Azərbaycan-ABŞ münasibətləri üçün “907” əngəli - TƏHLİL
Komissiyasının 4-cü iclasında bədnam “907-ci düzəliş”in ləğvinin vacibliyi məsələsi yenidən gündəmə gətirilib. Belə ki, tədbirdə çıxış edən maliyyə naziri Samir Şərifov sonuncu iclasın 7 il bundan əvvəl keçirildiyini xatırladıb.
Sonra nazir deyib ki, bu günə qədər ABŞ Azərbaycana 13,6 mlrd. dollar, Azərbaycan isə ABŞ-a 8,2 mlrd. dollar investisiya qoyub. Ötən il ABŞ-ın Azərbaycana ixracının dəyəri 530 mln. dollar, Azərbaycanın ABŞ-a ixracının dəyəri isə 330 mln. dollar təşkil edib. Nazir bildirib ki, bu rəqəmlər daha yüksək ola bilərdi: “İki ölkə arasında əməkdaşlıq genişləndirilməlidir. Azərbaycan ABŞ-ın Qafqaz regionunda ən böyük tərəfdaşıdır. Xəzər dənizindəki neft-qaz yataqlarının işlənilməsi və karbohidrogen ehtiyatlarının dünya bazarına nəqlində ABŞ Azərbaycana hər zaman dəstək olub. Bu gün ABŞ-ın Cənub Qaz Dəhlizi layihəsinin həyata keçirilməsində verdiyi dəstək əvəz olunmazdır. Bununla belə, iki ölkənin siyasi və iqtisadi əlaqələrinə kölgə salan məsələlər də mövcuddur. Məsələn, ”907-ci düzəliş" aradan qaldırılsa, Azərbaycan-ABŞ münasibətləri daha da inkişaf edər. Buna və ABŞ-ın Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın haqlı mövqeyini dəstəkləyəcəyinə ümid edirik".
“Azadlığı Müdafiə Aktı”na “907-ci düzəliş” 1992-ci ilin oktyabrında erməni lobbisinin təşəbbüsü ilə ABŞ Konqresi tərəfindən qəbul edilib və Azərbaycana Amerikanın birbaşa dövlət yardımını yasaqlayır. 27 ilə yaxındır “907-ci düzəliş” iki ölkə arasında münasibətlərə tam mane olmasa da müəyyən problemlər yaradır. Bunu dəfələrlə ABŞ-ın bir sıra senatorları, konqresmenləri və digər rəsmiləri də bəyan ediblər, həmçinin “907-ci düzəliş”in ləğvinə çağırışlar edilib. 2018-ci ilin oktyabrında isə ABŞ prezidenti Donald Tramp Amerikanın Azərbaycana birbaşa dövlət yardımını yasaqlayan “907-ci düzəliş”in fəaliyyətini dayandıra biləcəyi barədə xəbər yayılmışdı. ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Boltonun oktyabrın sonlarında Azərbaycan səfərindən sonra bu istiqamətdə çalışacağı gözlənilirdi. Məlumatlarda deyilirdi ki, Bolton ölkəsinə geri döndükdən sonra Bakıda verdiyi vədin yerinə yetirilməsi üçün addımlar atılır.
Bolton Bakıda səfərdə olan zaman ABŞ prezidenti Donald Trampın Amerikanın Azərbaycana birbaşa dövlət yardımını yasaqlayan 907-ci düzəlişin fəaliyyətini dayandıra biləcəyini demişdi: “Tramp Amerikanın Azərbaycana birbaşa dövlət yardımını yasaqlayan ”Azadlığa dəstək" aktına 907-ci düzəlişin fəaliyyətinin dayandırılması üçün öz səlahiyyətlərindən istifadə edə bilər. Bu müddəa Konqres tərəfindən təsdiq edilib. Hakimiyyətin icra qolunun eyni siyasi xəttə riayət etməsi mütləq deyil və bizim konstitusiyaya əsasən, əslində xarici siyasəti müəyyən edən məhz prezidentdir. Bir çox hallarda, müxtəlif prezidentlər satınalma aparmaq üçün bu müddəanın fəaliyyətini dayandırıblar və biz bunun zəruri olub-olmadığını müəyyən etmək üçün daim bu fürsəti nəzərdən keçiririk. ABŞ Azərbaycanı regionda özü üçün strateji baxımdan son dərəcə vacib ölkə hesab edir".
Politoloq Qabil Hüseynli isə “Yeni Müsavat”a bildirdi ki, “907-ci düzəliş” ABŞ üçün səmərəsiz və lüzumsuz bir sənədə çevrilib. Hətta Amerika siyasətinin Cənubi Qafqazda həyata keçirilməsinə “907-ci düzəliş” ciddi əngəllər yaratmaqda davam edir: “Amma ABŞ qanunvericiliyinə görə, prezident istədiyi vaxt həmin düzəlişə əhəmiyyət vermədən Azərbaycana yardım haqqında qərar verə bilər. Yəni hətta o düzəliş qüvvəsində olsa da, prezident müəyyən anlarda Amerikanın maraqlarını nəzərdə tutaraq, 907-ci düzəlişdən yan keçərək yardımı bərpa edə bilər və müəyyən zamanlarda bunu etdiyi haqda rəsmi açıqlamalar olub. Con Bolton həm də buna işarə etmişdi ki, əgər Konqres ”907-ci düzəliş"i ləğv etməsə, Tramp öz hüquqlarından istifadə edərək Azərbaycana yardım göstərilməsinə şərait yaradacaq".
Politoloq vurğuladı ki, 907-ci düzəlişin mövcudluğu ABŞ-ın Azərbaycandakı maraqlarının irəliləməsinə mane olur, eyni zamanda ABŞ-ın Azərbaycana silah satışına da əngəldir: “Xatırlayırsınızsa, ötən ilin payızında Boltonun ölkəmizə səfərindən sonra ABŞ-ın Azərbaycana və Ermənistana silah satmaq istədiyi barədə informasiyalar gündəmə gəldi. Bu təsadüfən ortaya çıxan məsələ deyildi. ABŞ bəyan etdi ki, Azərbaycana silah sata bilər. Bu isə faktiki olaraq ”907-ci düzəliş"in qüvvəsini itirməsi demək olacaq. Düzdür, bu məsələ hələ tam şəkildə ABŞ-ın rəsmi gündəminə oturmayıb. Amma bu fikrin nüfuzlu qəzetlər vasitəsilə ictimai rəyə çatdırılması onu göstərir ki, ABŞ-ın siyasi elitasında sözügedən məsələ aktuallaşa bilər. Bu məsələnin həlli xeyli asanlaşıb. Sadəcə olaraq, Azərbaycan bu məsələni Vaşinqtonun bütün dəhlizlərində qaldırmalıdır. Prosedurların işlənib hazırlanmasını Azərbaycan dərindən öyrənməli və bunu həyata keçirmək üçün lazım olsa Konqresdə vəkil qrupunun və ya lobbinin köməyindən istifadəyə nail olunmalıdır. Təkcə Bakıda bir-iki nazirin açıqlaması ilə bu işdə ciddi nəticə əldə etmək mümkün deyil. Azərbaycan tərəfindən ABŞ-da ciddi işlərə başlansa, hazırkı ABŞ administrasiyası məsələnin müsbət həlli üçün hüquqi addım atacaq. Bu addımı atmaq üçün fürsət axtarırlar. Con Boltonun bu işə dəstək verməsi isə prosesin sonda müsbət həllini tapacağı ehtimalını bir az da gücləndirir. Con Boltonun Cənubi Qafqaz ölkələrinə səfərinin yekunları ilə bağlı twitter hesabında müsbət fikirlər yazması da göstərirdi ki, Amerika rəsmisi Azərbaycanla münasibətlərin inkişafına böyük önəm verir. Bu baxımdan Trampın müşaviri keçirdiyi mətbuat konfranslarında, müsahibələrində Azərbaycanla əlaqələrin ABŞ üçün yüksək prioritet təşkil etdiyini vurğulamışdı. Boltonun toxunduğu ən mühüm məsələ isə Azərbaycana silah satışını da əngəlləyən “907-ci düzəliş” məhdudiyyətinin ləğv edilməsi ilə bağlı səsləndirdiyi fikirlər idi. Belə güman etmək olar ki, o, sözügedən bədnam düzəlişin qüvvədən düşməsi üçün öz imkanlarından istifadə edə bilər. Odur ki, Azərbaycan diplomatiyası birbaşa Con Boltonla bu məsələ ilə bağlı təmaslar qurmalıdır".
Prezident Donald Tramp Azərbaycana qarşı “907-ci düzəliş” aradan qaldırarsa, bu, birbaşa Vaşinqtonun dövlət yardımının alınmasına ABŞ-Azərbaycan münasibətlərində yeni bir dövrün başlamasına gətirib çıxaracaq.
Paylaş:
Müəllif : Redaktor
Tarix:20-05-2019, 08:55
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Redaktor
Tarix:20-05-2019, 08:55
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
Dünən, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
Dünən, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
Dünən, 11:07
İşçilərin maaşı ilə özünə “imperiya” quran dələduz şirkət rəhbəri QAÇDI - İLGİNC FAKTLAR...
20-12-2024, 21:08
Türkiyənin Suriya üçün göndərəcəyi 75 min ərzaq bağlamasının ilk partiyası yola salındı
20-12-2024, 14:01
Tiktoker Benizin zərərçəkəni hüquq-mühafizə orqanlarına müraciət etdi - 836 min manatdan çox pulunu hissə-hissə ələ keçirib
20-12-2024, 13:48
Ölkəmizə son illər iribuynuzlu heyvanlar HARADAN və NECƏ gətirilir? - “Dana monopoliyası” "kralı"na niyə DUR deyən tapılmır...?
20-12-2024, 12:09
Dünya çempionu 2,5 milyon pul qoyduğu obyektdən çıxarılır - İşin arxasında keçmiş məmur dayanır? - FOTO
20-12-2024, 10:16