Harada görsənib ki, 50 minlik bir etnik qrupa xüsusi status verilsin? - ETİRAZ
Müharibədən sonra Qarabağda yaranmış vəziyyət haqqında ABŞ, Rusiya, Fransa başda olmaqla bir çox ölkələrin siyasətçiləri, analitikləri dəyərləndirmələr aparır, təhlilər edir, bölgədə baş verəcək siyasi gedişlər haqqında proqnozlar verirlər. Bu yazıların fərqli ölkələrin müstəqil və öz hakimiyyətlərinin maraqlarına oynayan politoloqlar tərəfindən yazılmasına baxmayaraq, onların təhlillərində və gəldikləri nəticələrdə ümumi xətlər çoxdur. Əksər politoloqlar Azərbaycanın 44 gün ərzində böyük üstünlüklər əldə etdiyini, Ermənistanın məğlub olduğunu, Türkiyənin Azərbaycana siyasi-hərbi dəstək verdiyini qeyd edir, amma Rusiya sülhməramlıların Qarabağa daxil olmasından sonra perspektiv proseslərin qələbə çalmış dövlətin istəyi əsasında inkişaf edəcəyinə şübhə ilə yanaşır, əksinə, beynəlxalq aləmin təzyiqi ilə Qarabağın erməni icmasına müstəqilliyə bərabər status veriləcəyinin mümkünlüyünü istisna etmirlər.
Bəzi mövqelərə nəzər salaq:
-Amerikanın “The National İnterest” nəşri indiki situasiyanı şərh edərək belə hesab edir ki, “uzunmüddətli perspektivdə Bakı hərbi qələbəsinin əvəzini ödəyəcək” və “ermənilərin tam məğlubiyyətindən danışmaq hələ tezdir”. Nəşr vurğulayır: ”Cənubi Qafqazda kəskin geoplitik hərəkətlər baş verməsə Dağlıq Qarabağ Azərbaycanın yurisdiksiyası sərhədləri daxilində muxtar erməni anklavı olaraq qalacaq. Rusiya sülhməramlıları isə oların təhlükəsizliyi ini təmin edəcək”. Deməli, Qərb status məsləsində təzyiq göstərə bilər, Rusiya isə bu statusun təhlükəsizliyinə qarant olur. Burda diqqətediləsi məqamlar var: “uzunmüddətli perspektiv” və “Cənubi Qafqazda kəskin geoplitik hərəkətlər baş verməsə...”. Yəni, biz vaxt itirə bilmərik, problemimizin həllinin elə fundamental əsaslarını qoymalıyıq ki, sonra baş verə biləcək qlobal proseslər bizim suverenliyimizə xələl gətirə bilməsin. Bu fundamental işlərin başında Dağlıq Qarabağa azərbaycanlı köçkünlərin tezliklə yerləşdirilməsi gəlir.
Rusiyalı poltoloq yazır: “Təsadüfi deyil ki, bir çox amerikalı və avropalı mütəxəssislər "uzunmüddətli perspektivdə Bakıya qələbə İrəvanın məğlubiyyətindən daha baha başa gələ bilər" –deyə iddia edir. Məsələn, Azərbaycana təklif edilə bilər ki, Dağlıq Qarabağı birdəfəlik nəzarəti altına almaq istəyirsə Türkiyədən qopmalısan. ATƏT-in Minsk Qrupu həmsədrləri olan ABŞ və Fransa siyasətində də müəyyən dəqiqləşdirmələr gözlənilir. Lavrov da “statusa qayıtmalıyıq”- deyir. "Əsas odur ki, bundan sonra Ermənistanla Azərbaycan arasında bölgədə bərpa etməli olduğumuz yaxşı qonşuluq zəminində konkret, sakit hüquqi müzakirələr olacaqdır."
Rusiya siyasi şərhçilərinin əksəriyyətinin Türkiyənin Cənubi Qafqaza təsirinin artmasına xüsusi qısqanclıqla yanaşması gizli məslə deyil və bu gün Türkiyənin iştirakının monitorinq mərkəzi ilə məhdudlaşdırılması da, bu qısqanclığın dövlət siyasəti səviyyəsində aparıldığının təzahürü kimi qiymətləndirilməlidir. Onu da qeyd edək ki, bəzi Rusiya politoloqları Qarabağ ermənilərinə hətta “özünümüdafiə qüvvələri saxlamaq” hüququnun da verilməsini məqsədəuyğun bilir. Bu gün “ Artsaxın müdafiə ordusu” adı altında Ermənistan silahlı qüvvələrinin Qarabağda hələ də qalması perspektiv planın tərkib hissəsi ola bilərmi?
Ermənistanın indiki xarici işlər naziri Ayvazyan bu günlərdə ATƏT Minsk Qrupu həmsədr ölkələrin-Rusiyanın, ABŞ-ın, Fransanın İrəvandakı səfirlərini qəbul edib. Görüşdə Ayvazyan “Qarabağ probleminin əsas nizamlama prinsiplərini vurğulayıb və bu konteksdə Artsax xalqının öz müqəddaratını təyin etmə hüquqnu və təhlükəsizliyini” önə çəkib. Gördüyünüz kimi, hərb meydanında məğlub olmasına baxmayaraq, düşmən də 30 illik mövqeyindən geri çəkilməyib.
Harada görsənib ki, 50 minlik bir etnik qrupa xüsusi status verilsin? Azərbaycanda ermənilərin sayından çox olan və kompakt yaşayan etnik millətlər var, hamıya statusmu verilməlidir? Status birdir: Azərbaycan Respublikasının vətəndaşı!
Bütün bu şərhlərə, mövqelərə fikir verməyib deyə bilərik ki, 27 illik işğal zamanında da belə yazılar, proqnozlar çox olub, ən əsası BMT başda olmaqla ATƏT Minsk Qrupunun həmsədr ölkələri Ermənistanın tez-tez təkrar etdiyi” Qarabağ probleminin hərbi həlli yoxdur” kimi tezisi təkrarlayıblar. Amma, məhz Azərbaycan Ordusunun gücü ilə işğal altında olan ərazilərin çox böyük hissəsi azad edildi. Bunlar öz yerində. Amma, indiki situasiya bir xeyli fərqlidir. Düzdür, bu siyasi şərhlərdə subyektiv çalarlar da var və politoloqlar, şərhçilər çox vaxt öz ölkələrinin ( xüsusilə Rusiya politoloqları) Cənubi Qafqazda maraqlarını, bəziləri Türkiyəyə olan antipatiyasını, bir qismi də ermənipərəstliyini büruzə verirlər, amma onu da qeyd edək ki, bu mövqelər yalnız yazarların yox, həm də mənsub olduqları ölkələrin siyasi kurslarına çox yaxındır.
Sabah Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasına mane ola biləcək hər hansı siyasi mövqeyə qarşı hərbi gücün tətbiqi üçüncü qüvvənin iştirakı səbəbindən bölgədə böyük gərginlik yarada bilər. Ona görə də qeyd etdiyimiz yazıların ana xətti olan perspektiv status məsələsi haqqında mövqelərə, dəyərləndirmələrə həssas yanaşıb, təhlükənin qarşısını vaxtında alıb tamam zərərsizləşdirmək əsas fəaliyyət istiqamətimiz olmalıdır.
Bu gedişlə Rusiya sülhməramlıları və sabah ortaya çıxacaq Minsk Qrupu Qarabağ bölgəsində indiki status-kvonu yaxın bir neçə il də saxlamağa çalışacaqlar. Biz bu siyasəti pozmaq üçün çox iş görməliyik.
İlham İsmayıl //moderator.az//
Paylaş:
Müəllif : Yazar
Tarix:22-01-2021, 10:03
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:22-01-2021, 10:03
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 08:54
TƏBİB-in (Şamaxı HMK-nın) tibbi xidmətdən imtinasına qiymət verilmir - 10 ilin ürək, şəkər, Parkinson xəstəsinə TSEK-ə göndəriş verilmir
14-11-2024, 14:57