Ərdoğandan Qarabağa dair YENİ AÇIQLAMA
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsinin hərbi dəniz qüvvələrinin “Mavi Vətən 2021” taktiki təlimlərinə videokonfrans yolu ilə qatılıb və çıxışında Qarabağdan da danışıb.
Ərdoğan ölkəsinin son illərdə milli hərbi sənayesini necə inkişaf etdirdiyi, döyüş gəmiləri də daxil olmaqla bir sıra yeni silah sistemləri istehsal etdiyini, pilotsuz döyüş təyyarələrini istehsal edən 3-4 ölkədən birinə çevrildiyini bildirib.
Ərdoğan habelə Türkiyənin Suriyada, Liviyada, Qarabağda atdığı addımlardan bəhs edib. Aralıq dənizinin şərqində ölkəsinin iqtisadi maraqlarını qorumaq üçün qətiyyətli addımlar atdığını vurğulayıb.
“Aralıq dənizinin şərqində yer alan karbohidrogen ehtiyatları üzərindəki hüquqlarımızı nəyin bahasına olursa olsun qoruyacağımızı açıq şəkildə ortaya qoyduq. Beynəlxalq hüquq təməlində atdığımız addımlarla Liviyanın qiyamçılar tərəfindən işğal edilməsinə mane olduq. Ölkəmizi Antalya sahillərinə sıxışdırmağa çalışan hüquqsuz təşəbbüslərin hamısını boşa çıxardıq. Dağlıq Qarabağdakı işğala son qoyulması başda olmaqla başlatdığımız hər təşəbbüsü, şükürlər olsun ki, uğurla sona çatdırdıq”,-Ərdoğan çıxışında bildirib. (Virtualaz.org)
Paylaş:
Müəllif : Fuad
Tarix:7-03-2021, 10:39
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:7-03-2021, 10:39
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 11:12
Suraxanı Hərbi Komissarlığı sağlam olmayan uşaqdan niyə əl çəkmir? - Valideyni Prezidentə və Xidmət rəisinə üz tutdu
Bu gün, 08:46
ADNSU ilə “Ixun Lasertechnik” arasında bağlanmış satınalma müqaviləsində nələrə göz yumulub
Dünən, 10:33
Naxçıvanda güzəştli kreditlərin əksəriyyəti yüksək vəzifəli məmurların nəzarətində olan müəssisələrə verilir- İTTİHAM
Dünən, 08:32
Naxçıvan Səhiyyə naziri Samiq Sadıxov Azərbaycanın mövcud qanunvericiliyini heçə sayaraq saxta sənədlərə imza atdırmışdır - İDDİA
Dünən, 08:27