticari əlaqələrdə digər ölkələrə uduzmasının əsas səbəbi iki ölkə arasında Gürcüstan üzərindən keçən marşrutun çətinliyidir. Gürcüstan üzərindən Rusiyaya getmək üçün Cənubi və Şimali Osetiyadan keçməlisən. Cənubi Osetiya məsələsi Gürcüstanla Rusiya arasında ciddi problemə çevrildiyi üçün etibarlı marşrut sayılmır. Üstəlik, qış aylarında bu yollar qardan-çovğundan keçilməz olur. Bu da erməni iş adamlarını daha çox başqa bazarlara yönləndirir.
Ermənistan kiçik ölkə olduğundan onunla ticari münasibətlər Rusiya üçün böyük əhəmiyyət kəsb etmir. Amma Ermənistanın iqtisadi inteqrasiyası həm də siyasi oriyentasiyasını müəyyənləşdirdiyindən Rusiya Cənubi Qafqazdakı bu son qalasını da itirmək istəmir. Moskvanın kommunikasiyaların açılmasında və Ermənistanın ipini Azərbaycanın ayağına bağlamasında əsas məqsədlərindən biri bu olsa gərək.
Ermənilər də Naxçıvan-Mehri dəhlizinin onlara hansısa fayda verəcəyindən o qədər də əmin deyillər. Gəlin, bu mövzuya bir də ermənilərin nöqteyi nəzərincə baxaq. Telegram sosial şəbəkəsinin erməni səhifələrindən olan “Togarma” yazır:
“Ermənistanın bəzi siyasətçiləri və vətəndaşları arasında nəqliyyat arteriyalarının blokdan çıxarılması ilə bağlı ortaya çıxan eyforiyaya diqqət yetirmək istərdik. Nədənsə, Türkiyə ilə sərhədin açılacağı və Ermənistanın Avropa bazarlarına və Türkiyənin özünə əlavə giriş əldə ediləcəyi ilə bağlı yanlış bir inam yaranıb. Bu doğru deyil. Bu məsələyə Türkiyə tərəfi də çox da isti baxmır.
Ankaranın sərhədlərin açılması üçün irəli sürdüyü ilkin şərtlər əvvəlki kimi qalır:
- Ermənistan ərazi iddialarından tamamilə geri çəkilməli;
- Erməni Soyqırımının beynəlxalq səviyyədə tanınması məsələsinin Ermənistanın xarici siyasət gündəmindən çıxarılmalı;
- Ermənistan Respublikası tərəfindən Türkiyənin indiki sərhədləri tanınmalı;
- Ağrı (Ararat) Dağının obrazının Ermənistanın gerbindən çıxarılmalı;
- Soyqırımı üçün kompensasiya tələbindən vaz keçilməli
Bəli, Türkiyə bəzi şərtləri rədd edə bilər, amma ipiqırıq Paşinyan hökuməti şərtlərin çoxunu qəbul etməli olacaq.
Əlbəttə ki, Türkiyə ilə ticarət sərfəli olardı (onların Ermənistan üçün kim olduqlarını unudarsaq), ancaq onsuz da Bakı-Tbilisi-Qars və İrəvan arasında yeni bir dəmir yolu xətti var və sərhədləri açmadan bu xəttdən istifadə edilə bilər (bildiyimizə görə, erməni iş adamları onsuz da aktiv şəkildə istifadə edirlər).
İndi 11 yanvar 2021-ci il tarixli razılaşmanın Ermənistan üçün nə vəd etdiyinə daha yaxından baxaq.
Rusiyanın “Kommersant” qəzetinin məlumatına görə, Azərbaycan İranla sərhəd boyunca Horadiz və s. üzərindən yeni bir dəmir yolu xətti çəkir. Ermənistan üçün bunun mənası yoxdur. Çünki artıq inşa edilmiş və Azərbaycanın sadəcə istifadəyə icazə verə biləcəyi köhnə Zaqafqaziya dəmir yolu xətti var, lakin heç bir razılaşmada bu barədə bir kəlmə də söz açılmır.
“Kommersant” qəzeti yazır ki, Gümrüdən Qarsa əvvəldən mövcud olan dəmir yolunu istifadəyə vermək əvəzinə, Ermənistana Naxçıvan yolu ilə İğdıra yeni dəmir yolundan faydalanmaq təklif olunur. Sovet hakimiyyəti illərindən (1990-cı illər nəzərdə tutulur-Ovqat.com) indiyədək Gümrüdən Qarsa birbaşa dəmir yolu xəttinin açılmasına türklər qadağa qoyub; hər şey yalnız Azərbaycan üzərindən keçməlidir. Hətta Ermənistan Türkiyənin bütün şərtləri qəbul etsə belə...
Meqri ərazisindən keçən dəhlizin açılışından sonra cənub avtomobil yolu 10 Noyabr 2020-ci il tarixli razılaşma ilə Rusiya Federasiyası FSB-nin nəzarətinə keçir və İranla dəmir yolu əlaqəsi tamamilə Azərbaycanın nəzarəti altında olacaq. Yeganə ümid qapımız Naxçıvan Muxtar Respublikasından keçəcək və Ermənistan tərəfi də dəmir yolundan istifadə üçün ona tarif ödəyəcək.
Rusiyaya yeni dəmir yolu yolu ilə (SSRİ dövründən bəri mövcud olan yoldan, yuxarıda qeyd etdiyimiz kimi, Azərbaycan tərəfi imtina edir) Azərbaycan Respublikasının bütün ərazisindən keçməyə məhkumuq və bu da bizim üçün ziyanlıdır, çünki Lars və Poti limanından keçən marşrutdan dəfələrlə uzundur, bundan əlavə dəmir yolundan istifadə tarifini də Azərbaycan təyin edir.
Nəticədə, Azərbaycan Naxçıvana və Türkiyənin mərkəzi hissəsinə ən qısa marşrutu alır, tranzit haqqı ödəmədən boru kəmərləri çəkir, lazım gələrsə avadanlıq daşıma fürsəti qazanır və cənubdakı bütün Ermənistan sərhədinə tam nəzarət edir.
Ermənistan da öz növbəsində Türkiyə və Azərbaycanın iqtisadi və nəqliyyat peykinə çevrilir və bunun müqabilində türk qonşularının tranzit masasından qırıntılar alır”.
Ovqat.com
Paylaş:
Müəllif : Yazar
Tarix:15-01-2021, 11:33
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:15-01-2021, 11:33
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
Dünən, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
Dünən, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
Dünən, 11:07
İşçilərin maaşı ilə özünə “imperiya” quran dələduz şirkət rəhbəri QAÇDI - İLGİNC FAKTLAR...
20-12-2024, 21:08
Türkiyənin Suriya üçün göndərəcəyi 75 min ərzaq bağlamasının ilk partiyası yola salındı
20-12-2024, 14:01
Tiktoker Benizin zərərçəkəni hüquq-mühafizə orqanlarına müraciət etdi - 836 min manatdan çox pulunu hissə-hissə ələ keçirib
20-12-2024, 13:48
Ölkəmizə son illər iribuynuzlu heyvanlar HARADAN və NECƏ gətirilir? - “Dana monopoliyası” "kralı"na niyə DUR deyən tapılmır...?
20-12-2024, 12:09
Dünya çempionu 2,5 milyon pul qoyduğu obyektdən çıxarılır - İşin arxasında keçmiş məmur dayanır? - FOTO
20-12-2024, 10:16