reklam
Regionxeberlericom.az » Siyasət » “İranın mina təmizləmə qrupu yaxın vaxtlarda Azərbaycana gələcək” - AÇIQLAMA

reklam

“İranın mina təmizləmə qrupu yaxın vaxtlarda Azərbaycana gələcək” - AÇIQLAMA


Azərbaycanın işğaldan azad edilmiş bölgələrində tikinti-quruculuq işlərinə start verilib. Artıq başda Türkiyə olmaqla, dost dövlətlərin bir çox bu sahədə Azərbaycana dəstək verməyə hazır olduğunu bildirib. Hətta Avropa ölkəsi Macarıstan bu məqsədlə 100 milyon dollar vəsait ayırdığını da açıqlayıb. Bu müstəvidə Azərbaycanın qapı qonşusu olan İranın da mövqeyini bilmək də çox maraqlı olardı. Düzdür, bu günlərdə İranın xarici işlər naziri Cavad Zərif Bakıya rəsmi səfəri zamanı haqqında danışdığımız məsələləri müzakirə etmiş və ölkəsinin tikinti-quruculuq prosesində iştirak etmək arzusunu dilə gətirmişdi. Təbii ki, Azərbaycan tərəfi onlara müsbət cavab verib.

Bəs İran işğaldan azad edilmiş ərazilərimizin yenidən qurulmasında hansı töhfələri verə bilər? Bu suallara cavab almaq üçün İranın ölkəmizdəki səfiri Seyid Abbas Musəvi ilə söhbətləşdim.

Baxaq görək cənab Musəvi bu haqda nə deyir:

- Bildiyiniz kimi, İran Azərbaycanın ən böyük və strateji qonşularından biridir. Təbidir ki, İran və Azərbaycan xalqları arasında tarixi, dini və mədəni ortaqlıqlar səbəbindən azad edilmiş ərazilərin yenidən qurulmasında azərbaycanlı qardaşlarla əməkdaşlıq və yardım ölkəmiz üçün qonşuluq və insanlıq borcu hesab olunur. İranda texniki və mühəndislik sahələrində çox yüksək bacarıq və qabiliyyətlər var. Allahın bəxş etdiyi zəngin mənbələri nəzərə alaraq, İran azad edilmiş ərazilərin yenidən qurulmasında ən yaxşı və ən səmərəli şəkildə iştirak edə bilər. Bunlar Azərbaycan hökuməti və xalqının etiraf etdiyi həqiqətlərdir. İran enerji sahələrində, o cümlədən hidroelektrik və istilik elektrik stansiyalarının inşası, su təchizatı sistemlərinin qurulması, elektrik enerjisi və şəhər qazı təchizatı sahələrində səmərəli iştirak edə bilər. Bundan əlavə, yaşayış massivlərinin və məktəblərin inşası, yol tikintisi, körpü tikintisi, dini və tarixi yerlərin, məscidlərin inşası və təmiri ilə bağlı sahələrdə Azərbaycana əhəmiyyətli kömək etməyə hazırdır.

- Hazırda əsas problem ərazilərin minalardan tam təmizlənməsidir. İran ordusunun təcrübəli minatəmizləyən bölmələri mövcuddur, bu müstəvidə Bakıya təklif vermisinizmi? Nəzərə alaq ki, ilk gündən Türkiyə və Rusiya minatəmizləyənləri bölgədədirlər...

- İraqın İrana qarşı səkkiz illik müharibəsi ilə eyni vaxtda və müharibədən sonra İran müharibə bölgələrində çoxlu sayda minalarla qarşılaşdı. Minalardan təmizlənmə əməliyyatı, əməliyyat sahələrinin böyüklüyünə və minaların müxtəlif ölkələrinin istehsalı olduğu üçün – bunlar piyada əleyhinə, zirehli texnikalar əleyhinə və sair minalar idi - müxtəlifliyinə görə bir neçə il çəkdi. Bu sahədə nizamlı bölmələr təlim gördü. Texnika və avadanlıqların bir hissəsi ölkədə istehsal olundu, bir hissəsi də xaricdən alındı. Hazırda demək olar ki, İran İslam Respublikası bu sahədə dünyanın ən təcrübəli ölkələrindən biridir. İki ölkənin hərbi rəsmiləri arasında minalardan təmizlənmə qüvvələrinin göndərilməsi ilə bağlı danışıqlar davam edir və İran İslam Respublikasının minalardan təmizləmə qrupunun yaxın vaxtlarda Azərbaycana gəlməsi gözlənilir.

- Vaxtından tez verilmiş sual olsa da, işğaldan azad edilmiş ərazilərimiz İranla 135 kilometr məsafədə həmsərhəddir. Bu bölgədə yeni sərhəd-keçid məntəqəsinin açılışı, məsələn, Xudafərin su anbarı və enerji stansiyası bölgəsində birgə idarələrin və sair yaradılması, gələcəkdə bu bölgədə sərhədyanı bazarın açılması və sair kimi məsələlər müzakirə mövzudur, yoxsa doğrudan da çox tezdir?..

- Şübhəsiz ki, bu kimi məsələlər iki ölkənin gündəmindədir. Bununla yanaşı, bu məsələlərin yüksək əhəmiyyəti və hər birinin təkbaşına iki ölkə arasındakı ticarət və sərhəd əlaqələrinə təsirli ola biləcəyi nəzərə alınaraq, bu kimi məsələlər ekspertlər səviyyəsində araşdırılmalı, icra mexanizmləri iki ölkə arasında ortaq texniki-ixtisaslaşdırılmış işçi qruplarında müzakirə edilməlidir. Bu məsələ indi iki ölkənin müvafiq rəsmiləri arasında danışıqların gündəliyindədir

- Naxçıvanı Azərbaycanın əsas ərazisi ilə birləşdirəcək nəqliyyat-enerji dəhlizinin yaradılması üzərində iş gedir. İran bu dəhlizdə hansısa formatda iştirak edəcəkmi və ümumiyyətlə, İran bu dəhlizdən necə faydalanmağı düşür?

- Bu məsələ ilə əlaqədar biz Azərbaycan Respublikasının möhtərəm Prezidenti lham Əliyevin İran, Rusiya, Azərbaycan, Ermənistan, Gürcüstan və Türkiyə arasında altıtərəfli əməkdaşlıq platforması təklifi ilə razıyıq. Bu layihə nəqliyyat, ticarət və enerji sahələrində həmin altı ölkə vasitəsilə regional əməkdaşlığın inkişafına əhəmiyyətli dərəcədə kömək edə bilər. Biz də bu layihəni reallaşdırmaq üçün Culfa dəmir yolunu sözügedən dəhlizə birləşdirərək, bu növ əməkdaşlıq əlaqələrinin genişləndirilməsində iştirak etməyə hazırıq.


Paylaş:


Müəllif : Tarix:
1-02-2021, 09:13
Sikayət   


loading...
Загрузка...