PAŞİNYAN NÖVBƏDƏNKƏNAR SEÇKİDƏN VAZ KEÇDİ... – Moskvanın Koçaryanı qaytarmaq planı baş tutmadı
Ermənistanda 44 günlük müharibədən sonra yaranan siyasi gərginlik yavaş-yavaş səngiməyə başlayır. Ermənilər üçün biabırçı məğlubiyyətlə nəticələnən müharibənin bitdiyi gündən daha çox vaxt keçdikcə, Nikol Paşinyan hökuməti özünü daha inamlı hiss etməyə başlayır.
Məlum olduğu kimi, hökumətə qarşı təzyiqlərin pik vaxtlarında Paşinyan və onun partiyası hökumətin istefası tələbilə mitinqlər keçirən müxalifətə növbədənkənar parlament seçkisi keçirməyi təklif etmişdi.
Həmin vaxt çoxları bunu baş nazirin geri çəkilməsi kimi qəbul edir və onun hakimiyyətinin sonunun yaxınlaşmasının əlaməti sayırdılar. Lakin əvvəl bir qədər tərəddüd edən müxalif partiyalar, sonradan seçki yox, Paşinyanın heç bir şərt irəli sürmədən istefasını tələb etdiklərini bildirdilər. Bu isə Paşinyanın əlini daha da gücləndirdi və ona müxalifəti qorxaqlıqda ittiham etmək üçün əsas verdi.
Belə ki, artıq yerini nisbətən bərkidən Paşinyan yanvarın 21-də parlamentdə çıxış edərək, müxalifətə meydan oxudu: “Deyirlər ki, indiki hakimiyyət özünü tükəndirib. Yaxşı, onda biz növbədənkənar seçki təklif edirik, görək kim doğrudan da tükənib...”
Həmin vaxt Paşinyan bu gedişlə müxalifətin seçkinin təyin edilməsilə bağlı prosesdən kənarda qalacağını, onun tarixinin hakim siyasi koalisiya tərəfindən müəyyən ediləcəyini bildirmişdi: “Sonra şikayət etməyin ki, bizdən niyə soruşmadınız!”
Bu, bir tərəfdən “blef” kimi görünsə də, əslində Paşinyanın ölkə daxilində öz siyasi gücünə inamını göstərirdi.
Xatırladaq ki, Ermənistan konstitusiyasına görə, növbədənkənar seçki keçirilməsi üçün əvvəlcə baş nazir istefa verməli, sonra parlament yeni baş nazir seçməyə cəhd etməliydi. Əgər hər iki səsvermədə yeni baş nazir seçilmirsə, o zaman növbədənkənar parlament seçkisi elan olunmalıydı.
Nəzərə alsaq ki, hazırkı parlamentdə Paşinyanın başçılıq etdiyi hakim blok tam üstünlüyə malikdir, o zaman asanlıqla bu ssenarini gerçəkləşdirmək mümkün olacaqdı. Yəni deputatların əksəriyyəti Paşinyana rəqib olacaq heç bir namizədə səs verməyəcək və növbədənkənar seçki elan olunacaqdı. Ancaq müxalifətin öz gücünə bələd olaraq seçkiyə getməkdən çəkinməsi hakim siyasi qüvvənin daha da arxayınlaşmasına səbəb oldu.
Nəhayət, hadisələrin müəyyən mənada məntiqi davamı olaraq, ötən gün Paşinyanın rəhbərlik etdiyi parlamentdəki “Mənim Addımım İttifaqı” növbədənkənar seçki ideyasından vaz keçdiyini bəyan etdi.
Hakim siyasi qüvvə bu qərarını onunla izah etdi ki, müxalifət hökumətin növbədənkənar seçki təklifindən imtina edib. Həmçinin, ”cəmiyyətdə növbədənkənar seşki keçirilməsilə bağlı tələbat formalaşmayıb”.
Doğrudan da, müxalifətin istefa tələbilə keçirilən mitinqlərinə çox az sayda insan qatılırdı. Ermənilərin böyük əksəriyyətininsə başı Ermənistandan istənilən yolla çıxıb getməyə, ya da gündəlik sosial problemlərini həll etməyə qarışıb. Əhalinin böyük hissəsinin nə seçkiyə, nə siyasətə, nə də əvvəlki hakimiyyətlərin tör-töküntülərinə qoşulmağa həvəsi var.
Bütün bunları nəzərə alaraq, hakim fraksiya hökumətə və Nikol Paşinyana tam dəstək verdiyini ifadə edib. Bir sözlə, növbədənkənar seçki olmayacaq. Bu isə yaxın gələcəkdə Paşinyanın qanuni yolla hakimiyyətdən kənarlaşdırılmasının mümkün olmayacağından xəbər verir.
Onu da qeyd edək ki, ötən həftənin sonunda siyasətə qayıtdığını bəyan edən Ermənistanın ikinci prezidenti Robert Koçaryan müsahibə verərək, növbədənkənar seçkidə iştirak etmək fikrində olduğunu demiş, hətta qalib gələcəyini söyləmişdi. Moskva səfərindən dərhal sonra səsləndirilən bu fikirlər Koçaryanın haradan təlimat aldığı barədə rəy formalaşdırmaqla yanaşı, onun planlarının növbədənkənar seçkilərə hesablandığını deməyə əsas verirdi.
Rusiya ilə “daha dərin inteqrasiya”dan danışan Koçaryanın növbədənkənar seçki baş tutacağı təqdirdə, Rusiyanın Ermənistandakı bütün görünən və görünməyən imkanlarından istifadə edəcəyi gözlənilirdi. Lakin Paşinyan növbəti dəfə xeyli vaxtdır həbsxanalarda və məhkəmələrdə süründürdüyü rəqibinin planlarını pozdu - növbədənkənar seçki təklifindən vaz keçdi.
Ermənistandakı siyasi təhlilçilərin əksəriyyəti hesab edir ki, lap seçki baş tutsaydı da belə, Koçaryanın qalib gəlmək şansları çox aşağı idi.
Məsələn, tanınmış politoloqlardan olan Suren Surenyants “Sputnik Armenia”-ya Koçaryanın siyasətə qayıdışı və seçkidə iştirakı planları barədə danışarkən deyib ki, sabiq prezidentin şanslarına skeptik yanaşır. Onun fikrincə, Koçaryanın irəli sürdüyü “güclü əl” texnologiyası ermənilər tərəfindən rəğbətlə qarşılanmır. Çünki Koçaryanın vaxtilə bu “texnologiya”dan istifadə etdiyi idarəçilik dövrü əhalinin xatirində diktatura və korrupsiyanın çiçəkləndiyi dönəm kimi qalıb.
Digər yandan Koçaryanı dəstəklədiyi bildirilən siyasi partiyaların da sabiq prezidentlə bağlı mövqeləri birmənalı deyil. Məsələn, ötən gün müxalifətdə yer alan qatı millətçi Daşnaksutyun partiyasının rəhbərliyini təmsil edən İşxan Saqatelyan deyib ki, bu partiyanın da daxil olduğu müxalif “Vətənin xilas edilməsi hərəkatı” növbədənkənar seçki olacağı təqdirdə Robert Koçaryanın namizədliyinin dəstəklnməsi məsələsini heç müzakirə də etməyib.
Bir sözlə, son günlər Ermənistanda baş verən siyasi proseslər Paşinyanın hakimiyyətinin və ümumilikdə siyasi ömrünün düşünüləndən daha uzun olacağına dair gümanları artırır. Xocalı qatili, hərbi cani Koçaryan isə öz biabırçı və aşağılanmış siyasi taleyilə barışmaqdan, siyasi proseslərin quyruğu ilə sürünməkdən başqa heç nəyə qadir deyil.
Paylaş:
Müəllif : Fuad
Tarix:8-02-2021, 18:40
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:8-02-2021, 18:40
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
Dünən, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
Dünən, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
Dünən, 11:07
İşçilərin maaşı ilə özünə “imperiya” quran dələduz şirkət rəhbəri QAÇDI - İLGİNC FAKTLAR...
20-12-2024, 21:08
Türkiyənin Suriya üçün göndərəcəyi 75 min ərzaq bağlamasının ilk partiyası yola salındı
20-12-2024, 14:01
Tiktoker Benizin zərərçəkəni hüquq-mühafizə orqanlarına müraciət etdi - 836 min manatdan çox pulunu hissə-hissə ələ keçirib
20-12-2024, 13:48
Ölkəmizə son illər iribuynuzlu heyvanlar HARADAN və NECƏ gətirilir? - “Dana monopoliyası” "kralı"na niyə DUR deyən tapılmır...?
20-12-2024, 12:09
Dünya çempionu 2,5 milyon pul qoyduğu obyektdən çıxarılır - İşin arxasında keçmiş məmur dayanır? - FOTO
20-12-2024, 10:16