DEPUTALAR ƏSİB-COŞDULAR, ANCAQ… - Prezidentin siyasətinə zidd saydıqları layihəni qəbul etdilər
Xəbər verdiyimizkimi, bu gün Milli Məclisin plenar iclasında “Dövlət rüsumu haqqında” və “Təhsil haqqında” qanunlara dəyişiklik edilməsi ilə bağlı layihə müzakirəyə çıxarılıb. Deputatların bir çoxu layihənin qəbuledilməz olduğunu bildirib.
Bundan sonra çıxış edən komitə sədri Ziyad Səmədzadə “Dövlət rüsumu haqqında” və “Təhsil haqqında” qanunlara dəyişiklik edilməsi ilə bağlı layihəyə etiraz edən həmkarlarını sakitliyə çağırıb.
O bildirib ki, bu qanun layihəsi birinci oxunuşdadır: “Mən sizə komitə sədri kimi məlumat vermək istəyirəm ki, biz bununla bağlı ətraflı müzakirə aparacağıq. Dövlət müəssisələri bu rüsumdan azaddır. Özəl müəssisələrdə də sahibkar iş görür. Biz ikinci oxunuşda kompleks təhlil aparacağıq və sizə məlumat verəcəyik”.
Z.Səmədzadə deputatları layihəyə səs verməyə çağırıb: “Bu qanun layihəsinə müsbət münasibət bildirməliyik. Çünki birinci oxunuşdur”.
Musavat.com-un məlumatına görə, komitə sədri İsa Həbibbəyli, deputat Eldar Quliyev də eyni təşəbbüslə çıxış edib.
Bundan sonra qanun layihəsi səsə qoyulub.
86 lehinə, 4-ü əleyhinə olmaqla qanun layihəsi ilk oxunuşda qəbul edildi. Bir nəfərsə səs vermədi.
“AzPolitika.info” qeyd edir ki, “Dövlət rüsumu haqqında” və “Təhsil haqqında” qanunlara dəyişiklik edilməsi ilə bağlı layihədə rüsumların kəskin şəkildə artırılması deputatların etirazına səbəb olmuşdu. Qanun layihəsində göstərilir ki, uşaq bağçaları, təhsil müəssisələrinin yaradılmasına görə 15-20 min manat məbləğində rüsum ödəməlidirlər.
Müzairə zamanı deputatlar bu layihəni hazırlayanların prezidentin siyasətinə əks getdiklərini bildirmişdilər.
Deputat Qüdrət Həsənquliyev məktəbəqədər təhsil müəssisələrinin açılmasına görə böyük miqdarda rüsum tələb olunmasını doğru saymamışdı. Demişdi ki, əslində belə müəssisələr açmaq istəyən şəxslərə güzəştlər tətbiq edilməlidir.
Deputat Fərəc Quliyev demişdi ki, Azərbaycanda rus dilində təhsil alanların faizi 5 faizə çatıb: “Çox təəssüflər olsun ki, Türkiyə filmini yayanda tərcümə edirlər, amma rus dilində televiziyalarda filmlər, verilişlər verəndə tərcümə edilmir”.
Deputat Asim Mollazadə də rüsumların yüksək olmasını doğru saymamışdı: “Dövlət rüsumlarının artırılması dövlət başçısının apardığı siyasətə ziddir və sahibkarlıq fəaliyyətinə zərbədir. Eyni zamanda bu, təhsilin keyfiyyətinə və inkişafına zərbədir! Bu, həm də bununla təhsil sistemində olan qüsurları ört-basdır edirik. Bu gün dövlət büdcəsində hərbi sahədən sonra ən çox vəsait təhsilə ayrılır. Ancaq belə görünür ki, vəsait ünvanına çatmır. Mən bu təkliflərin əleyhinə çıxış edəcəyəm və çox xahiş edirəm ki, biz bu rüsumların qarşısını alaq!”
Deputat Musa Quliyev də həmkarlarının fikirlərini müdafiə etmişdi: “Təklif edirəm ki, bu məsələ gündəlikdən çıxarılsın və geri qaytarılsın. Nəyə görə cənab prezidentin siyasətinə zidd olaraq rüsumlar artırılır? Bu 15-20 min rüsum sahibkardan alınmayacaq, övladını orada oxutmaq istəyən vətəndaşdan alınacaq. Bu layihəni hazırlayanlar niyə Azərbaycan prezidentinin siyasətinə zidd gedirlər, bunu da ayrıca araşdırmaq lazımdır. Prezident təkcə bu il vətəndaşların sosial vəziyyətin yaxşılaşdırılması ilə əlaqədar 20-yə yaxın fərman və sərəncam verib. Gəlin biz də prezidentin siyasətini əməlimizlə dəstəkləyək. Yoxsa sözlə “sinəmizi qabağa vermişik-filan” deməyə ehtiyac yoxdur”.
Deputat Qənirə Paşayeva da rüsumların artırılması ilə bağlı müddəanın layihədən çıxarılmasını təklif etdi: “Mən kənd rayonunu təmsil edirəm. Bağçalar çatışmır. Ondan-bundan xahiş edirik ki, xeyriyyəçilik fəaliyyəti göstərsinlər. Heç rüsumlar olmadan bölgələrdə bağçaların açılmasını görmürük. Bu rüsumlardan sonra kim gedib bağçalar açacaq? Bu, rentabelli olmayacaq”.
Deputat Məlahət İbrahimqızı da həmkarlarının fikirlərini müdafiə etmişdi: “Bu layihə davlətimizin, prezidentimizin apardığı siyasətə tamamilə ziddir. Bu gün prezidentimizin fərmanı ilə sahibkarlara güzəşt edilir. Belə olan təqdirdə belə bir qanun layihəsinin Məclisə gəlməsi şübhəlidir. Mən bu layihənin əleyhinə çıxış edəcəyəm”.
Göründüyü kimi, müzakirələr zamanı ən azı 6 deputat bu qanun layihəsinin qəbuledilməz olduğunu, prezidentin siyasətiinə uyğun gəlmədiyini bildirərək, təklifin əleyhinə səs verəcəklrini bəyan ediblər. Ancaq yekun səsvermədə cəmi 4 nəfər qanun layihəsini əlehinə səs verib…
Qalanları, hətta layihənin əleyhinə olanlar belə Ziyad Səmədzadənin “biz qanun layihəsinə müsbət (burada yalnız və yalnız sözünü deməyi unudub yəqin -red.) münasibət bildirməliyik” fikri ilə hərəkət ediblər.
Yəni, əksəriyyət bir daha müstəqil mövqelərinin olmadığnı nümayiş edirib. Belə parlament və deputatlardan nə isə gözləməyə dəyərmi?
Paylaş:
Müəllif : Redaktor
Tarix:17-05-2019, 16:19
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Redaktor
Tarix:17-05-2019, 16:19
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
21-12-2024, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
21-12-2024, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
21-12-2024, 11:20
Kiyevdə rusların vurduğu "Şah Plov" restoranı deputat Ağalar Vəliyevə məxsusdur - FOTO
21-12-2024, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
21-12-2024, 11:07