reklam
Regionxeberlericom.az » Siyasət » Lavrov və Zərif Qarabağdakı vəziyyəti müzakirə edəcəklər

reklam

Lavrov və Zərif Qarabağdakı vəziyyəti müzakirə edəcəklər

Bu gün Rusiyanın xarici işlər naziri Sergey Lavrov iranlı həmkarı Məhəmməd Cavad Zərif ilə görüşəcək.

“Report” TASS-a istinadən xəbər verir ki, nazirlərin Dağlıq Qarabağdakı vəziyyətin həllinə dair müzakirələr aparacağı bildirilir. Bununla yanaşı, gündəlikdə İranın nüvə proqramına dair məsələlər, həmçinin Suriyadakı böhran mövzuları da yer alıb.

Qeyd olunub ki, Rusiya və İran XİN başçıları arasında son görüş dörd ay əvvəl, ötən ilin sentyabrında Rusiyanın paytaxtı Moskvada baş tutub.

Qeyd edək ki, Məhəmməd Cavad Zərif Moskvaya Bakıdan yola düşəcək.


Paylaş:


Müəllif : Tarix:
26-01-2021, 10:17
Sikayət   


loading...
Загрузка...