Rusiya agenlərinin yeni taktikası: Onlar cəmiyyətdə belə nüfuz qazanır
Artıq ləğv olunmuş KİVDF-nin keçmiş icraçı direktoru Vüqar Səfərlinin həbsindən sonra jurnalistlərə verilən fəxri adlar və evlərlə bağlı müzakirələr yenidən alovlanıb. Bugünkü tələblərdən biri jurnalistlərə pul qarşılığında və tanışlıqla verilən fəxri adların geri alınmasıdır.
Jurnalistlərə verilən fəxri adlarla bağlı fikirlərini KONKRET.az-a bildirən ADP sədri Sərdar Cəlaloğlu qeyd edib ki, ilk olaraq Vüqar Səfərli dövlətə vurduğu ziyanı ödəməlidir: “Eləcə də jurnalistlərə verilməli olan mənzillərin başqa şəxslərə təqdim edilməsi məsələsi araşdırılmalıdır. O mənzilər alınıb həqiqətən ehtiyacı olan jurnalistlərə verilməlidir. Layiq olmayan jurnalistlərə verilən bütün fəxri adlar geri alınmalıdır. Əsas məsələ odur ki, Azərbaycanda fəxri adların, elmi dərəcələrin verilməsində elə bir şərait yaradılmalıdır ki, bu cür hallar baş verməsin. Biz bilirik ki, elə elmlər namizədi və doktorlar var ki, bu ada layiq deyillər. Adını yaza bilməyən şəxslər bu gün elmlər namizədidir. Elə bir insanlar var ki, xalq və dövlət qarşısında heç bir xidməti olmasa da, rüşvətlə təmtəraqlı adlar alıblar. Bu da cəmiyyətdə müəyyən problemlərə səbəb olur.
Partiya sədri vurğulayıb ki, bu gün cəmiyyətin elitası dövlətin təyin etdiyi mükafatları alanlardır: “Əgər layiq olana akademik adı verilsə, biz biləcəyik ki, bu insanın Azərbaycan elminin qarşısında böyük xidmətləri var. Bu gün bu məsələlərə ciddi yanaşmaq lazımdır. O gün həbs edilən “Azərxalça” ASC-nin İdarə Heyətinin sədri Vidadi Muradovun tərcümeyi-halına baxanda dəhşətə gəlirəm. Elimər Akademiyasının akademiki, əməkdar elm xadimi, bir sözlə Azərbaycanın nə qədər görkəmli adları və titulları varsa, hamısı bu adama verilib. Bu gün də cinayətkar kimi də həbs edilib. Bir akademik necə cinayətkar kimi həbs edilə bilər. Deməli, burada bütün məsələlər yoxlanılmaldır.
Vidadi Muradovun təkcə cinayəti deyil, həm də ona bu adları kimin və hansı səbəbə görə verdiyi araşdırılmalıdır. Azərbaycanda nə qədər elmlər doktoru var. Amma nizamnamədə göstərir ki, elmlər doktoru elmdə fundamental əməyi olan şəxslərə verilməlidir. Bu gün Azərbaycanda fundamental elmi naliyyət yoxdur. O zaman sual olunur ki, ildə 30-40 elmlər doktoru hardan çıxır. Bütün bu işlər kompleks şəkildə yoxlanmalıdır. Rusiyanın müəyyən insanlarıdır ki, bu adları paylamaqla onları cəmiyyətdə hörmətli insan edirlər. Sonra da həmin insanları Azərbaycan dövlətinin və xalqının əleyhinə işlədirlər.
Düşünürəm ki, bu, həm də ciddi dövlət üçün strateji məsələlərdir. Ona görə də burada hər şeyə findamental yanaşmaq lazımdır”.
Paylaş:
Müəllif : Fuad
Tarix:16-01-2021, 12:45
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:16-01-2021, 12:45
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 08:54
TƏBİB-in (Şamaxı HMK-nın) tibbi xidmətdən imtinasına qiymət verilmir - 10 ilin ürək, şəkər, Parkinson xəstəsinə TSEK-ə göndəriş verilmir
14-11-2024, 14:57
Batan gəmini axtarırdı, ən böyük kəşfini etdi: Dünyaya yeni ümid verən ixtira Bakıda elan edildi
14-11-2024, 14:46
Plastik əməliyyat etdirənlər şəxsiyyət vəsiqəsini dəyişdirilməlidir? – DİN-dən RƏSMİ AÇIQLAMA
14-11-2024, 11:48