“ORDUYA ƏMR EDİRƏM!...” – Paşinyan tərəfdarlarının qarşısında çıxış edib

Ermənistanın Baş naziri Nikol Paşinyan İrəvanın Respublika Meydanında tərəfdarları qarşısında çıxışında bəzi qüvvələrin ordunu “anti-xalq və anti-konstitusiya prosesinə” cəlb etməyə çalışdığını bəyan edib.
O, hərbçilərə müraciət edərək onları qarşılarında duran vəzifələri icra etməyə çağırıb: "Orduya əmr verirəm, əsgər və zabitlər işlərini görsünlər. Ermənistanın sərhədlərini qorumaq onların əsas vəzifəsidir. Bu, xalqın iradəsinin təmsilçisi olaraq mənim əmrimdir. Heç kimin bu əmri pozmağa haqqı yoxdur".
Baş nazirin sözlərinə görə, xalq heç vaxt ölkədə hərbi çevrilişə yol verməz. O, bir çox general və zabitin rəhbərlərinin təzyiqi altında məlum bəyanata imza atdığını vurğulayıb.
"Xalqa və onların qanuni səlahiyyətlərinə qarşı hərəkət edən hər kəs dövlətə qarşı hərəkət edəcək", - deyə Paşinyan qeyd edib.
Baş nazir Ermənistan hökumətinin ordunun gücləndirilməsi üçün bütün səylərini və pullarını əsirgəməyəcəyini deyib. Daha sonra bütün sıravilərin və zabitlərin maaşlarında artım olduğunu xatırladıb: "Ancaq gizlətməyək ki, uzun illər ordu hesabına zənginləşənlər bu gün də silahlı qüvvələrdəki təsirini qoruyub saxlayır".
Baş nazir bununla Köçəryan və Sarkisyanın qiyamı dəstəkləməsinə işarə edib.
Paylaş:
Müəllif : Fuad
Tarix:25-02-2021, 17:15
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:25-02-2021, 17:15
Sikayət
Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
Bu gün, 12:52
Bu gün, 12:39
Dünən, 13:07

Qəbələnin icra başçışı “qış yuxusuna” gedib - RAYONUN QARLI YOLLARI HƏR AN TƏHLÜKƏYƏ ÇEVRİLİB

Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:- Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -TƏFƏRRÜAT