Xəritəni ermənilərdən general Muradov ala bilər - BƏS NİYƏ ALMIR?
İkinci Qarabağ müharibəsi başa çatandan sonra qalan ən ciddi problemlərdən biri də minalardır. Vaxtaşırı Qarabağda hərbçilərimiz, mülki insanlar minaya düşürlər. Elə dünən 4 hərbçimiz Suqovuşanda mina partlaması nəticəsində xəsarətlər aldılar.
İşğaldan azad edilən ərazilərin minalardan, partlamamış hərbi silah-sursatdan təmizlənməsi uzun bir prosesdir. Proqnozlara əsasən Qarabağın minalardan tam təmizlənməsi 10 ilə qədər zaman ala bilər.
Hazırda ərazilərimizin partlayıcılardan təmizlənməsi prosesi sürətlə həyata keçirilməkdədir. Bunun üçün Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi yaradıldı. Ölkə başçısı qurumun İdarə Heyətinin sədri Vüqar Süleymanovu qəbul edərkən, müvafiq tapşırıqlarını verdi. Bildirildi ki, ərazilərin minalardan təmizlənməsi üçün ən müasir avadanlıqlardan istifadə ediləcək. Eyni zamanda, xarici şirkətlərin də prosesə cəlbi araşdırılır.
Ərazilərin partlayıcılardan azad təmizlənməsinin qısa vaxtda və asan həyata keçirilməsi üsulundan biri də, qarşı tərəfin minalı ərazilərin xəritəsini verməsidir. Amma görünür, Ermənistan xəritələri verməkdən imtina edib. Azərbaycan lideri bir neçə dəfə bu məsələni qaldırıb, bildirib ki, Ermənistan xəritələri Azərbaycana vermədiyi üçün təmizləmə işləri vaxt və böyük əmək tələb edir.
Bəs, sözügedən xəritələri düşmən tərəfindən necə almaq olar?
AYNA-nın mövzu ilə bağlı sualını cavablandıran təhlükəsizlik üzrə ekspert İlham İsmayıl deyib ki, yükun sülh sazişi olsaydı, ciddi şəkildə xəritələr tələb edilə, məsələ həllini tapa bilərdi: “9 noyabr 2020-ci ildə imzalanan Bəyanat müharibəni bitirən atəşkəs sənədidir. İnanmıram ki, atəşkəs sazişi ilə ermənilər minalanmış ərazilərin xəritələrini versinlər”.
Ekspert ümumiyyətlə, hazırda minalı sahələrin xüsusi xəritəsini ermənilərin hazırladığına inanmır: “Onlar xəritələri Birinci Qarabağ müharibəsindən sonra hazırlamışdılar. “Ohanyan səddi” deyilən ərazilərdə minalar basdırarkən, xəritələr hazırlanmışdı. Həmin “Ohanyan səddi” İkinci Qarabağ müharibəsində yarıldı. Onlar ikinci müharibə zamanı geri çəkildikcə əraziləri minalayıblar ki, bu da güman edirəm, kortəbii şəkildə həyata keçirilib. Məsələn, Tərtər istiqamətində, Qapanlı kəndi ilə təmas xəttindən ermənilər geri çəkilərkən, tələskənliklə ağıllarına hara gəlib, ora da mina basdırıblar. Konkret neçə metr məsafələrdə minalamaları mümkünsüz görünür. Həmin vaxt ermənilərin xəritə hazırlamaları inandırıcı gəlmir. Amma hər halda, ən çox hansı sahələri minaladıqlarını təxmini istiqamət üzrə deyə bilərlər ki, buna da inanmıram. Çünki biz düşməni tanıyırıq, xislətlərinə bələdik”.
“Danışıqlarda minalanmış sahələrlə bağlı məsələ qaldırılıb-qaldırılmayıb, dəqiq nəsə demək çətindir. Amma Prezident bunu dilə gətirirsə, ola bilsin ki, ölkə başçıları səviyyəsində yox, danışıqlarda iştirak edən işçi qrupları səviyyəsində müzakirə edilib. Və güman ki, Ermənistan tərəf buna razı olmayıb”, - deyə İ.İsmayıl əlavə edib.
O, hesab edir ki, minalanmış ərazilərin xəritələrinin alınması məsələsi Rusiya sülhməramlıları, onların komandanı Rüstəm Muradovla da müzakirə olunmalıdır: “Muradov hər iki tərəfdən minalanmış ərazilərlə bağlı xəritələr tələb edə bilər. Hərçənd ki, Azərbaycandan tələb etməsinə ehtiyac yoxdur. Çünki biz girib Xankəndini minalamamışıq ki, bizdən tələb edilsin. Amma ermənilər 30 ildir ki, minalama ilə məşğuldurlar. Son müharibədə də, dediyim kimi, kortəbii minalama həyata keçiriblər. Bu, elə Rusiya sülhməramlıları üçün də təhlükə deməkdir. Çünki sülhməramlılar orada mütəmadi olaraq hərəkətdədirlər. Ona görə də, hesab edirəm ki, Rusiya sülhməramlıları bu məsələdə prinsipiallıq nümayiş etdirməlidirlər. İnanıram ki, general Muradov ciddi şəkildə məsələnin üzərinə getsə, ermənilərdən əvvəlki dövrün minalı sahələrinin xəritələrini də, İkinci Qarabağ müharibəsi zamanı minalanan ərazilərin təxmini istiqamətlərini də öyrənə bilər”.
Paylaş:
Müəllif : Yazar
Tarix:10-02-2021, 14:18
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:10-02-2021, 14:18
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 12:45
Nəsimi sakinləri ölkə rəhbərliyindən kömək istəyir: “Vüqar Qasımov-Aslan Quliyev cütlüyü bizə divan tutur”
Dünən, 19:26
Prezident bu nəqliyyat vasitələri ilə bağlı qanun imzaladı - Yanvarın 1-dən 8 il müddətinə...
Dünən, 11:29