6 siyasi partiyanın YAP-a qoşulması nəyə xidmət edir? - AÇIQLAMA
“Bir sıra siyasi partiyaların Yeni Azərbaycan Partiyasına qoşulmasına ölkədə yeni siyasi sisteminin formalaşması prosesinin tərkib hissəsi kimi baxmaq lazımdır”.
Bu sözləri politoloq Yusif Bağırzadə 6 siyasi partiyanın YAP-a birləşməsi haqqında verdikləri qərarı şərh edərkən deyib. O bildirib ki, bu qərar ölkəmizdə dialoq mühitinin dərinləşməsinə və demokratik ənənələrin şaxələnməsinə xidmət edəcəkdir:
“Məlum olduğu kimi, Azərbaycan Xalq Demokratik Partiyası, Azərbaycan Kəndli Partiyası, Milli Qurtuluş Partiyası, Azərbaycan Yurddaş Partiyası, Azərbaycan Milli Hərəkat Partiyası və Azərbaycan Demokrat Sahibkarlar Partiyası YAP-a qoşulmaq üçün müracitə edib və Yeni Azərbaycan Partiyasının VII qurultayında həmin siyasi partiyaların YAP-a qoşulmasına dair qərar qəbul edilib. Həmin partiyaların birgə fəaliyyəti daha məqbul hesab etmələrini sadəcə alqışlamaq olar. Bu qərar həmçinin ölkədə demokratik ənənələrin inkişafı baxımdan da təqdirəlayıq hesab olunmalıdır.
Əminəm ki, partiyalar tərəfindən belə bir qərarın qəbul olunmasında Prezident tərəfindən aparılan siyasi islahatların, ölkədə formalaşmaqda olan yeni siyasi konfiqurasiyanın və təbii ki, yaradılmış siyasi dialoq mühitinin böyük təsiri olub. Bu gün Azərbaycanda milli maraqların üstünlük təşkil etdiyi dövr yaşanır. Ölkədə aparılan iqtidar-müxalifət dialoqu nəticəsində əksər siyasi partiyaların həm iqtidarla, həm də öz aralarında sağlam münasibətləri formalaşmış, ümumdövlət məsələlərində vahid mövqe yaranmışdır. Prezident İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilən milli həmrəylik siyasəti, həmçinin Vətən müharibəsində qazanılmış Qələbə ölkədə milli birlik yaradıb”.
Ekspert qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Biz birlikdə güclüyük” fikri dövlət siyasətinin əsas fəlsəfəsinə çevrilərək siyasi münasibətlərdə də öz əksini tapır:
“Bu baxımdan da 6 siyasi partiyanın YAP-a qoşulması faktı Azərbaycanda dövlət və milli maraqlar naminə müxtəlif siyasi qüvvələrin inteqrasiyasına bir nümunədir. Məhdud resurslara malik olan partiyaların kifayət qədər qüvvətli siyasi partiyaya qoşulması ölkədə yeni siyasi mənzərənin yaranmasına səbəb olmaqla yanaşı, həmin partiyanın üzvləri üçün yeni imkanlar yaradacaqdır. Bununla da partiya üzvlərinin siyasi maraqlarının təminatı prosesi daha effektiv təşkil olunacaqdır. Buna görə də nisbətən zəif qüvvələrin daha güclü qüvvəyə qoşulmaq istəyi təbii və başadüşüləndir. Eyni zamanda, 6 siyasi partiyanın YAP-a qoşulması iqtidar partiyasına olan etibar və inamın da göstəricisidir.
Partiyaların inteqrasiyası və birləşməsi nümunəsi həmçinin ölkənin siyasi partiyalar sisteminin daha effektiv fəaliyyətinə xidmət edir. Belə ki, ölkədə siyasi partiyaların ləğv olunmadan sayının azalması sözsüz ki, siyasi proseslərə təsir etmək iqtidarında olan partiyalar üçün daha əlverişli şərait yaradılmasına xidmət edəcəkdir”.
Paylaş:
Müəllif : Fuad
Tarix:5-03-2021, 16:08
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:5-03-2021, 16:08
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
Dünən, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
Dünən, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
Dünən, 11:07
İşçilərin maaşı ilə özünə “imperiya” quran dələduz şirkət rəhbəri QAÇDI - İLGİNC FAKTLAR...
20-12-2024, 21:08
Türkiyənin Suriya üçün göndərəcəyi 75 min ərzaq bağlamasının ilk partiyası yola salındı
20-12-2024, 14:01
Tiktoker Benizin zərərçəkəni hüquq-mühafizə orqanlarına müraciət etdi - 836 min manatdan çox pulunu hissə-hissə ələ keçirib
20-12-2024, 13:48
Ölkəmizə son illər iribuynuzlu heyvanlar HARADAN və NECƏ gətirilir? - “Dana monopoliyası” "kralı"na niyə DUR deyən tapılmır...?
20-12-2024, 12:09