Rusiyanın dəyişməyən Qarabağ siyasəti - Bəs Azərbaycanın xarici siyasəti dəyişəcəkmi?
Xankəndinə “arzuolunmaz qonaq” bu dəfə Ermənistandan deyil, Rusiyadan gəldi. Dövlət Dumasının hakim “Vahid Rusiya” partiyasından olan üzvü Vitaliy Milonov Azərbacanın icazəsi olmadan sülhməramlıların nəzarət zonasına ayaq basdı, erməni separatçıların rəhbərləri ilə görüşdü, Azərbaycanın əleyhinə danışdı və media üçün nümayişkəranə pozlar verdi. Bu həmin Milonovdur ki, ötən il də Qarabağa gəlib, oradan ünvanımıza hədyanlar söyləmişdi. Onun dəyişməyən ritorikası əslində təmsil etdiyi ölkənin bölgədə apardığını siyasətinin göstəricisidir…
Bu səfərin gerçəkləşdirilməsinə Azərbaycan Xarici İşlər Nazirliyi sərt tonda etiraz bəyanatı yayıb. Sənddə bildirilir ki, Rusiya V.Milonovun Azərbaycan əleyhinə atdığı növbəti təxribatçı addımı Azərbaycan və Rusiya arasında mövcud olan yüksək səviyyəli münasibətlərə tamamilə ziddir.
“Dövlət Dumasının üzvünün belə bir məsuliyyətsiz və Rusiya Federasiyasının rəsmi mövqeyinə uyğun gəlməyən davranışı ölkələrimiz arasında münasibətlərə kölgə salmaq cəhdidir. Onun bu çıxışı, Rusiya da daxil olmaqla, bölgə ölkələrinin uzun illərdir davam edən düşmənçiliyə son qoyulması və xalqlar arasında sülh, əmin-amanlıq və əməkdaşlığın təmin olunması istiqamətində atdıqları addımlara xələl gətirir. Azərbaycan və Rusiya arasında strateji tərəfdaşlıq münasibətləri hər iki ölkə prezidentinin sıx təmasları ilə intensiv şəkildə inkişaf etməkdədir. Dövlət Dumasının üzvü statusundan istifadə edərək, bu münasibətlərə xələl gətirmək cəhdləri qəbuledilməzdir və uğursuzluğa düçardır”-deyə bəyanatda qeyd olunur.
Məlumdur ki, rəsmi Bakı ən yüksək səviyyədə Azərbaycanın razılığı olmadan Dağlıq Qarabağa səfərlərə imkan verilməyəcəyini bəyan edib. Prezident İlham Əliyev bildirib ki, Ermənistan rəhbərliyi bu cür-gediş gəlişə son verməlidir, əks təqdirdə, Bakı sərt tədbirlərə əl atacaq. Bu məsələ elə prezident və XİN səviyyəsində adıçəkilən bölgədə situasiyaya nəzarət edən Rusiya rəhbərliyi qarşısında qaldırılmışdı. Amma Moskva Bakının ümid etdiyi və gözlədiyi cavabı vermədi. Xarici işlər naziri Sergey Lavrov bildirdi ki, Qarabağa səfərlər 10 noyabr bəyanatı ilə tənzimlənir(?) Əlbəttə, razılaşmada belə bir bənd yoxdur, rusiyalı nazir Laçın dəhlizindən istifadə olunması ilə bağlı anlaşmanı Ermənistan rəhbərliyinin Xankəndinə baş çəkməsinə də aid edir. Azərbaycanın etirazlarını isə nümayişkəranə şəkildə nəzərə almır. Vitaliy Milonovun Xankəndinə göndərilməsi bu niyyətin ifadəsidir, eyni zamanda rəsmi Moskvanın Dağlıq Qarabağla bağlı siyasətini özündə əks etdirir. Qısaca olaraq yazaq ki, bu siyasət bölgənin faktiki Rusiyanın qanunları və nəzarəti altında idarə olunmasından ibarətdir. Azərbaycanın bu ərazisində, Ermənistanla dövlət sərhədləri məsələsi də daxil olmaqla, bütün məsələlərdə söz sahibi Kremldir. Təsadüfi deyil ki, Milonovun səfərindən sonra separatçı Araik Arutunyan Dağlıq Qarabağın Azərbaycanın tərkibində muxtariyyətinin mümkün olmadığını dilə gətirir.
Əlbəttə, ölkənin suverenliyini təhdid edən bu siyasət Azərbaycan üçün qəbuledilməzidr. Rusiya prezidentinin də ifadə etdiyi kimi, Dağlıq Qarabağ Azərbaycan ərazisidir, orada ölkənin Konstitusiyası, qanunları işləməli və dövlət təsisatları fəaliyyət göstərməlidir. 10 noyabr razılaşmasına uyğun olaraq, erməni silahlı birləşmələri ərazidən çıxarılmalıdır, Azərbaycan üçün vacib olan kommunikasiyalar açılmalı, azərbaycanlıların köçürülməsi üçün hazırlıqlara start verilməlidir.
Belə görünür, bundan sonra bizim Rusiyanın bölgədəki fəaliyyəti ilə bağlı çox mübahisələrimiz olacaq. Azərbaycan bu cür fəaliyyətə qarşı daha kəsərli bəyanatlar verməsə, Dağlıq Qarabağda əvvəlki status-kvonun bərpasına yeni cəhdlərin şahidi olacağıq.
Azərbaycan XİN-in bəyanatında diqqətçəkən bir cümlə də yer alıb: “Məlum olduğu kimi, Dövlət Dumasının üzvü Vitaliy Milonov Azərbaycan Respublikasının müvafiq qanunvericiliyini pozaraq, ölkəmizin işğaldan azad olunmuş ərazisinə qeyri-qanuni səfər etdiyi üçün onun adı Azərbaycana girişi qadağan olunan xarici vətəndaşlar siyahısına əlavə edilib”.
XİN sülməramlıların məsuliyyət zonası haqqında “Azərbaycanın işğaldan azad olunmuş ərazisi” ifadəsi işlədib. Rəsmi Bakı Dağlıq Qarabağ münaqişəsini həll olunmuş hesab edir, beynəlxalq təşkilatların bu məsələni yenidən gündəmə gətirməsinə isti yanaşmır. Eyni zamanda, münaqişənin həllində Rusiyanın müəyyənləşdirdiyi “oyun qaydaları”nı qəbul edir. Minsk qrupu ilə bağlı tutulan bu mövqeyə haqq vermək olur. 30 ilə yaxın davam etmiş nəticəsiz danışıqlar, müharibədə vasitəçilərin tutduğu ermənipərəst mövqe Azərbaycanı vadar edir ki, problemi maksimum lokallaşdırmaqla, beynəlxalq gündəmdən çıxarsın. Daha sonra Rusiya prezidenti V.Putinin dediyi kimi, gələcək – liderlərin ödəsinə buraxılsın.
Amma proseslərin gedişi göstərir ki, bu o qədər də asan olmayacaq. Rusiya bölgədə tamamilə özündən asılı qondarma rejim quraraq, ənənəvi təzyiq siyasətini davam etdirmək niyyətindədir. Moskva, faktiki olaraq, Azərbaycana seçim imkanı qoymur, o zaman rəsmi Bakı da problemə adekvat reaksiya ortaya qoymalıdır.
Bu gün Hadrut, Şuşa istisna olmaqla, Dağlıq Qarabağın əksər ərazisi nəzarətimizdən kənardır. Əvvəl ora erməni silahlı birləşmələri nəzarət edirdisə, indi Rusiya ordusu da oradadır və onların gəlişi vəziyyəti Azərbaycanın xeyrinə dəyişməyib. Əksinə, erməni separatçıları müharibədən əvvəlki bəyanatlarını getdikcə daha ötkəm səsləndirirlər. Bölgədə Azərbaycanın suverenliyini andıran nişanə yoxdur. İnzibati binalardan separatçıların və Rusiyanın bayraqları asılıb. O zaman XİN-in bəyanatında ifadə olunan “işğaldan azad olunmuş bölgə” haradır? Azrbaycan ordusu ora necə nəzarət edir ki, XİN-in icazəsi olmadan Ermənistan, Rusiya rəsmiləri bölgəyə qanunsuz səfərlər edirlər və buna ancaq etiraz bəyanatı ilə cavab verə bilirik?
Proseslər əleyhimizə işləyir, Azərbaycan problemi öz adı ilə çağırmalıdır. “Rusiya öhdəliklərinə əməl etməlidir, Azərbaycanın suverenliyi təmin olunmalı, işğala gerçəkdən son qoyulmalıdır, beynəlxalq ictimaiyyət bu məsələyə reaksiya verməldirir” – təxminən, belə… //PRESSKLUB.AZ//
Paylaş:
Müəllif : Yazar
Tarix:27-01-2021, 08:35
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:27-01-2021, 08:35
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 11:23
Təkcə müəllimlərdən yığılan 32 milyon manat: Həmkarlar İttifaqı bu pulu hara xərcləyir?
Bu gün, 09:39
İzi itirmək məqsədilə təyyarənin sərnişinlərinin ölümə məhkum edilməsi beynəlxalq cinayətdir
Dünən, 22:01
Təyyarə qəzasında xəsarət alanlara 20 min, vəfat edənlərin ailəsinə isə 40 min manat kompensasiya ödəniləcək
Dünən, 11:29
Yevlax təhsilnə kefsiz baş çəkən komissiya oradan gülərüz ayrılıb - Yevlax təhsili batır
Dünən, 08:42
“Bu, bir alimin, bir ailənin məhvi deməkdir” – SOCAR-dakı işindən çıxarılan alim ETİRAZ EDİR
Dünən, 08:32
Natiq Sadiqovun “Shaurma №1” üzərindəki cinayətkar planı: aldatma və qeyri qanuni mənimsəmə
Dünən, 08:29
Nadir Aslanovun “görmədiyi“ qanunsuz tikilən 110 evin iziylə - Baş purokrorluğa müraciət...
25-12-2024, 17:50