BAYDENİN AZƏRBAYCANLA BAĞLI SİYASƏTİ NECƏ OLACAQ? - Politoloq önəmli məqamları açıqladı
ABŞ-da Cozef Bayden prezident səlahiyyətlərinin icrasına başlayır. O, keçmiş prezident Donald Trampdan fərqli siyasət yürüdəcəyini bəyan edib. Baydenin xarici siyasəti necə olacaq?
Politoloq Elxan Şahinoğlu bir neçə istiqamətdə mühüm dəyişiklik olacağını gözləyir.
"Birincisi, Bayden Trampdan fərqli olaraq İranla nüvə anlaşmasına yenidən qayıtmaq istəyir. Bu baş verərsə, bölgədə gərginlik və müharibə ehtimalı azalacaq. ABŞ-la İran arasında gərginliyin azalması Azərbaycanın da maraqlarına uyğundur. Çünki Bakı Vaşinqtonla Tehran arasında seçim etmək istəmir. Azərbaycan həm İran, həm də ABŞ-la əməkdaşlığını davam etdirmək istəyir.
İkincisi, Bayden Trampdan fərqli olaraq NATO ilə əlaqələrə əhəmiyyət verəcək. Donald Tramp digər NATO ölkələrini ittiham edirdi. O deyirdi ki, üzv ölkələr NATO-ya Amerika qədər maliyyə ayırmalıdırlar.
Məsələn, Tramp deyirdi ki, nəyə görə Amerika Almaniyanı Rusiyadan qorumalıdır. Almaniya Rusiyadan qaz alır. Bayden Avropadakı tərəfdaşlarıyla yenidən normal münasibətləri bərpa etməyə çalışacaq.
Üçüncüsü, Bayden Trampdan fərqli olaraq miqrasiya siyasətini yumşaltmaq istəyir. Donald Tramp Amerikanın qapılarını miqrantlara bağlamışdı. Bayden isə qapıları miqrantlara açmaq istəyir. Bundan da milyonlarla insan istifadə etmək istəyir. Ancaq milyonlarla insan Amerikaya daxil olarsa, bu Vaşinqtona siyasi və iqtisadi problemlər yaradacaq".
Bəs Baydenin Cənubi Qafqaz və Azərbaycan siyasəti necə olacaq?
Politoloq xatırladır ki, Bayden konqresmen olarkən erməni lobbisi ilə sıx münasibətləri var idi. O, Konqresdə Azərbaycan əleyhinə qərarlar qəbul edib.
"Bayden Dağlıq Qarabağdakı erməni separatçılarına birbaşa maliyyə dəstəyinin tərəfdarı olub. Halbuki Amerikadan başqa dünyanın heç bir digər parlamenti Dağlıq Qarabağın erməni separatçılarına maliyyə yardımı ayırmayıb.
Bayden, administrasiyasına erməni mənşəli iki Amerika vətəndaşını təyin edib. Bu təyinatlar Ermənistanda sevinclə qarşılanıb.
Müharibədə məğlub olan Ermənistanın Baydenə ümidləri var. Bu ümidlər müharibə günlərində də var idi. Ancaq ABŞ yalnız Ağ Evdən ibarət deyil. Amerikanın idarə edilməsində Ağ Ev və Konqreslə yanaşı Pentaqon və Dövlət Departamenti də xüsusi rol oynayır. Bu iki qurum isə Amerikanın milli və təhlükəsizlik maraqlarını əsas tutur. Amerikanın milli və təhlükəsizlik maraqları isə Cənubi Qafqazın əsas dövləti olan Azərbaycanla əməkdaşlığı diqtə edir. Amerika üçün dünyəvi müsəlman ölkəsi olan Azərbaycanla əməkdaşlıq faydalıdır", - Şahinoğlu vurğulayıb.
Politoloq Azərbaycanın bu ildən başlayaraq öz qazını Avropaya nəql etməyə başladığını xatırladıb: "Amerika Avropa ölkələrinin qaz asılılığını azaltmasını istəyir. Bu asılılığın azalmasında Azərbaycan rol oynayacaq. Bu isə Amerikanın maraqlarına uyğundur. Digər tərəfdən, müsəlman ölkəsi olan Azərbaycanın İsraillə siyasi və hərbi əlaqələri də Vaşinqton üçün faydalıdır.
Baydenin ermənilərə simpatiyası olsa da, Ermənistanın Rusiyadan asılı olduğunu diqqətə almaya bilməz. Rusiya hərbçiləri Dağlıq Qarabağda yerləşib və separatçılarla əlbir hərəkət edir. Bayden ermənipərəst olsa da, Rusiyanın ən sərt tənqidçilərindəndir. Deməli, Bayden ABŞ prezidenti olaraq Rusiyadan asılı olan Ermənistana açıq-aşkar dəstək verməyəcək. Vaşinqtonun Bakı ilə münasibətləri əvvəlki kimi Dövlət Departamentinin və Pentaqonun kurasiyasında olacaq. Bu Azərbaycan üçün məqbuldur".
Paylaş:
Müəllif : Fuad
Tarix:20-01-2021, 19:40
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:20-01-2021, 19:40
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
Dünən, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
Dünən, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
Dünən, 11:07
İşçilərin maaşı ilə özünə “imperiya” quran dələduz şirkət rəhbəri QAÇDI - İLGİNC FAKTLAR...
20-12-2024, 21:08
Türkiyənin Suriya üçün göndərəcəyi 75 min ərzaq bağlamasının ilk partiyası yola salındı
20-12-2024, 14:01
Tiktoker Benizin zərərçəkəni hüquq-mühafizə orqanlarına müraciət etdi - 836 min manatdan çox pulunu hissə-hissə ələ keçirib
20-12-2024, 13:48
Ölkəmizə son illər iribuynuzlu heyvanlar HARADAN və NECƏ gətirilir? - “Dana monopoliyası” "kralı"na niyə DUR deyən tapılmır...?
20-12-2024, 12:09
Dünya çempionu 2,5 milyon pul qoyduğu obyektdən çıxarılır - İşin arxasında keçmiş məmur dayanır? - FOTO
20-12-2024, 10:16
Zaqatala sakinlərinin problemi nə vaxt HƏLL olunacaq? - Yararsız yollar, işləməyən avtobuslar...
19-12-2024, 14:24