“Belarus 6 quberniyadan ibarət Rusiyanın bir hissəsi olmalıdır” - Jirinovski
Belarus 6 quberniyadan ibarət Rusiya Federasiyasının bir hissəsi olmalıdır.
Bu barədə Rusiya Liberal-Demokrat Partiyasının (RLDP) lideri Vladimir Jirinovski bəyan edib.
«Mən, Belarusun yalnız 6 quberniyadan ibarət Rusiyanın tərkibinə daxil olmasına baxıram, o zaman hər şey həll olunacaq. Mədəniyyət, dil məsələlərinin hamısı saxlanır. İqtisadiyyat inkişaf edəcək, daxili qiymətlər Rusiyanınkı olacaq, Belarusun bütün məsələləri həll olunacaq. Əgər bundan sonra da iki stolda oturası olsalar, bu, çox davam etməyəcək. Siz, rus çörəyi yeyib, Rusiya nefti və qazı içirsiniz, amma heç yerdə bizimlə həmrəylik nümayiş etdirmirsiniz» - Jirinovski «Bizim evimiz» Belarus təşkilatının başçısı Olqa Karaçla onlayn-söhbət zamanı bildirib.
Xatırladaq ki, Vladimir Jirinovski dəfələrlə bəyan edib ki, onun fikrincə, Belarusu Rusiyanın tərkibinə qatmaq qaçılmazdır. Bu zaman o, Aleksandr Lukaşenkonun siyasətini uğursuz hesab edir və onun tezliklə istefasından xəbər verir.
«Aleksandr Lukaşenko gedəcək. Hətta Belarusun ali məmurları da ondan yorulublar. Baxın, onun 4 saatlıq çıxışı zamanı məmurlar necə kədərli sifətlə otururlar» - rusiyalı siyasətçi özünün Tvitterdəki bloqunda yazıb.
Jirinovski Lukaşenkonun şüarları barədə deyib: «İnkişaf və müstəqillik onun şüarlarıdır. Kimdən müstəqillik? Rusiyadan? O zaman bizim maddi dəstəyimizdən imtina edin» .
Paylaş:
Müəllif : Fuad
Tarix:4-03-2021, 08:42
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:4-03-2021, 08:42
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 11:23
Təkcə müəllimlərdən yığılan 32 milyon manat: Həmkarlar İttifaqı bu pulu hara xərcləyir?
Bu gün, 09:39
İzi itirmək məqsədilə təyyarənin sərnişinlərinin ölümə məhkum edilməsi beynəlxalq cinayətdir
Dünən, 22:01
Təyyarə qəzasında xəsarət alanlara 20 min, vəfat edənlərin ailəsinə isə 40 min manat kompensasiya ödəniləcək
Dünən, 11:29
Yevlax təhsilnə kefsiz baş çəkən komissiya oradan gülərüz ayrılıb - Yevlax təhsili batır
Dünən, 08:42
“Bu, bir alimin, bir ailənin məhvi deməkdir” – SOCAR-dakı işindən çıxarılan alim ETİRAZ EDİR
Dünən, 08:32
Natiq Sadiqovun “Shaurma №1” üzərindəki cinayətkar planı: aldatma və qeyri qanuni mənimsəmə
Dünən, 08:29
Nadir Aslanovun “görmədiyi“ qanunsuz tikilən 110 evin iziylə - Baş purokrorluğa müraciət...
25-12-2024, 17:50