Novruz əvfinə kimlər düşəcək? - Gözlənti
Novruz bayramı ərəfəsində prezidentin əfv sərəncamı imzalayacağı gözlənilir. Prezident yanında Əfv Məsələləri Komissiyası son ay yarımda üç iclas keçirib, komissiyaya daxil olan ərizələr müzakirə olunub. Artıq iclaslarda Əfv Komissiyasının üzvü olan dövlət strukturlarının rəhbərləri, deputatlar, QHT təmsilçiləri ilə yanaşı, Ombudsman da iştirak edir.
Komissiyanın üzvü, “Konstitusiya” Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev bildirib ki, bu il keçirilən iclaslarda yüzlərlə müraciətə baxılıb. Ərizələrin hər birinə həssas yanaşıldığını, əfv haqqında Əsasnaməyə uyğunluğunun araşdırıldığını deyən Ə.Nuriyevin sözlərinə görə, müraciət edən şəxsin yaşı, sağlamlıq durumu, ailə vəziyyəti, maddi ziyan varsa, ödənilib-ödənilməməsi, həbsdə olduğu müddətdə davranışı kimi məqamlara diqqət yetirilir:
“Hər bir ərizə ilə bağlı qərar veriləndə mütləq dövlətin və cəmiyyətin maraqları da nəzərə alınır. Yəni şəxsin indiki halda azad edilməsi dövlətin, cəmiyyətin maraqlarına necə təsir göstərə bilər – bu da çox vacib məsələdir”.
Ə.Nuriyev qeyd edib ki, Əfv Komissiyası sadəcə, ərizələri araşdırıb, əfv olunması məqsədəuyğun sayılan şəxslərin siyahısını tərtib edir. Amma son qərarı prezident verir:
“Əfv sərəncamının imzalanması prezidentin müstəsna səlahiyyətində olan məsələdir. Kimlərin əfv olunması məsələsində son qərarı prezident verir”.
İlham Əliyevin prezidentliyi dövründə 35 əfv sərəncamı imzalanıb. Komissiya üzvünün sözlərinə görə, bu sərəncamlarla 5 mindən artıq şəxs həbsdən azad edilib.
İki həftə əvvəl Bakı İnsan Hüquqları Klubu 110 nəfər məhbusun azadlığa buraxılması üçün həm dövlət başçısına, həm də Əfv Komissiyasına müraciət edib.
Təşkilatın rəhbəri Rəsul Cəfərov “Press Klub”a bildirdi ki, müraciətdə adları olanlar arasında həm ictimai-siyasi fəallar, həm də qeyri-siyasi cinayət işləri üzrə məhkum edilənlər var. 2015-ci ilin noyabrında Nardaran hadisələrinə, 2018-ci ilin iyulundakı Gəncə hadisələrinə görə həbsdə olanlar, “Tərtər işi” adlandırılan iş üzrə ağır cəza almış hərbçilər, Azərbaycan Xalq Cəbhəsi Partiyasının fəalları, 1995-ci ildə “OMON” olaylarına görə ömürlük azadlıqdan məhrum edilmiş 3 nəfərin də adı müraciətdə yer alıb.
R.Cəfərov qeyd etdi ki, azadlığa buraxılmasını istədikləri şəxslərin hər biri ilə bağlı sənədləri araşdırıblar:
“Məsələn, “Tərtər işi” üzrə cəzalananların sayı çoxdur, amma biz onlardan yalnız 25 nəfərlə bağlı sənədləri əldə etmişik. Ümumiyyətlə, bu işdə həddən artıq ziddiyyətlər var, ciddi pozuntulara yol verilib. Bu həbslərlə əlaqədar rəsmi qurumların birgə bəyanatında göstərilənlərlə istintaq prosesi arasında ciddi ziddiyyətlər var. Sənədləri araşdırandan sonra bizdə əminlik formalaşdı ki, həmin 25 nəfərin ittiham edildikləri cinayətlərdə əli yoxdur. Onlara dövlətə xəyanət və başqa ağır ittihamlar verilib. Bu ittihamlarla da 10-15 ilə qədər azadlıqdan məhrum ediliblər. Ən az cəza alan 7 il həbsə məhkum edilib. 10 ildən az cəza alanların sayı çox azdır. Halbuki, dövlətə xəyanət ittihamının irəli sürülməsi üçün mötəbər sübutlar olmalıdır. Yoxdur belə sübut-dəlillər. Ona görə də onların azadlığa buraxılması üçün müraciət etmişik”.
Hüquq müdafiəçisi həbs olunanlara işgəncə verilməsinin rəsmi şəkildə təsdiqləndiyini söylədi. Azı 9 nəfər işgəncə nəticəsində vəfat edib:
“Düzdür, buna görə də 10 nəfərə yaxın hərbçi cəzalandırılıb. Amma onlara verilən cəza adekvat deyil. İşgəncə rəsmən təsdiqləndiyi halda, onlara Cinayət Məcəlləsinin 133-cü maddəsi – əzab verməyə görə ittiham irəli sürülüb. Əzab verməyə görə məsuliyyət işgəncədən daha yüngüldür”.
Cinayət Məcəlləsinin 133-cü maddəsində əzab verməyə görə ən yuxarı cəza 2 ildən 5 ilə qədər azadlıqdan məhrumetmədir. Cinayət Məcəlləsinin 293-cü maddəsində isə işgəncə, qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftara görə 11 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.
R.Cəfərov hesab edir ki, Novruz bayramı geniş əfv sərəncamının verilməsi cəmiyyətdə birliyi gücləndirər, yaranmış müsbət gözləntiləri qarşılayar.
Bakı İnsan Hüquqları Klubu 110 nəfərlə bağlı müraciətin surətini Prezident Administrasiyasının rəhbəri, Əfv Məsələləri Komissiyasının sədri Samir Nuriyev və komissiyanın üç üzvünə – Zahid Oruc, Əliməmməd Nuriyev və Azay Quliyevə də göndərib.
Paylaş:
Müəllif : Yazar
Tarix:3-03-2021, 11:23
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:3-03-2021, 11:23
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 22:01
Təyyarə qəzasında xəsarət alanlara 20 min, vəfat edənlərin ailəsinə isə 40 min manat kompensasiya ödəniləcək
Bu gün, 11:29
Yevlax təhsilnə kefsiz baş çəkən komissiya oradan gülərüz ayrılıb - Yevlax təhsili batır
Bu gün, 08:42
“Bu, bir alimin, bir ailənin məhvi deməkdir” – SOCAR-dakı işindən çıxarılan alim ETİRAZ EDİR
Bu gün, 08:32
Natiq Sadiqovun “Shaurma №1” üzərindəki cinayətkar planı: aldatma və qeyri qanuni mənimsəmə
Bu gün, 08:29
Nadir Aslanovun “görmədiyi“ qanunsuz tikilən 110 evin iziylə - Baş purokrorluğa müraciət...
Dünən, 17:50
Cenub Elektrik Stansiyasin sahəsində balıq gölləri - Baba Rzayev hara baxır? İDDİA/FOTOFAKT
Dünən, 12:45