Şuşa niyə erməni şəhəri ola bilmədi - Paşinyanı töhmət altında qoyan həqiqətlər
Yanvarın 21-də Ermənistan hökumətinin parlamentdə keçirilən iclasında baş nazir Nikol Paşinyanın Şuşa haqqında fikirləri Ermənistan ictimaiyyətində böyük narazılıqlara səbəb olub. Belə ki, Paşinyan “Firavan Ermənistan” fraksiyasının üzvü Naira Zöhrabyanın sualına cavab olaraq bildirib ki, münaqişədən əvvəl Şuşa sakinlərinin 90 faizindən çoxu azərbaycanlılar olub. Baş nazir parlament üzvlərinə ritorik sualla müraciət edərək bildirib ki, “əhalisinin əksəriyyəti azərbaycanlı olan Şuşa şəhəri həmin statusla erməni şəhəri ola bilərmi?!” Paşinyanın sözlərinə reaksiya verən erməni tarixçiləri və politoloqları bu fikirləri Şuşa məğlubiyyətini unutdurmaq cəhdi kimi qəbul edirlər. Azərbaycan ordusunun Şuşanı azad etməsindən bir müddət sonra Paşinyan Şuşanı bədbəxt və boz şəhər adlandırmışdı.
Şuşa azərbaycanlılar üçün tarixi yüksəlişin istinadgahlarından biridir. O, mədəniyyətimizin beşiyi olmaqla yanaşı, tariximizi yaradanlara yurd olub. Erməni baş nazirin Şuşaya biganə münasibəti də şəhərə olan yadlığından qaynaqlanırdı.
Paşinyandan fərqli olaraq Azərbaycan dövlətinin Şuşaya münasibəti tamam fərqlidir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 5-də Anar Kərimovu mədəniyyət naziri təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən Şuşa şəhərini Azərbaycan mədəniyyətinin paytaxtı elan edib. Prezident bildirib ki, Şuşa şəhəri nəinki Azərbaycanın, bölgənin mədəni paytaxtı sayıla bilər.
Azərbaycan Şuşada və ümumilikdə azad edilmiş bütün torpaqlarda quruculuq işləri ilə bağlı planları həyata keçirdiyi bir zamanda Ermənistan cəmiyyəti ikinci Qarabağ müharibəsindəki ağır məğlubiyyət üçün günah keçisi axtarışındadır. Belə həssas məqamda Ermənistan hökumət rəhbərinin illərdir Azərbaycanın dediklərini təsdiq edən fikirlər səsləndirməsi ona müxalif olan şovinist tarixçiləri və siyasi rəqiblərini hiddətləndirməyə bilməzdi. Maraqlısı budur ki, Şuşa ilə bağlı erməni tarixçilərin müraciət etdikləri bütün mənbələr bu şəhərin tarixinin azərbaycanlılarla bağlı olduğunu ortaya qoyur. Azərbaycan torpaqlarının işğal altında olduğu otuz ilə yaxın müddət ərzində ermənilər bu ərazilərdəki qədim Albaniya dövlətinə məxsus tarixi memarlıq abidələrini Qarabağa olan iddialarının isbatı üçün hədəf seçiblər. Qarabağın işğalda qaldığı illər ərzində tarixi memarlıq abidələrinin əksəriyyəti ermənilər tərəfindən ya dağıdılıb, ya da restavrasiya adı ilə üzərindəki alban dilində yazılmış sözlər dəyişdirilərək qədim erməni irsi kimi təqdim edilib.
Erməni tarixçilərinin Şuşada, ümumən Qarabağda yerləşən bütün türk, islam, alban mədəni irsini qədim erməni tarixinin bir parçası hesab etməsinə Qafqaz Tarixi Mərkəzinin direktoru Rizvan Hüseynov da münasibət bildirib. Tarixçi deyib ki, Şuşanı qalaya, şəhərə çevirən Azərbaycan xalqının əcdadlarıdır:
“Tarixin bütün dövrlərində bu şəhərdə əhalinin əksəriyyətini Azərbaycan türkləri təşkil edib. Bu məsələyə tarixi nöqtədən yanaşdıqda görürük ki, Qarabağ xanlığı Rusiya imperiyasının tərkibinə qatılarkən bağlanan Kürəkçay müqaviləsində ermənilərlə bağlı hər hansı müddəa yoxdur. Ermənilər isə Sovet hakimiyyəti qurulduqdan sonra Şuşanın ətrafında məskunlaşmağa başlayıblar. Onların Şuşadakı xristian abidələrinə olan iddiaları tamam əsassızdır. Ermənilər Şuşada yerləşən qədim alban irsinə aid kilsəni və iki rus pravoslav kilsəsini sonradan dəyişərək erməni kilsəsinə çevirmişdilər. Ancaq fakt faktlığında qalır ki, bu şəhərin ermənilərlə tarixi bağlılığı yoxdur”.
Bu gün azad edilmiş Şuşada Azərbaycan bayrağı dalğalanır. Bu həmin “bədbəxt” Şuşadır ki, Paşinyan bir vaxtlar orada yallı gedib, milyonlarla azərbaycanlının sülhə olan ümidlərini dəfn etmişdi. İndi isə hər şey tamam fərqlidir. Azərbaycan Prezidentinin Şuşanın azad edilməsi xəbərini xalqa elan edərkən dediyi “əziz Şuşa, biz səni dirçəldəcəyik” fikirləri reallaşdırılır, Füzuli-Şuşa avtomobil yolunun tikintisi sürətlə davam etdirilir. Eyni zamanda Mədəniyyət Nazirliyi Prezident İlham Əliyevin Şuşada bu il “Xarı-bülbül” festivalı və Vaqif poeziya günlərinin keçirilməsi tapşırığı ilə bağlı işlərə başlayıb. Bütün görülən işlərə hərəkətverici qüvvə isə azərbaycanlıların Şuşaya duyduqları maddi və mənəvi varislik hissidir.
Paylaş:
Müəllif : Yazar
Tarix:26-01-2021, 10:00
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:26-01-2021, 10:00
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 12:40
Şəhid anasının gözünün yaşına məhəl qoymayan icra başçısı, rayonun digər ərazilərində "Bazar açıb" - VİDEO
Bu gün, 12:38
“Bilsəydim ki, bu ölkədə yekun qərarı Ali Məhkəmə deyil, Əmlak Komitəsi verir, məhkəməyə üz tutmazdım” – ŞOK MÜRACİƏT
27-12-2024, 11:23
Təkcə müəllimlərdən yığılan 32 milyon manat: Həmkarlar İttifaqı bu pulu hara xərcləyir?
27-12-2024, 09:39