reklam
Regionxeberlericom.az » Siyasət » "Rusiya Qarabağda Osetiya və Abxaziyadakı kimi davrana bilməz" - Amerikalı ekspert

reklam

"Rusiya Qarabağda Osetiya və Abxaziyadakı kimi davrana bilməz" - Amerikalı ekspert


"Fransa və Birləşmiş Ştatlar Rusiyanın vasitəçilik etdiyi razılaşmadan kənar qalsalar da, ATƏT-in Minsk qrupu mövcudluğunu saxlayacaq".

Bunu Karnegi Fondunun Qafqaz üzrə eksperti Tomas de Vaal "Azadlıq" radiosu müsahibəsində bildirib.

Təhlilçinin fikrincə, Rusiya bu münaqişədəki məsuliyyəti Fransa və Birləşmiş Ştatlarla paylaşmaq istərdi. Eyni zamanda Bakı və İrəvan Rusiyanın münaqişəni monopoliyaya almasını istəmir.

O, ABŞ-ın münaqişəyə bağlı daha fəal xarici siyasət yürüdəcəyini düşünür. Belə ki, Co Bayden administrasiyası Türkiyəylə bağlı daha fərqli mövqe tutacağına eyham vurub. Üstəlik, tərəflərin imzaladığı 10 noyabr atəşkəs razılaşmasında sülh prosesinin gələcəyi ilə bağlı müddəa yoxdur.

“Beləliklə, Birləşmiş Ştatlar bu münaqişədən çox kənarda qalıb. Rusiya isə hadisə yerindədir. Azərbaycanın siyasi proses barədə həqiqətən danışmaq istədiyi aydın görünmür. Münaqişə Azərbaycanın xeyrinə bitib. Onlar Dağlıq Qarabağın statusu və sairə haqda danışmağa tələsmirlər. Məncə, çətin olacaq. Birləşmiş Ştatlar bir sıra siyasi məsələlər, ən vacibi regional iqtisadi məsələlərdən başlaya bilər”, – de Vaal deyib.

O, Azərbaycanla Ermənistanın bərpa işlərini təkbaşına apara biləcəklərinə heç kəsin inanmadığını, iqtisadi əlaqələrin ağılla qurulmalı olduğunu vurğulayır.

“Birləşmiş Ştatlar, Avropa Birliyi bu məsələlərdə kömək edə bilərlər. Aydın danışaq: onlar bu münaqişədən geridə qalıblar və ona çatmaqdan ötrü çox iş görməlidirlər”, – deyən de Vaal Rusiyanın münaqişədə tutduğu mövqeyə dair sualları da cavablandırıb.

De Vaal bu məsələnin inanılmaz çətin olduğunu düşünür: “Sülhməramlılar daimi sülhün yaranmasında maraqlıdırlar, yoxsa başqa məqsədləri var, məsələn, regionda mövcudluqlarını bütün tərəflər üçün arzuedilən edəcək şərtlər yaratmaq istəyirlər? Onlar daxil olmaqla, heç kim nəyin baş verəcəyini aydın görmür. Rusiya Dağlıq Qarabağda indiyədək olmadığı mövqeni tutub. İndi Qarabağdakı yerli hakimiyyət İrəvanla işlədikləri qədər Moskvayla da ünsiyyətdə olurlar.

Digər tərəfdən, heç kəs unutmamalıdır ki, Rusiya həm də Bakıyla razılaşmalıdır, Rusiya sülhməramlı missiyası beşillikdir. Yəni, Rusiya Gürcüstanın Abxaziya və Cənubi Osetiya separatçı regionlarında olduğu kimi davrana bilməz”.

Sülh prosesinin bərpasına gəlincə, ekspert iqtisadi əlaqələrin bərpasından bütün tərəflərin faydalanmalı olduğunu bildirir.

“Məsələn, 10 noyabr razılaşmasından sonra Bakının nəzarətinə qaytarılmış Kəlbəcər rayonu çox təcrid olunub. Qarabağla, Ermənistanla ticarət olmadan iqtisadi fayda verəcəyini düşünmək çətindir. Minsk qrupu və digər beynəlxalq oyunçular sülhə dəstək naminə iqtisadi əməkdaşlıq üzərində işləsələr, bu, davam etdirməyə yaxşı layihədir”, – de Vaal düşünür.


Paylaş:


Müəllif : Tarix:
1-02-2021, 17:38
Sikayət   


loading...
Загрузка...