reklam
Regionxeberlericom.az » Siyasət » Sabiqlərin həbs dalğası başlayıb: KİMLƏR GEDƏCƏK? - İLGİNC SİYAHI

reklam

Sabiqlərin həbs dalğası başlayıb: KİMLƏR GEDƏCƏK? - İLGİNC SİYAHI


Son günlərin ən çox müzakirə olunan xəbərləri sabiq məmurların həbsidir.

Bir-birinin ardınca sabiq məmurlara rəsmən vəzifədən sui-istifadə, dövlət vəsaitini mənimsəmə, korrupsiya, büdcə vəsaitini təyinatı üzrə xərcləməmək kimi ittihamlar irəli sürülür. Xəbərlərin bəziləri rəsmən təsdiqlənib.

Bəziləri isə hələlik ancaq ictimai müzakirədədir və görünən odur ki, söylənilənlər heç də əsassız deyil.

Müşahidələr onu deməyə əsas verir ki, uzun illər oturduqları kreslolarda xalqa xidmət etmək əvəzinə ancaq özünü, yaxın ətrafını düşünən sabiq məmurların əməlləri cəzasız qalmayacaq. Prezident onlara çox böyük etimad göstərib.

Xəyallarına gətirməyəcəkləri vəzifələri İlham Əliyev onlara etibar edib. Onlar isə bu etimad və etibardan sui-istifadə edərək, öz mənafelərini güdüb, nəfslərinə sahib ola bilməyib və dövlətin əmlakını talan ediblər. Şübhələr və yoxlamalar, xalqın etimadsızlığı sonda onların vəzifədən uzaqlaşdırılması ilə nəticələnib.

Prezident onları vəzifədən çıxarıb, hərçənd ki, onlar üçün bəzən vəzifədən azad edilmək, yəni külli miqdarda qazancdan, səlahiyyətdən məhrum olmaq da bir növ cəzadır. Lakin onlar üçün təkcə vəzifəni itirmək bir az da mükafat sayılardı.

Çünki dövlətdən taladıqları ömürlərinin sonuna kimi nəinki özlərinə, qohum-əqrabalarına da bəs edərdi. Amma dövlət dediyimiz bu mükafatı onlara verməzdi, necə ki, vermir. Çünki dövlətin həm də bir hüquqi cəzası var ki, günlərin birində vicdanını itirmiş adamların qapılarını döyür.

Bir neçə il əvvəl Beynəlxalq Bankıın prezidenti Cahangir Hacıyevin, 6 ay əvvəl vəzifəsindən çıxarılan ləğv edilmiş KİVDF-nin icraçı direktoru Vüqar Səfərlinin, 2 il əvvəl Əmək və Əhalinin Sosial Müdafiəzi naziri kreslosunu tərk edən Səlim Müslümovun, nazirliyin Aparat rəhbəri yazıçı Əjdər Olun, vəzifədə olan və vəzifədən azad edilən rayon icra başçılarının qapısı döyüldü.

Üzə çıxarılan faktlar göstərir ki, vəzifədən azad edilən sabiqlərin işlədikləri dövr araşdırılarkən, hər birinin fəaliyyətində ciddi nöqsanlar, dövlət əmlakının mənimsənilməsi, rüşvət və korrupsiya faktları üzə çıxır. Üzə çxarılan bu faktlara görə də həbslər aparılır.

Cebhe.info-nun əldə etdiyi məlumatlara görə, həbs dalğası davam edəcək. Bu "dalğa" hətta “yüksək ranqlı” sabiq məmurlardan da yan keçməyəcək. Həbs təhlükəsi gözləyən sabiqlər sırasında hətta keçmiş Milli Təhlükəsizlik naziri Eldar Mahmudovun, sabiq Xarici İşlər naziri Elmar Məmmədyarovun, Ekologiya və Təbii Sərvətlər naziri Hüseynqulu Bağırovun, Nəqliyyat naziri olmuş Ziya Məmmədovun da adları çəkilir.

Onların nazir kimi vəzifədə olduqları müddətdəki fəaliyyətləri müvafiq dövlət qurumları tərəfindən ciddi şəkildə araşdırılır.

Onu da qeyd edək ki, onlarla bağlı ictimai fikir də çox kəskindir və barələrində korrupsiyaya bulaşmış məmur imici artıq formalaşıb. Zaman-zaman mətbuatda da, sosial şəbəkələrdə də bu barədə yazılıb.

Bu şəxslər özləri isə bəzən müxtəlif vasitələrlə ittihamlardan yayınmağa çalışır, bəzən də susmağa üstünlük verməklə ictimai rəydən uzaqlaşmaq istəyirlər. Lakin araşdırmalar davam edir və ictimi rəy unutsa da, dövlət bunu unutmur.

Vəzifəsindən azad edildikləri və ehtiyata göndərildikləri barədə xəbərlər bir-birinin ardınca rəsmən təsdiqlənən generallar Nəcməddin Sadıqov, Rövşən Əkbərov, Xəqani Cəbrayılovun da cəzadan yaxa qurtarmayacağı daxil olan məlumatlar arasındadır. Hər halda daha dərin araşdırmalar gedir və nəticəni gözləmək o qədər də uzun zaman aparmayacaq.

Məlumatda o da bildirilir ki, barəsində korrupsiya və digər şübhələr olan sabiqlərlə bağlı araşdırmalar son günlər daha da sürətləndirilib. Hətta istintaqın nəticəsindən asılı olaraq yazıda adları çəkilməyən sürpriz isimlərin də həbsinin şahidi ola bilərik.


Paylaş:


Müəllif : Tarix:
9-02-2021, 11:27
Sikayət   


loading...
Загрузка...