reklam
Regionxeberlericom.az » Siyasət » Zəngəzur qaytarılır?: "Asan deyil, amma mümkündür” - NECƏ?

reklam

Zəngəzur qaytarılır?: "Asan deyil, amma mümkündür” - NECƏ?


Sünik (Zəngəzur) bölgəsində demoqrafik vəziyyət mənfiyə doğru dəyişir. Son bir ildə 1300 erməni Süniki tərk edib. “Joxovurd” qəzeti bildirir ki, son bir ildə Ermənistanın bütün bölgələrində əhalinin sayı azalmaqdadır. “Məsələn, Lori bölgəsində 700, Araratda 100, Şirakda 400 nəfər azalıb. Ən çox azalma isə Sünikdə qeydə alınıb: 1300. Bu, yaxşı gələcək vəd etmir”, - qəzet yazır.

44 günlük müharibədən sonra Ermənistanın Sünik bölgəsində qanunsuz irəli çəkdiyi dövlət sərhədi də bərpa olunur. Sərhədin demarkasiyası nəticəsində bölgə üçün əhəmiyyətli əkin və otlaq sahələrinin də Azərbaycanın nəzarətinə keçməsi ermənilərin orada yaşamasını daha da çətinləşdirir. Növbəti illərdə Zəngəzuru tərk edən ermənilərin sayının daha çox olması gözləniləndir.

Baş verən proseslər növbəti tarixi torpağımızın Azərbaycana qaytarılması ilə bağlı ümidlərimizi bir az da artırır. Politoloq Qabil Hüseynli isə düşünür ki, bu, ciddi səy tələb edən işdir. O, məsələ barədə “Sherg.az”a dedi:

“Elə asan proses deyil. Çünki Zəngəzuru Zəngilan və Naxçıvanla birləşdirən dəmiryolu hələ çəkilməyib. Üstəlik, bu məsələ tərəflərin gündəmində deyil. Xatırladım ki, Sovet dövründə torpaqlarımızın xeyli hissəsi Ermənistana verilib.

Onlardan biri məhz Zəngəzurdur. Özü də çox bəsit əsas gətirilib. Guya belə addım iqtisadi cəhətdən sərfəlidir. Ona görə prosesin tez həllini tapacağına inanmıram. Uzun illər lazım gələ bilər. Fəqət, bütün hallarda cəhd etməliyik.
Ancaq beynəlxalq məhkəmə, beynəlxalq hüquq yolu ilə Zəngəzuru qaytara bilərik. Deməli, əvvəlcə məsələmizi beynəlxalq səviyyədə ictimailəşdirməliyik”.


Paylaş:


Müəllif : Tarix:
25-02-2021, 15:40
Sikayət   


loading...
Загрузка...