“Ordunu çıxart, talanı dayandır” – Dəməşqin Baydendən gözləntisi
Suriya Co Baydenə özünün ilk ismarışını göndərib və Amerika Birləşmiş Ştatlarının (ABŞ) yeni prezidentini ordusunu ölkədən çıxarmağa və Suriyanın neft ehtiyatlarından qanunsuz istifadə cəhdlərindən imtina etməyə çağırıb. Bu barədə yanarın 21-də ABŞ-ın «Newsweek» jurnalı yazır.
Suriyanın Birləşmiş Millətlər Təşkilatındakı (BMT) daimi nümayəndəsi Bəşər əl-Cəfəri ABŞ-ın Suriyadakı fəaliyyətinə BMT TŞ-nın ötən çərşənbə günündə keçirilmiş virtual iclasında «gülüb». Nəşr qeyd edir ki, Bayden Vaşinqtonda and içən zaman əl-Cəfəri Vaşinqtonu Suriyadakı xarici siyasətini təcili olaraq dəyişdirməyə çağırıb.
«Amerikanın işğalçı qüvvələri Suriyanın neft, qaz və kənd təsərrüfatı məhsullarından ibarət sərvətlərinin talanını davam etdirir və oğurlaya bilmədiklərini isə yandırır» - Suriyalı diplomat bildirib.
«ABŞ-ın yeni administrasiyası təcavüz və işğal aktlarını dayandırmalı, mənim ölkəmdən öz işğalçı qüvvələrini çıxartmalı, separatçı üsyançıları, qanunsuz birləşmələri dəstəkləməyi və Suriyanın suverenliyini və ərazi bütövlüyünü təhdid etmək cəhdlərini dayandırmalıdır» - diplomat əlavə edib.
Paylaş:
Müəllif : Fuad
Tarix:22-01-2021, 00:18
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:22-01-2021, 00:18
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 08:54
TƏBİB-in (Şamaxı HMK-nın) tibbi xidmətdən imtinasına qiymət verilmir - 10 ilin ürək, şəkər, Parkinson xəstəsinə TSEK-ə göndəriş verilmir
14-11-2024, 14:57